Cümşüd Nuriyev: "Məhkəməyə düşəndə də, deyirlər ki, söz azadlığı pozulub"
Müxalifət partiyaları sədrlərinin bir-birlərini qəbul etməməsi tendensiyası "ACP" lideri Rəsul Quliyev və Müsavat başqanı İsa Qəmbərov arasında baş verən çəkişmələrdə daha çox özünü göstərir. Bunların bir-birini qəbul etmək istəməməsinin kökündə dayanan maraqların nədən ibarət olması daha bir neçə nüansdan xəbər verir ki, həmin məqamlardan biri də bu kimi "siyasilərin" tarixən bir-birlərini qəbul etməməsi ilə bağlıdır.
Bu kimi məsələlərlə bağlı "Səs"ə münasibətini açıqlayan politoloq Cümşüd Nuriyev qeyd edib ki, digər müxalifət partiyalarının sədrləri ilə yanaşı, Rəsul Quliyevlə İsa Qəmbərov da heç bir zaman bir-birini qəbul etməyiblər: "Bunlar müxtəlif cəbhələrdə duran, amma vaxtilə eyni cəbhələrdə olan adamlar olublar. Çünki xalq cəbhəsinin vaxtında R.Quliyev baş nazirin müavini gəldi. Bunlar onu qabağa çəkmişdi. Amma müqayisə edəndə, hər ikisi də spiker olub. R.Quliyev daha çox təsərrüfat adamıdır. Bunların bir-birini qəbul etməməsinin əsas səbəbi ondan ibarətdir ki, R.Quliyev heç vaxt özünə qəbul etdirə bilmir ki, özündən yaşca kiçik olmasına baxmayaraq, ondan qabaq spiker olub. O, bu günə qədər bunu özü üçün qəbul edə bilmədiyinə görə, bunlar arasında əsas qarşıdurmanın səbəbi budur. Burda nə dövlət marağı var, nə millət marağı var. Əsas maraq R.Quliyevin İ.Qəmbəri qəbul edə bilməməsidir".
"İndidən müxalifət birmənalı şəkildə qəbul etməldir ki, İlham Əliyevə alternativ olan bir adamı yoxdur"
Müxalifətin "vahid namizəd" məsələsində heç vaxt bir araya gələ bilməyəcəklərini deyən C.Nuriyev əlavə edib ki, Azərbaycanın özündə və Azərbaycandan kənarda da axtarsaq, İlham Əliyevə alternativ olan kimsə yoxdur: "Ziyalılarımızın içərisində siyasi cəhətdən yetkin olan bir insan görmürəm. Müxalifət düşərgəsində siyasi cəhətdən yetişkənliyi, istər cəmiyyətdə reputasiyası, istər hadisələrin gedişinə müdaxilə etmə qabiliyyəti və başqa parametrləri götürsək, elə bir namizədi görmürəm. İndidən müxalifət birmənalı şəkildə qəbul etməlidir ki, İlham Əliyevə alternativ olan bir adamı yoxdur".
Müxlifəti kompüterin yaddaş kartına oxşadan politoloq qeyd edib ki, bunlara hansı martealı yükləyirlərsə, həmin matrealın çərçivəsində də çıxış edirlər: " P.Hüseynin namizədliyi məsələsi okeanın o tayından gələn bir tələbdir. Bu tələbin icrasını ona görə gündəmə gətirirlər ki, Ə.Kərimli ilə İ.Qəmbərin reputasiyası çox aşağıdı. P.Hüseyn də onlarla müqayisədə heç bir partiya sədri deyil. P.Hüseynovun yeni siyasi kart kimi gündəmə gətirilməsinin arxasında Qərbin ayrı maraqları durur".
"Bunların kimdən xoşu gəlmirsə, ona şər atırlar"
C.Nuriyev əlavə edib ki, P.Hüseynov gözünü açandan çayxana səviyyəsində olan müxalifətin əsas ideloloqlarından biridir: "Burda bütün məsələlər həmin statusda, yəni başqalarından daha tez danışmaq - "qara məni basınca, qoy qaranı mən basım" prinsipi ilə işləyirlər. Bunların kimdən xoşu gəlmirsə, ona şər atırlar. Adi insanlardan tutmuş prezidentə qədər şər atırlar. Sonra da məhkəməyə düşəndə, deyirlər ki, söz azadlığı pozulub".
Babək Hacıyev