PDF Oxu

Müxalifət

  • 43

AXCP sədri Əli Kərimov çıxılmaz vəziyyətə düşüb

Onun gənclər siyasəti Əbülfəz Qurbanlının simasında özünü büruzə verdi

AXCP sədri Əli Kərimov çıxılmaz vəziyyətə düşüb

Bu gün dağıdıcı müxalifətin gənclər siyasəti yox səviyyəsindədir. Çünki dağıdıcı müxalifətin gənclərə aşıladığı dağıdıcılıq və pozuculuq artıq gəncləri ordan uzaqlaşmağa sövq edir. AXCP sədri Ə.Kərimovun ölkədə gənclərin aparıcı qüvvəyə çevrilməsinə qısqanc yanaşaraq, bu sahəyə iftaralar atmaqdan belə çəkinmir. Gəncləri sosial şəbəkələrdə dağıdıcılığa, pozuculuğa dəvət edən AXCP sədri bu yolla özünə hansısa imtiyazlar əldə edəcəyini düşünür.

Amma ölkədə yetişən sağlam gənclər artıq bu çirkin əməllərin qurbanı olmaqdan ehtiyat edir. Çünki AXCP sədrin əsas məqsədi hər zaman gənclərin gələcəyini təhlükəyə atmaqdan ibarət olub. Biz zamanlar bunun şahidi olmuşuq. Çünki illər öncə, AXCP-də təmsil olunan Ruslan Bəşirli olayı bu gün gəncləri uçuruma yuvarlanmaqdan xilas edib. Ə.Kərimovun vasitəsilə ermənilərlə iş birliyinə göndərilən R.Bəşirli bu gün etiraf edir ki, həqiqətən də, o illər öncə antimilli qüvvələrə alət olub. Onun gənc olmasından istifadə edən Ə.Kərimov yeni mərhələdə gənclər axtarır ki, onları da antimilli, anti-Azərbaycan meyilli qüvvələrin əlində vasitəyə çevirsin və bununla da, antimilli qüvvələrin sifarişini yerinə yetirmiş olsun. Amma sağlam təşəkkürlü gənclər Ə.Kərimovun bu çirkin və şəxsi maraqlarına xidmət edən çirkin məqsədlərini başa düşür.

Əbülfəz Qurbanlı təkcə öz iç üzünü yox, eyni zamanda, AXCP gənclər siyasətinin iç üzünü ortaya qoydu

AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı bir müddət öncə, "facebook" sosial şəbəkəsində özünə məxsus profildə siyasətdən getdiyini açıqlamışdır. Amma çox keçmədi ki, yenidən siyasətə qayıtdığını bildirdi. Bunun belə bir addımı bir daha göstərdi ki, dağıdıcı müxalifətin bütün simaları hər zaman "gah nala vurur, gah da mıxa". AXCP sədri Ə.Kərimovdan "siyasi" tərbiyə alan Ə.Qurbalının bu addımı heç də təəccüb doğuran hal deyil. Ümumilikdə, AXCP-də son baş verən proseslər, onu göstərir ki, həqiqətən də bu qüvvələr şəxsi maraqlar çərçivəsində addım atır. Ə.Qurbanlının bu addımı bir daha, nəinki AXCP-nin, eyni zamanda, bütövlükdə dağıdıcı müxalifətin gənclər siyasətinin vəziyyətini açıq şəkildə nümayiş etdirdi və müxalif gənclərin potensialını göstərdi. Sonradan sosial şəbəkədə özünə məxsus profilində siyasətə qayıtdığını yazan Ə.Qurbanlı bu addımını izah etməkdə çətinlik çəkib. O, profilində yazıb ki, xoşagəlməz davranış məni "siyasətdən gedirəm" açıqlamasını verməyə məcbur etdi. Bu açıqlama ilə ictimai rəyi öyrənmək üçün faydalı hesab edən Ə.Qurbanlı kimin sifarişi ilə gedib və ya kimin sifarişi ilə qayıtdığı isə, hələlik, məlum deyil. Amma onun açıqlamasında belə nəticəyə gəlmək olur ki, AXCP sədri Ə.Kərimov partiyada dözülməz və acınacaqlı bir vəziyyət yaradıb.

Babək Hacıyev

Digər xəbərlər