PDF Oxu

Müxalifət

  • 46

Vahid namizədliyin müzakirəsi

Vahid namizədliyin müzakirəsi

Əvəz Temirxan:

Gedir mübahisə indi bazarda,

İsanın özü də eyni azarda,

Lüzumlu qurumdu "16-lar" da,

Namizəd bizlərdən də seçilməlidi.

Qabil Hüseynli:

Qaynayır namizəd qazanı əvvəl,

İrəli çəkməli yozanı əvvəl,

Təbrik etməliyik İsanı əvvəl,

Sonra da badələr içilməlidi.

Əvəz Temirxan:

Burda ona-buna açmaqda ətək,

Bizdə bal verməkdə 16 pətək,

Əkin şumlamalı "16-lar" tək,

Sonra da məhsulu biçilməlidir.

Qabil Hüseynli:

Siz adi rəiyyət, İsadı qraf,

"16-lar" haqsız, Müsavat prav,

Siz səhv etmisiniz, edin etiraf,

İsanın haqq yolu keçilməlidi.

Əvəz Temirxan:

"Palata" ilişib artıq kəndirə,

Qorxuram, boss ağır zərbə endirə,

Deyirlər tələsən düşər təndirə,

O, təndiri seçdi, İsa dəlidi.

Qabil Hüseynli:

"İP"-də, Müsavatda addım itidi,

Sizin "16-lar" bunun bədidi,

İndi o, bizlərin namizədidi,

Əksinə, başqanın gəlhagəlidi.

Əvəz Temirxan:

Siz onillər boyu yığdınız xıltı,

"16" zirvədi, "İP" onun altı,

Bərabər tutulmaz "İP"-lə "16",

"İP" hürək cüyür, o, çəmən kəldi.

Qabil Hüseynli:

Gücü bizə verib qəzavü-qədər,

Qüvvə sərf etməyin, yazıqlar, hədər,

Artıqdı nüfuzu kifayət qədər,

İsa kəl aparan bir dağ selidi.

Əvəz Temirxan:

"16-lar" susuz çaya aparar,

Güclü əsən yel də qaya aparar,

İsanı qarışqa vaya aparar,

Bizim "16-lar" azman fil idi.

Qabil Hüseynli:

Maraq artmaqdadı boss səyinə də,

Ehtiyac var Qərbin dəstəyinə də,

İsanın namizəd istəyinə də,

Bizim cavabımız ancaq "bəli"di.

Əvəz Temirxan:

Bizi görən zaman gərək susa, bəy,

Çıxardı başqandan yaxşı masabəy,

Doğrusunu desək, sizin İsa bəy,

Bossları sümürən qəfil zəlidi.

Qabil Hüseynli:

16 avara, işə yarayın,

İsa ətrafında dəstək arayın,

"İP" nədi, İsa bəy böyük sarayın,

Təsəvvürəgəlməz sirli kilidi.

Əvəz Temirxan:

Yeni birlikdə də sərin olmayın,

"İP"-ə məhəbbətdə dərin olmayın,

Heç zaman dilçəyi şirin olmayın,

Onu ifşa edən acı dilidi.

Qabil Hüseynli:

Edə bilmədiniz inqilab ki, siz,

Oldunuz dolaşıq kələf, sap ki, siz,

O qədər əcaib bir kitab ki, siz

Qara kömür kimi onun cilidi.

Əvəz Temirxan:

İsanın geydiyi köhnə baftadı,

Narıncı da olsa cırıq, tuftadı,

İndi "16-lar" inkişafdadı,

"İP"-i məhv edən də İsa felidi.

Qabil Hüseynli:

Onu yerdən yerə basıb soxsan da,

Pis iy buraxaraq, daim qoxan da,

Əslində, evini onun yıxan da,

Qəmişi qoyan da elə Əlidi.

Əvəz Temirxan:

Siyasi meydanda yer ver, gəlmişik,

Sizin "palata"ya mer, ser gəlmişik,

İndi biz novator lider gəlmişik,

"İP" də, Müsavat da artıq ölüdü.

Qabil Hüseynli:

Liderlər içində İsadı dinci,

Siyasi meydanda bir yaqut, inci,

İsa düz 20 il olub birinci,

Kütləni cəlb edən səsi, zilidi.

Əvəz Temirxan:

Yıxıb tapdadılar, o, şil olmadı,

Neçə zərbə yedi xəşil olmadı,

Keçən il uduzdu, xəcil olmadı,

Vəfat etsə idi, indi iliydi.

Qabil Hüseynli:

Bu adam hamıya olubdu çətir,

Müsavat İsayla saçmaqda ətir,

Öymə "16-lar" nə bilim, nədir,

Qurumlar içində topal, şilidi.

Əvəz Temirxan:

Gəminiz adicə bir saldan kiçik,

Dəymişlərinizsə hər kaldan kiçik,

Sizin "16-lar" Baykaldan kiçik,

İsa böyüklükdə Xəzər gölüdü.

Qabil Hüseynli:

İsa bəy meydanda əzəmətli fil,

Sizin gözünüzə çəkiləcək mil,

İşimiz xod getdi düz 20 il,

Fəaliyyətiniz qıxmıq tilidi.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər