PDF Oxu

Müxalifət

  • 73

Bu dəfə AXCP -"KXCP" intriqasına start verildi

"Klassiklər"in "cəbhəçilərlə" qarşıdurmasına səbəbkar kimi Qaya Əliyevin adı çəkilir

Bu dəfə AXCP -"KXCP" intriqasına start verildi

Dağıdıcı düşərgədə cərəyan edən intriqaların ardı-arası kəsilmir. Budəfəki ziddiyyətlərə daha biri də əlavə olunub ki, həmin ziddiyyətin də arxasında 2013-cü il seçkiləri dayanıb. "KXCP"-nin sədr müavini Qaya Əliyevin AXCP ilə birləşmək təklifi vəziyyətin mürəkkəbləşməsinə gətirib çıxarıb. Onu da xatırladaq ki, hazırda AMİP-Müsavat, ADP-"ACP" kimi münaqişələr də bu kontekstdəndir.

Mirmahmud Mirəlioğlu: "Əks təqdirdə onunla bağlı hər hansı qərar qəbul edilə bilər"

Belə ki, "KXCP" sədrinin müavini Qaya Əliyevin AXCP-yə birlik təklifi qarşı tərəfdə ciddi əks reaksiyaya səbəb olub və bununla bağlı məsələlərə "KXCP"-nın sədri Mirmahmud Mirəlioğlu aydınlıq gətirib. M.Mirəlioğlu "klassiklər"in maraqlarını Ə.Kərimliyə satdığını deyərək, müavinini tənqid edib. O deyib ki, Q.Əliyev öz səhvlərindən nəticə cıxarmalıdır.

O, daha da irəli gedərək, müavininin partiyadan çıxaracağını da istisna etməyib: "Əks təqdirdə onunla bağlı hər hansı qərar qəbul edilə bilər". Lakin Q.Əliyevin bilavasitə Müsavat başqanı İsa Qəmbər tərəfindən öyrədildiyi bildirilir.

Qaya Əliyev: "Belə ultimatumlara sadəcə təəssüf edirəm"

Q.Əliyev deyib ki, təklifi ilə əlaqədar hər iki tərəfdə müavinlər, funksionerlər səviyyəsində müsbət yanaşıldı, hətta bir qədər də irəli gedib "KXCP"-AXCP-Müsavat birliyini təklif edənlər də olub: "Sözün düzü, mən heç kəsi təhqir etmədim, heç kəsin şəxsiyyətinə toxunmadım və hətta heç kəsi də tənqid etmədim. Sadəcə bir təklif etdim. Bu gün vəziyyətdən çıxış yolunu Xalq Cəbhəsinin iki ayrı cinahının birlikdə olmasını təklif etdim..."

Q.Əliyev sədri M.Mirəlioğlunun onunla bağlı açıqlamasına münasibət bildirib ki, səsləndirdiyi təklif hər hansı bir partiyadaxili intizam tədbirinin predmeti ola bilməz: "... Belə bir qərar olarsa fikrimi bildirəcəm. Belə ultimatumlara sadəcə təəssüf edirəm ".

Rəfiqə Hüseynova

Digər xəbərlər