PDF Oxu

Müxalifət

  • 73

Qiyam davam edirmi?

Mirmahmud Mirəlioğluna qarşı çıxanlar partiyadan qovulmaq üzrədirlər

Qiyam davam edirmi?

"KXCP" ətrafında zidiyyətlər səngimir. Sədr müavini Qaya Əliyevin partiya sədri Mirmahmud Mirəlioğluna qarşı təhqiramiz ifadələr işlətməsi ilə başlanan ziddiyyətlərə onu dəstəkləyən digər funksionerlər də qoşulub. Preoses isə ondan başladı ki, Müsavat başqanı İsa Qəmbərin "prezidentliyə namizədliyimi irəli sürəcyəm" bəyanatından sonra Q.Əliyev "AXCP ilə "KXCP" birləşməlidir" açıqlaması ilə çıxış etdi. "Azadlıq" qəzetinin saytı bu xəbəri bir saat yayımlayandan sonra çıxardı. Amma buna baxmayaraq, hər kəsə aydın oldu ki, "KXCP"-dəki qiyamın arxasında Əli Kərimli faktoru mövcuddur. Q.Əliyev "KXCP"-yə sonradan gəldiyindən 2000-ci ildə baş verən hadisələrdən, "Yurd" qrupunun oyunlarından xəbəri yox idi. Bu baxımdan, Q.Əliyevin birləşmə təklifi ilk baxışdan xoşməramlı idi.

"Telexronitel" Fikrət Cəfərov həm də "Mematidir?"

Amma sonradan "KXCP" sədrini qeyri-ciddi adlandırması onun məramının heç də xoş olmadığını üzə çıxardı. "KXCP" rəhbərliyinin "AXCP ilə birləşmə mümkün deyil" bəyanatından sonra etirazlar üzə çıxmağa başladı. Məlum oldu ki, təcrübəsiz Qayanı danışdıran bir zamanlar "Yurd"da "forma geyinmiş", Əli Kərimlinin keçmiş cangüdəni Fikrət Cəfərovdur. Bir zamanlar "KXCP"-yə sırf regional maraqla gəlmiş F. Cəfərovun tək olmadığı üzə çıxdı. "Stəkanda fırtına" əməliyyatı tez ifşa olunduğundan, Q.Əliyev də, "KXCP"-də parçalanma görüntüsü yaratmaq tapşırığı almış F.Cəfərov da sayıqlığı itirdilər, səbri ilə prosesi təbii axarına buraxıb rəqiblərini xətaya vadar edən M.Mirəlioğlunu təhqir etməyə başladılar. Bununla da, sosial şəbəkələrdə "gənc və perspektivli siyasətçi" kimi təqdim olunan Q.Əliyevin əsil səviyyəsi üzə çıxdı. Təlimat aldığı siyasi düşərgədə, görünür, bu gəncə başa salmayıblar ki, "KXCP" kimi mühafizəkar, gələnəkçi bir partiyada "Yurd" metodları keçməz. Cəmiyyətdə, "KXCP"-də xüsusi hörmətə malik olan M.Mirəlioğlunu təhqir etməklə, ələ salmaqla nəticəyə ulaşmaq mümkün deyil. Qayanın xətası onun "müəllimi" Fikrət Cəfərovun səviyyəsinin göstəricisidir. "KXCP"-də ironiya ilə "teloxranitel" deyə çağrılan F.Cəfərovun sözünə ciddi yanaşan yoxdur. Adının çəkilməsini istəməyən cəbhəçilərdən biri deyir: "Fikrət özünü "Qurdlar vadisi" serialının qəhrəmanı Mematiyə bənzədir. Yerişi, duruşu, danışığı ilə gülüş doğurur. Elə bilir ki, siyasi partiyada hər şeyi "racon kəsməklə" həll etmək mümkündür. Bilə-bilə ki elçibəyçilər "Yurd"la birləşə bilməz, ortaya absurd ideya atır".

Onları AXCP-də heç bir post gözləmir

F.Cəfərovun dediyinə görə, artıq partiyada "KXCP" sədrinə qarşı fraksiya yaranıb. Fraksiyaya o və Qaya Əliyev daxildir. Guya Rafiq Abdullalı, Ədalət Yusibov və Rüfət Sahiboğlu da onları dəstəkləyir. Sözügedən şəxslərin mətbuatda AXCP ilə birləşmə ilə bağlı hansısa açıqlamasına rast gəlinməyib. Bu şəxslərədn Ədalət Yusibovun Ali Məclisə sədr seçkisindən sonra narazı qaldığı məlum idi. "Salyanlı Ədalət" Ali Məclisə Bəybala Əbilin deyil, özünün sədr olmasını istəyirdi. Amma sədr Bəybala Əbilə dəstək verdi. Ədalət Yusibovun "KXCP"-dən soyuması, daha çox "İctimai Palata"da fəalliyyətini davam etdirməsi də elə buna görədir. Ədalət bəy "KXCP"-dəki "Kərimli fraksiyasını" müvəqqəti dəstəkləyə bilər. Amma ömrünün 25 ilini AXC-yə vermiş, kifayət qədər təcrübəli siyasətçi olan Ə.Yusifovun Elçibəy partiyasına mənəvi bağı olmayan adamlarla sona qədər yol getməyəcək.

Və yəqin ki, Ali Məclisin toplantısında F.Cəfərov da, Q.Əliyev də, onu müdafiə edən digər funksionerlər də partiyadan çıxarılacaqlar və AXCP-yə transfer edəcəklər. Hər halda, onların AXCP-də yüksək post gözləmir. Onlar artıq "KXCP"-də sədr müavini deyillər və partiya adından danışa bilməzlər.

Rəfiqə Hüseynova

Digər xəbərlər