PDF Oxu

Müxalifət

  • 92

İsa Qəmbərin sirri

Müsavatın qurultayının seçkidən sonraya saxlanmasının pərdəarxası məqamları və Arif Hacılı faktoru

İsa Qəmbərin sirri

Müsavat Partiyası üzvlərinə qurultayla bağlı mətbuatda danışmağa qadağa qoyduqdan sonra bu problem gündəmdən çıxarılıb. Hər həftə toplanan Divan qurultayın keçirilməsinə əngəl olan məsələlərin müzakirəsinə vaxt ayırmır.Xatırladq ki, hakimiyyət Müsavata ali tədbirini gerçəkləşdirmək üçün uyğun yer ayırsa da, Müsavat qeyri-ciddi illüziyalar səsləndirərək, guya qurultay üçün təqdim olunan yerləri məqbul hesab etmir. Bundan sonra ali tədbirin Gürcüstanda keçirilməsi barədə təşəbbüs irəli sürüldü və prezident Saakaşviliyə müraciət ünvanlandı. Aradan iki aydan artıq vaxt ötməsinə baxmayaraq, bu mövzuya yenidən qayıdılmır. Hətta həbsdə olarkən israrla qurultayın keçirilməsini tələb edən Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı da susmağa üstünlük verir. Xatırladaq ki, A.Hacılı partiyadaşlarını ittiham edərək, "20-ci sahədə mitinq keçirmək olar, amma Maştağada qurultayı yox?!" deməklə problemin süni şəkildə uzadılmasına eyham vurmuşdu.

Artıq İsa Qəmbər təşkilatın daxilindəki durumdan narahat olduğunu gizlətmir

Partiyadan sızan xəbərlərə görə, siyasi qurum daxilində maraqlı məqamlar baş qaldırmaqda davam edir. Bildirilir ki, başqan İsa Qəmbər qurltayın seçkidən sonra keçirilməsi ilə bağlı ortaya konkret mövqe qoyub. O, rəhbərliyin toplantsında seçkiqabağı əlavə problemlərin yaranmasının Müsavatın mövqelərinə, o cümlədən, özünün vahid namizəd olmaq imkanlarına ciddi şəkildə zərbə vuracağını qeyd edib. Artıq İ.Qəmbər təşkilatın daxilindəki durumdan narahat olduğunu gizlətmir. Başqan bilir ki, Müsavatda iki tərəf var və onlardan birinin başqan seçkisində qalib gəlməsi partiyanın parçalanması ilə nəticələnəcək. Konkret Arif Hacılının iddiası Vurğun Əyyub, Qubad İbadoğlu, Hüseyn Məlikov, Arzu Səmədbəyli, MNT rəhbəri tərəfindən qəbul edilmir. Onlar gələcək başqan kimi A.Hacılını görmürlər. Qubad İbadoğlunun seçkilərdə qalib gəlməsi isə Arif Hacılının tərəfdarları ilə birgə Müsavatdan istefası ilə nəticələcəyi şübhəsizdir.

A.Hacılıya qarşı olan qrup bu variantı da mümkün sayır ki, İsa Qəmbərin başqanlığı seçkiyə qədər davam etsin, sonra problem həll oluna bilər. İsa Qəmbər də onların mövqeyinə necə deyərlər, "stavka" edib. Mənbə bildirib ki, hazırda başqan üçün ən optimal variant budur. Maraqlıdır, İ.Qəmbər A.Hacılının təkidlərindən əl çəkməsinə necə nail olub? Bununla bağlı ilginc məlumatlar üzə çıxıb. Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, A.Hacılının iki hədəfi var: "Əslində, Arif Hacılı qurultayın tezliklə keçirilməsində israrlı olmaqla qarşısına iki hədəf qoymuşdu. Onlardan birincisi, partiyanın növbəti başqanının özü olacağı barədə ictimai rəy formalaşdırmaqdır. İkinci hədəf isə daha mühüm olmaqla barəbər perspektivə hesablanıb. İsa Qəmbərin prezident seçkilərində iştirak etməsi A.Hacılı üçün çox vacibdir. Bu, başqanın sonuncu şansıdır, o, 2013-dən sonra aktiv siyasətdən gedəcək, Müsavata nəzarət isə (parçalanmadan sonra) onun nəzarətinə keçəcək".

Artiq məsələ ittihamlar çərçivəsindən çıxaraq, açıq savaşa doğru yönəlməkdədir

Arif Hacılı bu günlərdə müxalifətin vahid namizədi ilə bağlı verdiyi açıqlamada İsa Qəmbərin seçkilərdə iştirakında israrlı olduğunu bəyan edib: "Müxalifətin vahid namizədi birmənalı şəkildə İsa Qəmbər olmalıdır, mənim ondan başqa güzəştə gedəcəyim namizəd yoxdur. İsa bəy seçkidə iştirak etmək qərarı verməsə, özüm namizədliyimi irəli sürəcəyəm".

Onun bu bəyanatından sonra Müsavat başqanı "Azadlıq Radiosu"na müsahibəsində seçkilərə qatılb qalib gəlmək əzmində olduğunu bəyan etdi. "İctimai Palata"da narazılağa səbəb olan bu açıqlamanın necə ortaya çıxdığı yuxarıda qeyd olunan məlumatdan aydın olur. İsa Qəmbər məhz Arif Hacılının təziyqlərindən sonra prezident seçkilərində iştirakla bağlı mövqe sərgiləyib. Başqanın bu mövqeyi A.Hacılını qane etldiyindən, o da İ.Qəmbərə "güzəştə gedərək" qurultay mövzusundakı israrlarından əl çəkib. Amma vəziyyət yenə də çıxlmaz olaraq qalmaqda davam edir. Artıq məsələ ittihamlar çərçivəsindnən çıxaraq, açıq savaşa doğru yönəlməkdədir.

RƏFİQƏ

Digər xəbərlər