PDF Oxu

Müxalifət

  • 60

Müxalifətdə daha bir "yenilik"

"Demokratik Qüvvələrin Məşvərət Məclisi" "İctimai Palata"ya qarşı

Müxalifətdə daha bir "yenilik"

Müxalifət düşərgəsində səngiməyən problemlərə daha bir "yenisi" əlavə olundu. Artıq "İctimai Palata" adlı quruma qarşı növbəti iddialı qurum - "Demokratik Qüvvələrin Məşvərət Məslisi" öz alternativliyini ortaya qoymaqddır. Xatırladaq ki, hazırda düşərgə daxilndə bir neçə birlik "İP"-ə qarşı alternativ olduqlarını bəyan ediblər. Nəticədə, uzun müddətdən bəri nəzərdə tutulan ümummüxalifət birliyi dalana dirənməklə yanaşı, düşərgənin parçalanması sürətli hal alıb. Bu baxımdan, "palata" yetkililəri də inkar etmirlər ki, "Demokratik Qüvvələrin Məşvərət Məclisi" adlı qurum arasında ciddi problem yarana bilər. Eyni zamanda, "Məşvərət Məclisi"ndə təmsil olunan siyasi partiya səlahiyyətliləri də "palata"dakılar kimi düşünürlər.

Onu da xatırladaq ki, səkkiz partiyanın təmsil olunduğu "Məşvərət Məclisi" "İP"-ə əməkdaşlıq təklifində bulunmuşdu. Ancaq "palata"nı inhisarlarında saxlayan AXCP və Müsavat rəhbərliyi həmin təklifləri rədd edərək, özlərindən başaqa heç bir müxalifət birliklərini tanımadıqlarını bəyan ediblər. Məsələ ondadır ki, "Məşvərət Məclisi" əməkdaşlıqla bağlı "İctimai Palata"ya rəsmən sənəd təqdim edib. Həmin sənəddə əməkdaşlıqla bağlı müəyyən təkliflər verilib. Təkliflərdən biri "İctimai Palata" ilə "Məşvərət Məclisi"nin işlərinin bir istiqamətə yönəltmək üçün 5 üzvdən ibarət koordinasiya şurasının yaradılmasıdır. Həmçinin, mitinqləri birgə təşkil edib keçirmək, birgə konfranslar təşkil etmək təklifləri də tövsiyyələr sırasında yet almışdı. Ancaq bütün bunlara rəğmən, "İctimai Palata" bu günə qədər "Məşvərət Məclisinə" cavab verməməklə, bilavasitə həmin quruma barmaqarası nəzər salıb.

Onu da xatırlatmaq yerinə düşərdi ki, "İctimai Palata"nın son sessiyasında "ACP" yetkilisi Zəminə Dünyamalıyeva çıxış edərək, birlik təklifi səsləndirərkən, Əli Kərimlinin və İsa Qəmbərin öyrətdikləri adamları yerdən ona atmacalar atmağa başlayıblar. Bu zaman zalda olan "Məşvərət Məclisi"nin digər üzvü Ramiz Mirzəoğlu atmaca atanlara ciddi etiraz edib.

"İctimai Palata"nın dağılmasında "Məşvərət Məclisi"nin xüsusi planları mövcuddur

Digər informasiyalara görə, hazırda "Məşvərət Məclisi" "İctimai Palata"ya sonuncu ultimatumunu verib. "Palata"nın verəcəyi cavabdan asılı olaraq "Məşvərət Məclisi" gələcək addımlarını müəyyən edəcək. Əgər "İctimai Palata" bu qurumla əməkdaşlıqda maraqlı olmadığını qeyd edəcəksə, bu zaman "Məşvərət Məclisi" müəyyən qərarlı addımlar atacaq. İlk növbədə, "palata"da təmsil ounan üzvləri oradan uzaqlaşdırılacaq, bununla da "İP"-in qırılma nöqtəsi buradan başlayacaq. Xatırladaq ki, "İctimai Palata"nın otuzdan çox üzvü "Məşvərət Məclisi"nə daxil olan partiyaların təmsilçiləridir. Belə ki, AMİP-in 19, "ACP"-nin 7, "KXCP"-nin isə 10-na yaxın üzvü "İctimai Palata"da təmsil olunur. Hadisələrin çərçivədən çıxmasına isə elə də uzun müddət qalmayıb. Çünki bir müddət öncə daha bir iddia ilə çıxış edən "Məşvərət Məclisi" seçkilərə qədər müxalifətin əsas "rıçaqlarına" sahib olacağını bəyan etmişdi. Görünür, həmin rıçaqların "İP"-in əlindən alınması bu prosesi daha da sürətləndirmək əzmindədir.

R.RƏSULOV

Digər xəbərlər