PDF Oxu

Müxalifət

  • 51

İsa Qəmbərin Türkiyə planları alınmasa da, Rusiya maraqları da təmin olunmadı

AXCP isə fürsətdən istifadə edərək, Müsavatın vurulması üçün daha bir "kart" oynadı

İsa Qəmbərin Türkiyə planları alınmasa da, Rusiya maraqları da təmin olunmadı

Müsavat başqanı İsa Qəmbərin prezident seçkilərində iştirak etmək üçün göstərdiyi çabaları nəticəsiz qalmaqda davam edir. Amma məsələ təkcə prezident seçkilərində iştirak edib-etməməklə bitmir. Çünki ortada əsas nüans - cəmiyyətdə qəbul edilmək məsələsi dayanıb ki, Azərbaycanla yanaşı, xarici siyasi dairələrdə də mövqelərini itirən başqan çarəsini ona-buna yalvarmaqda axtarır. Nəzərə alsaq ki, Müsavat başqanının Türkiyə planları üzərindən çalın-çarpaz xəttlər çəkildi, onun müəmmalı səfəri baş tutmadı, bu zaman vurğulanan fikirlərin nə qədər həqiqətə söykəndiyinin şahidi olarıq. Yəni bu adamın işləri gətirmir ki, gətirmir...

Digər tərəfdən, başqan 2013-cü il prezident seçkilərində Rusiyadan dividend qazanmaq, dəstək almaq üçün öz nümayəndələrini Moskvaya göndərməsi, nəticədə, şəxsi emissarlarının Şimaldan əliboş dönmələri də bu məcradandır. İ.Qəmbər nəyəsə güvənərək, belə addıma getməklə özünü ciddi risk altına qoydu. Yəni onun Rusiya prezidenti Vladimir Putindən dəstək almaq üçün avqustun 23-də Eldar Səmədov və Eldar Əliyev adlı şəxsləri Moskvaya ezam etməsi fiaskoyla nəticəsini tapıb.Məlumata görə, onların Moskvaya gəlişlərinin digər məqsədi Rusiyadakı Azərbaycan diasporası, azərbaycanlı iş adamlarından da dəstək almaq olub. Lakin hər şeyə rəğmən, yəni İ.Qəmbərin guya Azərbaycan müxalifətinin aparıcı şəxsi olmasına rəğmən, ruslar bu görüşün mümkünsüzlüyünü deyiblər. İsa Qəmbərin Rusiya elçiləri Kremldən tutarlı rədd cavabı alaraq, qapı dışına qoyulublar. Düzdür, Müsavat yetkililəri baş verən faktı dansalar da, olanlar olub və bunu inkar etməyin özü acizlikdən doğan amildir.

Başqa maraqlı məqam isə budur ki, Müsavat başqanının Rusiya rəzilliyi dərhal AXCP-də, xüsusilə, Əli Kərimli tərəfindən sevinclə qarşılanıb. Belə ki, əgər İ.Qəmbərin ya Türkiyə, ya da Rusiya planları gerçəkləşsəydi, bu zaman "cəbhə" sədri Müsavat başqanı qarşısında qazandığı dividendlərini itirə bilərdi. Buna görə də Müsavat üzərində daha bir üstünlük əldə edən AXCP artıq həmin "kartı" bilavasitə İ.Qəmbərin vurulması üzərində oynayır. Çünki Ə.Kərimlinin müavini R.Nurullayevin baş verənlərə dərhal münasibət bldirməsi bunu deməyə əsas verir: "Hazırda AXCP-nin Rusiya partiyaları ilə əlaqələri yoxdur".

Yəni AXCP Müsavat kimi beynəlxalq rəzalətə bulaşmaqdan ehtiyat edir və İ.Qəmbərin düşdüyü vəziyyəti ona qarşı yönəldir.

Mübariz QULİYEV

Digər xəbərlər