Və ya ənənəsinə sadiq qalan Müsavatla AXCP xaricdə maliyyə mənbəyi axtarışına çıxıb
Son 4-5 ay ərzində baş vermiş proseslərin məntiqi nəticəsi olaraq, radikal müxalifətin tamamilə iflasa uğraması bu düşərgənin nümayəndələrini çıxılmaz vəziyyətə salıb. Nəzərə alsaq ki, "Eurovision-2012" ərəfəsində xarici qüvvələrdən direktivlər alaraq, ölkədə qarşıdurma yaratmağa cəhd göstərən və fəaliyyəti nəticəsiz qalan radikal müxalifət bu gün inamsızlıq atmosferinə düşüb. Artıq Azərbaycanda böhranın yaranmasını arzulayan qüvvələr nə Müsavata, nə də AXCP-yə bel bağlamaq niyyətində deyil.
Çünki məlum hadisələr zamanı "etimadı" doğrulda bilməyən radikallar sonradan sifarişçilər tərəfindən böyük tənqidə də məruz qalıblar. Hər bir qüvvə anladı ki, nə İsa Qəmbərin, nə də Əli Kərimlinin Azərbaycanda dəstəyi yoxdur. Onları yalnız qohumlarından ibarət bir dəstə adam dəstəkləyir, o da ki, maddi maraqlara görə. Bu faktı, hətta səfəri zamanı jestlərlə ifadə edən Hillari Klinton, Herman van Rompey və digər avropalı diplomatlar Müsavatla AXCP-nin sosial dəstəksiz dərnək olduqlarına işarə ediblər. Bu səbəbdən də, ölkədə 2013-cü prezident seçkiləri yaxınlaşdıqca, radikal müxalifət nümayəndələri maliyyə və dəstək mənbəyi axtarışına çıxıblar...
Müsavatla AXCP xəyanətkar sövdələşmə axtarışındadır
Müsavat Pariyası öz elçilərini Rusiyaya, AXCP isə Türkiyəyə göndərib ki, həmin ölkələrin ərazisində iz azdırmaqla, müxtəlif anti-Azərbaycan qüvvələrilə razılaşmalar əldə etsinlər.
Xatırlatmaq yerinə düşər ki, AXCP sədri Əli Kərimlinin nümayəndəsi Ruslan Bəşirli Azərbaycan dövlətinə və xalqına qarşı ermənilərlə sövdələşmə apararkən məhz Gürcüstanın ərazisində ermənilərlə görüşmüşdü. Həmin vaxt Ruslan Bəşirli ermənilərdən 2000 dollar almaqla, hətta Dağlıq Qarabağın satılıq olduğunu ortaya qoymuşdu. Elə İsa Qəmbər də eyni vəziyyətdədir.
Müsavat başqanı ermənilərlə razılıq əldə etmək üçün Almaniyada müqaviləyə imza atmışdı. Görünür, bu dəfə İsa Qəmbər Rusiya ərazisində, Əli Kərimli isə Türkiyədə ermənilərlə razılığa gəlmək və təxribatlar törətmək niyyətindədirlər.
Əli Kərimli və İsa Qəmbər bəlkə ASALA ilə razılığa gəlmək niyyətindədir?
Əlbəttə ki, belə olan halda, ortaya bəzi məntiqi fikirlər çıxmış olur. Belə ki, son zamanlar ərzində Emənistanın dövlət səviyyəsində dəstəklədiyi ASALA terror təşkilatı Azərbaycana qarşı təhdid dolu mesajlar göndərməkdədir. Lakin bu terror təşkilatı təkbaşına Azərbaycana girə və təxribatlar törədə bilməz. Çünki Azərbaycanın hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı buna imkan vermir. Bu mənada da onlar Azərbaycanın daxilindəki antimilli qüvvələrlə əməkdaşlığa can ata bilərlər. Bu anti-milli qüvvələr qismində isə daim Azərbaycan dövlətinə və xalqına qarşı xəyanətkar sövdələşmələrə getmiş radikal müxalifət çıxış edə bilər.
Məhz belə bir şəraitdə cəmiyyətdə suallar yaranır ki, nə üçün belə bir vəziyyətdə radikal müxalifət xarici dövlətlərdən dəstək almaq səfərlərinə çıxıb? Bəlkə Əli Kərimli və İsa Qəmbər şəxsi maraqlarını təmin etmək üçün ASALA terror təşkilatı ilə razılığa gəlmək niyyətindədir? Əlbəttə ki, Azərbaycan ictimaiyyəti bu günə qədər radikal müxalifətən hər bir çirkin oyunu görüb. Və ASALA ilə əməkdaşlığını da görə bilər. Bu səbəbdən də, Müsavat və AXCP mütləq xarici ölkələrə olan giizli səfərlərilə bağlı cəmiyyətə məlumat verməlidir.
Radikal müxalifət qonşu ölkələrlə olan isti münasibətlərə zərbə vurmağa cəhd göstərir?
Göründüyü kimi, Əli Kərimli və İsa Qəmbər qonşu dövlətlərə göndərdikləri nümayəndələri vasitəsilə xəyanətkar sazişlər əldə etmək niyyətini gizlətmir. Hətta bunu Türkiyə və Rusiya kimi dövlətlərin ərazisində etməklə, çox təhlükəli oyun oynadıqlarını da nümayiş etdirirlər. Bu arada ortaya çıxan sual ondan ibarətdir ki, "bəlkə Əli Kərimli və İsa Qəmbər Azərbaycanın Rusiya və Türkiyə ilə olan münasibətlərinə zərbə vurmaq istəyirmi?"
Düşünür ki, radikal müxalifət korporativ maraqlarına görə, Azərbaycan xalqının milli maraqlarını zərbə altında qoymamalıdır. İstənilən halda, həm AXCP-nin, həm də Müsavatın xəyanətini insanlarımız dəfələrlə görüb. Ona görə də, hər bir cəmiyyət üzvü narahatdır ki, radikal müxalifət ən təhlükəli terror təşkilatı ilə əməkdaşlığa gedə bilər...
"SƏS" Analitik Qrupu