"Yurd" fəaliyyətində AXC-yə qarşı stalinizm metodları silsiləsindən
Tarixə müraciət etsək, görərik ki, 20-ci əsrin ikinci onilliyindən sonra bolşevizmin baş qaldırdığı və tüğyan etdiyi dövrlərdə inqilabi təşkilat daxilində bir çox ziddiyyətli fraksiyalar, birliklər yaradılırdı. Həmin qurumlara rəhbərlik edən Kamenev, Zinovyev, Trotski kimi bolşevizm ideoloqları Vladimir Leninə yarınmaqdan ötrü hər cür xəyanətlərə gedirdilər. Lakin ən böyük xəyanət metodu məhz İosif Stalin tərəfindən gerçəkləşdirildi ki, bu da Leninin ölümündən sonra, yəni bolşeviklərin rəhbərləri müəmmalı şəraitdə həyatını itirdikdən sonra (Burada onun zəhərli güllə ilə yaralanması, sonadan, həmin zəhərin qanına işləməsi məsələsi qabardılsa da, Stalinin bilavasitə rolu də istisna edilmir - R.N.) terror şəklini almağa başladı. Beləliklə, stalinizm metodu özünün xəyanətkar simvolunu kifayət qədər inkişaf etdirərək, Stalinin rəhbərliyi ələ alması ilə nəticələndi. Və burada tarixin bir çox səhifələrində baş vermiş siyasi və mənəvi xəyanətləri göstərmək mümkündür ki, onlardan biri də məhz ölkəmizdə 90-cı illərin sonlarında reallaşdı.
(Əvvəli ötən saylarımızda)
Sovet nomenklaturasının üzvləri ilə mafioz qruplarla əlaqələr qurulmuşdur
Onu da xatırlatmaq yerinə düşərdi ki, "Yurd" qruplaşması hələ AXC hakimiyyəti dövründən başlayaraq, bilavasitə, Əli Kərimovun təşəbbüsü ilə rayon şöbələrini özəlləşdirirdilər. Belə ki, təşkilat üzvləri (Burada Elçibəyə yaxınlıqları ilə seçilənlər nəzərdə tutulur) kütləvi şəkildə xaric edilərək, partiyadan uzaqlaşdırılırdılar. Bu məqsədlə, Ə.Kərimov şöbələri ziddiyyətlər içərisində saxlayaraq dava-dalaş mərkəzinə çevirmiş, rayonlardakı keçmiş partiya, sovet nomenklaturasının üzvləri ilə, mafioz qruplarla əlaqələr qurulmuşdur.Eləcə də, Ə.Kərimovun planlarına əsasən, 1995-ci ildən başlayaraq, AXC-nin dayaq dəstələri kütləvi şəkildə buraxılmışdı. Belə ki, həmin dayaq dəstələrinin yaradılmasında Əbülfəz Elçibəy şəxsən iştirak etmiş, dəstə rəhbərlərini təyin etmişdi. Bu baxımdan, həmin adamların orada qalmaları "Yurd" şefinə qətiyyən sərf etmirdi.1995-ci ildə son nəticə olaraq 20-yə qədər dayaq dəstəsi ləğv edilərək şöbə üzvlərinin sayı 680 nəfərdən 78 nəfərə endirildi.Qeyd edilənlərlə yanaşı, AXCP sədri Elçibəyin tapşırıqları, 1998-ci il şöbə sədrləri müşavirəsinin qərarları, AXCP sədr müavini Mirmahmud Fəttayevin və NTK sədri Mikayıl Rəhimovun, təşkilat şöbəsinin müdiri Bəybala Əbilovun iştirakı ilə keçirilən iclasın (17.05.98) qərarı (dayaq dəstələrinin qeydə alınmaması və AXCP -yə qəbula maneçiliyin aradan qaldırılması ilə bağlı) yerinə yetirilməmişdir.
Elçibəyin müəmmalı ölümündən sonra Əli Kərimovun "Yurd"çulara verdikləri tezislər:
1. Elçibəy siyasi kursunu başa çatdırdı və əbədiyyətə qovuşdu, onun yenidən siyasi lider olaraq mübarizəyə qalxması məqsədəuyğun deyil;
2. Elçibəy tərəfdarları qaragüruhçulardır, siyasi mübarizə taktikasını həzm edə bilmirlər;
3. Elçibəyin komandası Ə.Kərimov və "Yurd" funksionerləri istisna olaraq bacarıqsız və səriştəsizdirlər;
Nəticədə, sözügedən tezislər əsasında daha bir qrup "Yurd"a cəlb edildi və Ə.Kərimovun AXCP-də alternativsizlik ambisiyaları özünü qabarıq fonda sərgilədi. Artıq partiya parçalanmaq ərəfəsində idi.
(Ardı var)
RÖVŞƏN NURƏDDİNOĞLU