PDF Oxu

Müxalifət

  • 47

Rəsul Quliyev həmkarlarını topa tutub

İsgərdər Həmidov: "O, viski içəndən sonra həmişə belə danışır"

Rəsul Quliyev həmkarlarını topa tutub

Hər zaman həmkarlarını təhqir etməsi ilə mətbuatın diqqətində olan R.Quliyev bu dəfə Veteninfo.az saytına verdiyi müsahibəsində keçmiş "Boz Qurd"çu İsgəndər Həmidovu hədəf seçib. Hətta "ACP" lideri R.Quliyev xətti keçərək, İ.Həmidovu təhqir etməkdən belə çəkinməyib. Müsavat başqanı İsa Qəmbəri və AXCP sədri Əli Kərimlini də tənqid və təhqir edən eks-spiker onları müxalifət ücün arzuolunmaz şəxslər adlandırıb. R.Quliyevin təhqir dolu ittihamları cavabsız qalmayıb. Ona sərt şəkildə cavab verən İ.Həmidov mətbuata açıqlamasında "ACP" lideri R.Quliyevin içki düşkünü olduğunu qeyd edib: "Mən Rəsul Quliyevdən fərqli olaraq, vətəni qoyub qaçmadım. Getdim bu vətənin həbsxanasında yatdım, amma ölkədən qaçmadım. Rəsul Quliyev də burada qala və vətəndən qaçmaya bilərdi. Ancaq buna cəsarət lazım idi. Vətənin türməsini də vətən kimi qəbul etmək, havasından dadmaq lazımdır. Gedib Amerikada oturub danışmaq çox asandır".

"O, müsahibə verəndə ABŞ barlarından birində imiş"

R.Quliyevin yeni ittihamlarla çıxış etməsi təəccüblü görünmür. İ.Həmidovun Amerikada mühacir həyatı yaşayan R.Quliyev haqqında dedikləri fikirlərə görə R.Quliyev müsahibələri barlardan verir. "Mən belə başa düşürəm ki, Rəsul Quliyev Amerikada viski içdikdən sonra belə fikirlər səsləndirməyə başlayıb. Əminəm ki, o, müsahibə verəndə ABŞ barlarından birində imiş. O, viski içəndən sonra həmişə belə danışır. Amma ABŞ-da viski içib Azərbaycana qiymət vermək çox asandır" - deyə "Boz Qurd"çu İsgəndər Həmidov mətbuata müsahibəsində bildirib.

"Ukraynada necə şüvən qaldırdısa, səs-sorağı buracan gəlib çıxdı"

"ACP" lideri R.Quliyevin şüvənliyi təkcə dağıdıcı müxalifət düşərgəsində deyil, eyni zamanda, Azərbaycanın hüdudlarından kənarda da eşidilir. Məhz İ.Həmidov da R.Quliyevin şüvən olduğuna işarə verərək, onun Azərbaycandan qaçdığını bildirib: "Bir dəfə guya cəhd elədi ki, Azərbaycana gəlsin və Ukraynada həbs edildi. Amma Ukraynada necə şüvən qaldırdısa, səs-sorağı buracan gəlib çıxdı. Bu həmin Rəsul Quliyevdir. Mən dediyimi eləyən biriyəm. Gedib on il həbsxanada yatdım, amma bu ölkədən qaçmadım. İndi bunlar o qədər yalan danışıblar ki, Azərbaycanda artıq yalan həqiqəti üstələmək istəyir".

Babək Hacıyev

Digər xəbərlər