PDF Oxu

Müxalifət

  • 39

Rəsul Quliyev dağıdıcı müxalifət düşərgəsində "vahid namizəd" postunu Əli Kərimli və İsa Qəmbərə güzəştə gedə bilmir

Rəsul Quliyev dağıdıcı müxalifət düşərgəsində "vahid namizəd" postunu Əli Kərimli və İsa Qəmbərə güzəştə gedə bilmir

Dağıdıcı müxalifət düşərgəsində uzun zamandır tərəfləri qarşı-qarşıya qoyan əsas məsələ vahid namizədin müəyyən oluna bilməməsidir. Bununla bağlı tərəflər açıq şəkildə mənəm-mənəmlik nümayiş etdirərək, şəxsi maraqlarından çıxış edir. Dağıdıcı müxalifət düşərgəsində vahid namizəd problemi ortaya atıldıqdan sonra, bununla bağlı bir müddət açıqlamalara son qoyulmuşdu.

Lakin yenidən başlanan çirkin kampaniya məhz Müsavat başqanı İsa Qəmbərin düşərgənin vahid namizədi olmaq istəyini açıqlamasından sonra start götürdü. Ardınca AXCP sədri Əli Kərimlinin tərəfdarları dağıdıcı müxalifət düşərgəsində ancaq vahid namizəd kriteriyalarına Ə.Kərimlinin cavab verdiyi bildirdi. Bundan sonra hər iki şəxsin çirkin planlarına zərbə vurmaq məqsədilə "Ümid" partiyasının sədri İ.Ağazadə özünü düşərgədə yeganə namizəd kimi qələmə verdi. Hansı ki, İ.Ağazadənin bu addımı tərəflərin vahid namizəd olmaq iddiası ilə çıxış edənlərin ağzını qapamağa və yeni bir təxribata hesablanmışdı. Bütün iddiaların yekununda "ACP" lideri Rəsul Quliyev də öz antimilli mövqeyini ortaya qoyaraq, 2013-cü ildə keçiriləcək prezident seçkilərində dağıdıcı müxalifət təmsilçilərində ən öndə olduğunu qeyd etdi. Xüsusilə, R.Quliyevin "azadlıq radiosu"na müsahibə verməsi, Xədicə İsmayılovanın yeni bir təxribat hazırladığının göstəricisidir. R.Quliyev müsahibəsində Avropa Parlamentinin R.Səfərovla bağlı qərarına da münasibət bildirib. Deyib ki, müxalifət partiyaları gərək bu sənədə imza atmazdı. Daim "İctimai Palata"ya düşmən mövqedə olan R.Quliyev bu dəfə də yenidən "İctimai Palata"nı tənqid atəşinə tutub.

Antimilli və anti-Azərbaycan meyilli qüvvələrə zərbə

"ACP" lideri R.Quliyev sentyabrın 14-də YAP-ın qərargahında 18 siyasi partiyanın görüşünü pisləyib. Çünki R.Quliyevin "Azadlıq" radiosuna verdiyi müsahibəsində bir məqam diqqət çəkir. O, qeyd edir ki, bu, bizim xaricdə olan dəstəyimizə zərbə vurdu. R.Quliyev xaricdən alınan pullar hesabına yaşadığı üçün AXCP və Müsavatın bu toplantıya qatılması onu özündən çıxarıb. Baxmaraq ki, AXCP və Müsavat bu müraciətə imza atsalar da onlar, heç də "ACP" liderindən geridə qalmır. Söz yox ki, qarşıdan gələn seçkilərdə əvvəlki illərdə keçirilən seçkilərdə olduğu kimi bunlara xaricdən dəstək verən anti-Azərbaycan meyilli qüvvələr olacaq. Bu mənada, indidən onları "hürkütmək" R.Quliyevi qıcıqlandırıb. 2013-cü ildə keçiriləcək seçkiləri ərəfəsində özünə xarici dairələrdən dayaq axtarışına çıxan R.Quliyevin bütün imkanlarının tükəndiyi isə yeni məsələ deyil. Bu gün dağıdıcı müxalifət düşərgəsində R.Quliyev faktorunun istifadə müddətinin bitdiyi üçün onun açıqlamalarını ciddi hesab etmirlər.

Babək Hacıyev

Digər xəbərlər