PDF Oxu

Müxalifət

  • 62

"İctimai Palata"da "vahid namizəd" təlatümü

Araz Əlizadə: "İsa Qəmbərin dostu Levon Ter-Petrosyan və "Ermənistan Ümummilli Hərəkatı"nın rəhbəri Aram Manukyandırsa, artıq bunların hansı mənafeyə xidmət etdiyi məlum olur"

"İctimai Palata"da "vahid namizəd" təlatümü

\r\n

\r\n

\r\n 2013-cü ildə ölkədə keçirilən prezident seçkiləri yaxınlaşdıqca, dağıdıcı müxalifət düşərgəsində vəziyyət daha da çətinləşir. Xüsusilə, AXCP-Müsavatın təşəbbüsü ilə yaradılan \"İctimai Palata\" adlı qondarma qurum \"vahid namizəd\" məsələsini həll etməkdə çətinlik çəkir. Buna səbəb \"İP\"-də təmsil olunan qüvvələrin çirkin şəxsi ambisiyalarıdır. Çünki ayrı-ayrılıqda AXCP-dən Əli Kərimlini, Müsavatdan da İsa Qəmbərin namizəd olacağı ilə bağlı açıqlamalar verilir. Bunlarla yanaşı, düşərgədə təmsil olun \"Ümid\", \"ACP\", ADP, \"VİP\" və digər partiyalar mövqelərini bildiriblər. Maraqlı məqam odur ki, partiyalar bunlar arasından \"vahid namizəd\" müəyyən edə bilmir. Bir müddət əvvəl \"İctimai Palata\"ya \"vahid namizəd\"lə bağlı açıqlamaların verilməsinə qadağalar qoylsa da, çox keçmədi ki, Müsavat başqanı İ.Qəmbər buna riayət etməyərək, özünün \"vahid namizəd\" olması ilə bağlı mətbuata açıqlama verdi. Qarşılıqlı olaraq dərhal AXCP-dən də buna cavab verildi. AXCP-dən bildirildi ki, \"vahid namizəd\" kriteriyalarına AXCP sədri Ə.Kərimli cavab verir. Bundan başqa digər partiyalar da öz liderlərini \"vahid namizəd\" kimi qələmə verdi. Amma bunun bu şəxslər birləşib birgə \"vahid namizəd\" müəyyən edə bilmədi. \"İctimai Palata\" son vaxtlar guya \"vahid namizəd\" məsələni müzakirəyə çıxaracaqmış kimi şayələr yayır. Lakin bu onunla izah olunur ki, artıq \"İctimai Palata\" təlatüm yaranıb. Son vaxtlar \"İP\" daxilində \"vahid namizəd\" müəyyən oluna bilməməsinin səbəbləri ilə bağlı Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə ilə söhbətləşdik.

\r\n

\r\n Araz Əlizadə: \"İsa Qəmbər hələ 1998-ci ildə keçirilən seçkilərdə Əbülfəz Elçibəyə güzəştə getmədi\"

\r\n

\r\n Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə bizimlə söhbətində bildirdi ki, əvvəlki seçkilərdə olduğu kimi, 2013-cü ildə müxalifətin \"vahid namizəd\"i olmayacaq: \"Əgər olsa belə, onlar seçkidə heç bir uğur qazana bilməyəcəklər. Müxalifətin istər 1 namizədi olsun, istərsə də 10 namizədi olsun, bunun heç bir fərqi yoxdur. Söhbət nəticədən gedir. Birmənalı şəkildə bu insanlar yenə də məğlub olacaqlar. Yəni onlar iflasa uğramış insanlardır. Onların bu illər ərzində fəaliyyəti ürəkaçan olmayıb\".\"Dostunu göstər, deyim sən kimsən\" deyə məsəl çəkən Araz Əlizadə qeyd etdi ki, əgər İsa Qəmbərin dostu Levon Ter-Petrosyan və \"Ermənistan Ümummilli Hərəkatı\"nın rəhbəri Aram Manukyandırsa, artıq bunların hansı mənafeyə xidmət etdiyi məlum olur. Vaxtilə bu şəxslər eyni bir təşkilatda təmsil olunublar və sonradan dağılıblar, ayrı-ayrı cəbhələr yaradıblar. Bunların dağılmasına səbəb isə şəxsi ambisiyaları olub. İ.Qəmbər hələ 1998-ci ildə keçirilən seçkilərdə Əbülfəz Elçibəyə güzəştə getmədi. 2013-cü il seçkilərində də, inanmıram ki, İ.Qəmbər Ə.Kərimliyə güzəştə getsin və ya Ə.Kərimli İ.Qəmbərə güzəştə getsin. Qaldı ki, sosial şəbəkələrdə onların təbliğatına, sosial şəbəkələrdə fəal olanlar real həyatda real olmayan şəxslərdir\".

\r\n

\r\n Babək Hacıyev

Digər xəbərlər