Artıq uzun müddətdir ki, Müsavat partiyası qurultay keçirə bilmir. Səbəb kimi qurultaya müvafiq yerin ayrılmasını bəhanə gətirsələr də, lakin bunlar heç də əsası olmayan fikirlərdir. Bir aralar qurultayla bağlı tez-tez mətbuata açıqlama verən Tofiq Yaqublu artıq bu məsələyə münasibət bildirmir. Əgər Müsavat partiyasından qurultay keçirmək üçün Türkiyə və Gürcüstan variantı seçilmişdisə, sonradan məlum oldu ki, bu açıqlamalar Müsavat daxilində olan gərginliyi aradan qaldırmağa hesablanıb. Çünki Müsavat partiyasının gizli keçirilən son ümumrespublika müşavirəsində rayon təşkilatlarında gələn şəxslər də qurultayın keçirilməsinin vacib olduğunu vurğulamışdı. Amma Müsavat başqanı İsa Qəmbər əvvəlki toplantılarda olduğu kimi, yenə də toplantı iştirakçılarına nağıl danışıb.
İsa Qəmbər rayon təşkilatlarından narazıdır
İ.Qəmbər rayon təşkilatlarının nümayəndələri ilə gizli görüşündə təlimat verib ki, Müsavat qurultay keçirmək üçün tam hazırdır, lakin müvafiq yer ayrılmır. Ona görə də qurultayı Azərbaycanın hüdudlarından kənarda keçirməyi düşünürük. Bu səbəbdən, rayon təşkilatları toplaşmalı bizə köməklik göstərməlidir. İ.Qəmbər rayon həmin müşavirədə iştirak edən rayon təşkilatlarından gələn şəxslərə rayonlardakı vəziyyətlə bağlı narahat olduğunu bildirib. Deyib ki, rayonlardakı dayaqlarımız gücləndirilmək əvəzinə daha da seyrəlib. Bunun üçün rayon təşkilatları ciddi işlər görməlidir. İ.Qəmbərin belə əsassız fikirləri ilə razılaşmayan rayon təşkilatları nümayəndələri qeyd edib ki, əgər aramızda müsavatı dəstəkləyən bir neçə şəxslər artıq onlar da bizə etimad göstərmir. Səbəbini isə İ.Qəmbərin yarıtmaz fəaliyyəti və antimilli qüvvələrə işləməsi ilə əlaqələndiriblər. İ.Qəmbərdən qurultay tələb edən nümayəndələr bildiriblər ki, hazırki vəziyyətdə qurultayın keçirilməsi çox vacidir.
"Vahid namizəd" məsələsi gündəmə gəldi, qurultay arxa plana keçdi
Son vaxtlar dağıdıcı müxalifət düşərgəsinin ən ağrılı yeri olan "vahid namizəd" məsələsi, qurultayın keçirilməsini arxa plana salıb. Müsavat partiyasında bu məsələlər müzakirə olunanda fərqli mənzərələr meydana çıxıb. İlk öncə Müsavat yaxşı anlayır ki, qurultay keçirilməsi üçün onun sosial bazası yoxdur. Bu, ona baş ucalığı gətirməyəcək. Yenidən qurultay mənzərəsi gülüş doğuracaq və daxili gərginliyi daha da artıracaq. Daha sonra qurultay keçirilsə başqan məsələsinə baxılacaq. Əgər başqan məsələsinə baxılarsa İ.Qəmbərin başqanlıqdan getməsi ehtimalı böyükdür. Çünki 20 ildir ki, bu şəxsin yarıtmaz fəaliyyəti, ötən müddət ərzində hər hansı uğurlarla müşaiyət olunmayıb. Xüsusilə, yalnız mitinqlər keçirməklə, əsassız açıqlamalar verməklə yadda qalıb. Qurultayda müzakirə olunacaq digər bir məsələ "vahid namizəd" məsələsi olmalıdır ki, bu məsələdə də, qurultaysız öz həllini tapıb. Çünki İ.Qəmbər partiya üzvləri və başqa şəxslərin razılığı olmadan özünü nəinki müsavatın, hətta ümumilikdə dağıdıcı müxalifətin "vahid namizəd"i görür. Artıq bununla bağlı mətbuata açıqlama da verib.
İ.Qəmbərin qurultay təlaşı "vahid namizəd"lə yox, başqanlıqla bağlıdır
Məlumdur ki, artıq Müsavat daxilində İ.Qəmbərin torbası tikilib. Bununla bağlı partiya daxilində müxtəlif çirkin oyunlar düzənlənib. Bu oynların başında duran Arif Hacılıdır. Qurulan planlara görə, İ.Qəmbər başqanlıqdan getməlidir. İ.Qəmbərin yerinə A.Hacılının gətiriləcəyi ilə bağlı təbliğat aparılır. Arif Hacılının yerinə isə ya Tofiq Yaqublu, ya da Gülağa Aslanlının gətiriləcəyi ilə bağlı söhbətlər gedir. Bu çirkin oyunlardan müəyyən qədər xəbərdar olan İ.Qəmbər bu səbəbdən tez-tələsik "vahid namizəd" olmaq istəyini gizlətmədi. Hətta bir müddət öncə fikirlər səsləndirilmişdi ki, müsavatın namizədi başqan olmaya da bilər. Buna rəğmən qurulan çirkin oyunların bir mərhələsində də İ.Qəmbərlə "vahid namizəd" oyunu oynamaq və pərakəndə qurultay keçirib İ.Qəmbəri sıravi üzv kimi saxlamaq barədə gizli sövdələşmələr olub. Daha sonraki proselərdə daxildən öyrədilmiş şəxslər vasitəsilə yenidən A.Hacılının "vahid namizəd" kimi gündəmə gətiriləsi planlaşdırılır. Yəni 2013-cü ildə keçiriləcək prezident seçkiləri yaxınlaşanda İ.Qəmbər və A.Hacılı ilə yenidən münasibətlər kəskinləşəcək. Bu məsələdə Müsavat partiyasının gənclər təşkilarının sədri Tural Abbaslı da əsas faktorlardan biridir. T.Abbaslıya da verilən vədlər əsasında çox keçməyəcək ki, İ.Qəmbərin əleyhinə açıqlamalar verəcək. Necə ki, artıq bunun toxumları səpilib.
Qurultayın keçirilməsi zəruri hesab edilmir
Məlum olduğu kimi, qurultayın keçirilməsi üçün Gürcüstan və Türkiyə variantları səsləndirilmişdi. Maraqlı məqam bundan ibarətdir ki, bunlar sadəcə ajiotaj yaratmaq məqsədi daşıyır. Əgər müsavat qurultay keçirmək marağındadırsa, o zaman təkcə Müsavatın qərargahı buna yetərli və uyğundur. Baxmayaraq ki, müsavat 800-1000 nəfərli yer istəyir. Müsavatın qərargahı qurultay keçirmək üçün tam uyğundur, əgər Müsavat partiyası bunu keçirmək marağındadırsa. Bir sözlə, Müsavat pariyası qurultayın keçirilməsini zəruri hesab etmir. Necə olur ki, Müsavat qurultayı Gürcüstan və ya Türkiyədə keçirib, burdan 100 nəfər ora daşımaq fikrinə düşübsə, o zaman bu 100 nəfər Müsavat partiyasının qərargahına sığışmır? Təkcə bəhanələr bununla bitmir.
Babək Hacıyev