PDF Oxu

Müxalifət

  • 48

Müxalifətin uğursuzluğu

Tahir Kərimli: "Müxalifət düşərgəsini təmsil edən qüvvələr bir müddət gündəmdə qalmaq üçün bu cür icazəsiz aksiyalar keçirməyə can atır"

Müxalifətin uğursuzluğu

Dağıdıcı müxalifət qüvvələri oktyabr ayının 13-də icazəsiz aksiyalar keçirməyi planlaşdırdı. Amma həmin qüvvələr tərəfindən keçiriləcək aksiyalar təxirə salınıb. Müxalifəti təmsil edən qüvvələrin bu aksiyaların keçirilməsini təxirə salmasının səbəbini nə ilə izah edərdiniz? Müxalifət qüvvələrinin icazəsiz aksiyalar keçirmək istəyinin arxasında hər hansı xarici qüvvələrin dayandığını söyləmək olarmı? Müxalifət qüvvələri bu cür icazəsiz aksiyalar keçirməklə diqqəti özlərinə cəlb etmək istəyirmi? Məsələyə münasibət bildirən Vəhdət partiyasının sədri Tahir Kərimli bildirdi ki, müxalifət qüvvələrinin oktyabr ayının 13-də keçiriləcək icazəsiz aksiyalarının təxirə salmasının əsas səbəbi öz zəifliklərini başa düşmələri ilə bağlıdır. Müxalifət qüvvələri çox gözəl bilirdi ki, əgər onlar icazəsiz aksiyaları keçirsəydi rüsvay olacaqdı. Yəni bu aksiyalarda özlərindən başqa heç kəs olmayacaqdı. Ümumiyyətlə, ölkədə hər hansı bir aksiya keçirmək üçün sosial bazaya malik olmaq lazımdır. Amma gördüyünüz kimi, müxalifət sosial bazaya malik deyil.

T.Kərimli qeyd etdi ki, müxalifət qüvvələrinin icazəsiz aksiyalar keçirmək istəyinin arxasında xarici qüvvələrin olduğunu demək olar. Amma son vaxtlar xarici qüvvələrin özləri müxalifətə biganə yanaşır. Çünki müxalifət qüvvələri xaricdən dəstək aldığı halda, onlar yenə də fəaliyyətsizlik nümayiş etdirirlər. Yəni, xarici qüvvələrin sifarişini tam yerinə yetirə bilmir. Demək olar ki, heç vaxt müxalifət qüvvələri xalqın dəstəyini qazana bilməyib. Bir sözlə, müxalifət təmsilçiləri 20 il bundan əvvəl xalqın dəstəyini itirib. Müxalifət təmsilçilərinin çağırışlarına xalq biganə yanaşır. Ona görə də, müxalifətçilər ölkədə hər hansı bir icazəsiz aksiya keçirsə belə, sonda məğlubiyyətə uğrayacaqdır. Bir sözlə, hər zaman olduğu kimi, bu dəfə də müxalifət qüvvələrinin arzusu arzu olaraq ürəyində qalacaqdır. Ümumiyyətlə, müxalifət qüvvələri reallığı özündə əks etdirməyən xəyala dalır. Ümumiyyətlə, müxalifətin bu cür xoşagəlməz əməllərə əl atması heç də ictimaiyyət tərəfindən yaxşı qarşılanmır.

Partiya sədri sonda onu da əlavə edərək bildirdi ki, müxalifət düşərgəsini təmsil edən qüvvələr bir müddət gündəmdə qalmaq üçün bu cür icazəsiz aksiyalar keçirməyə can atır. Müxalifət elə hesab edir ki, guya bu qüvvələr ölkədə icazəsiz aksiyalar keçirsə, belə hərəkətlərlə ictimai rəyi çaşdıracaqlar. Belə ucuz şoular, sadəcə, onların özlərini nümayiş etdirmək düşüncəsindən irəli gəlir.

GÜLYANƏ

Digər xəbərlər