PDF Oxu

Müxalifət

  • 47

Rəsul Quliyev dağıdıcı müxalifətlə dil tapa bilmir

Rəsul Quliyev dağıdıcı müxalifətlə dil tapa bilmir

Dağıdıcı müxalifət düşərgəsində Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli özlərindən başqa lider görmürlər. Bu mənada, digər dağıdıcı müxalifət partiya liderləri arxa plana salınıb. Xüsusilə, "ACP" lideri Rəsul Quliyevin bütün cəhdlərinə baxmayaraq, o, düşərgədə birmənalı qarşılanmır. ABŞ-da mühacir həyatı yaşayan R.Quliyevin tez-tez dağıdıcı müxalifətin ünvanına kəskin ittihamlarla çıxış etməsi, düşərgədə qondarma qurum sayılan "İctimai Palata" təmsilçilərində hiddətlə qarşılandığı üçün "ACP" lideri arzuolunmaz bir şəxsə çevrilib. Onun haqqında "İctimai Palata"da mənfi imic formalaşıb.

Ona görə də, onun dağıdıcı müxalifətə məsləhətləri düşərgədə gülünc qarşılanması da buna sübutdur. Hətta bir müddət öncə özünə dağıdıcı müxalifətdəki məlumatları mütəmadi ala biləcək və bu məsələlərdə ona etibar edə biləcək şəxsi - Sülhəddin Əkbəri "ACP" sədr gətiməsi onun daha da sıradan çıxmasına səbəb oldu. Müsavat partiyasından "ACP"-yə transfer olan S.Əkbər yeni postunda heç də uğur qazana bilmədi, əksinə, dağıdıcı müxalifət düşərgəsində R.Quliyevin alnına "katalizator" damğasını vurdu.

Rəsul Quliyev 2013-cü il seçkilərindən niyə imtina edir?

Rəsul Quliyevin Sülhəddin Əkbəri "ACP"-yə gətirməklə fəallaşmaq cəhdləri də heç bir nəticə vermədi. Əvvəlcədən, S.Əkbərin Müsavat partiyasından istefa verməsinə inanan R.Quliyevə sonradan məlumat verilib ki, S.Əkbər Müsavatdan qovulub. Ona görə ki, hələ S.Əkbər Müsavatda olarkən onun R.Quliyevlə yaxın əlaqələri olub. Buna görə Müsavat başqanı İ.Qəmbər dəfələrlə ona xəbərdarlıq edib ki, R.Quliyevlə əlaqələrini kəssin. Amma S.Əkbər "ACP"-dən "beli bağlı olduğu üçün" guya Müsavat partiyasından istefa verib. Onun "ACP"-yə gətirilməsi heç də dağıdıcı müxalifət düşərgəsində gündəmi dəyişə bilmədi. Xüsusilə, R.Quliyevin düşərgədə təmsil olunan şəxslərin ünvanına tez-tez ittihamlar yağdırması onu daha da çətin vəziyyətə saldı. Hətta R.Quliyev dəfələrlə "İctimai Palata"ya xəbər göndərib ki, birgə aksiya keçirək. Ə.Kərimli bu təklifi dəyərləndirmək istəsə də, İ.Qəmbər buna kəskin etirazını bildirib. "ACP" sədri S.Əkbər bununla bağlı Müsavat qərargahına yollanıb, məsələni müzakirə etmək istəsə də, İ.Qəmbər onunla görüşməkdən imtina edib. Ümumiyyətlə, düşərgədə heç kimlə dil tapa bilməyən R.Quliyev görür ki, o, 2013-cü ildə prezident seçkilərində iştirak etsə belə, çox biabırçı bir vəziyyətlə qarşılaşacaq. O səbəbdən, guya "imicinə" zərər vurmamaq üçün belə bir yola əl atır. Son vaxtlar isə R.Quliyevin müsahibələri heç də düşərgədə birmənalı qarşılanmır. Açıq şəkildə xalqın ünvnına xoşagəlməyən ifadələr işlətməsi onun bir daha hansı "keyfiyyətlərə" malik olmasından xəbər verir. R.Quliyev xalqa savadsız deyir. Amma xalq o zaman savadsız olar ki, R.Quliyev, İ.Qəmbər və Ə.Kərimli kimi satqın şəxslərə səs verər. Xalqın qətiyyətli mövqeyi onların kim olduqlarını bir daha üzə çıxaracaq.

Babək Hacıyev

Digər xəbərlər