Və yaxud İsa Qəmbərin müşavirinin istefasında Rauf Arifoğlu barmağı
"İctimai Palata"dan istefaya gedən Müsavat başqanı İsa Qəmbərin müavini Yadigar Sadıqov həmin istefasını siyasi motivlərlə əlaqələndirməyə çalışsa da burada şəxsi məsələlərin də yer alması diqqətdən yayınmır. Belə ki, istefasının əsas baiskarının "Yeni Müsavat" qəzetinin baş redaktoru olduğunu bəyan edən Müsavat başqanının müşaviri bildirib ki, uzun tərəddüdlə atdığı addımının səbəbi "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun "İctimai Palata"nın koordinasiya şurasının üzvü kimi tutduğu yüksək mövqeyə rəğmən müxalif düşərgə haqqında böhtanlar və dezinformasiyalar yaymasıdır.
Yadigar Sadıqovun siyasi artistizm nümayiş etdirməsi ümumiyyətlə inandırıcı təsir bağışlamır
Ancaq başqan müşavirinin iddiasının həqiqəti əks etdirmədiyi bəri başdan özünü göstərməkdədir. Belə ki, bu gün həm "Yeni Müsavat"a baş redaktorluq edən, həm də "İctimai Palata"da mövqe tutan R.Arifoğlu müxalifət haqqında deyil, məhz hakimiyyət haqqında dezinformasiyalar yayır, hətta şantaj və böhtanlar yağdırarmaqla siyasi dividend axtarışına çıxır. Bu xüsusda vurğulamaq lazımdır ki, Y.Sadıqovun siyasi artistizm nümayiş etdirməsi ümumiyyətlə inandırıcı təsir bağışlamır. Çünki ortada əldə etdiyimiz digər məsələlər də mövcuddur. Xatırladaq ki, Müsavat başqanı ilə R.Arifoğlunun münasibətlərində uzunmüddətli intriqalar mövcuddur. Həmin intriqaların kökü 2003-cü ilə dayanıb. Həmin ildə acı məğlubiyyətə düçar olan Müsavat başqanı bir müddət ortada görünmədikdən sonra, "Yeni Müsavat" qəzetinin baş redaktoru başqanın yerinə göz dikmişdi. Hətta həmin illərdə İ.Qəmbər haqqında kifayət qədər tənqid və təhqirli yazılara da yer ayrılırdı. Nəticədə, mətbuata çıxan R.Arifoğlu bəyan etmişdi ki, Müsvat partiyasının yerinə "Yeni Müsavat" partiyasını təsis edəcək və başqanlıq funksiyasını özü icra edəcək. Bundan sonra üzə çıxan Müsavat başqanı müxtəlif vasitələrlə R.Arifoğlunun atacağı addımlarının qarşısın kəsməyə müvəffəq oldu.
Rauf Arifğolu Müsvat partiyasından xaric ediləcək
Məhz bundan sonra İ.Qəmbərlə R.Arifoğlu arasındakı nifaq barışmaz halını aldı
Bu günə qədər davam edən intriqalar Müsavat partiyası ilə yanaşı, "İctimai Palata"ya da sirayət edib. Çünki R.Arifoğlu "palata" daxiində də Müsavat başqanına qarşı çıxışlar edir. Nəticədə, İ.Qəmbər R.Arifoğluya zərbə vurmaqdan ötrü, öz müşavirini qurban verdi. Yəni bununla demək istədi ki, R.Arifoğlunun "İctimai Palata"da yeri yoxdur. Bu baxımdan, "palata"dan istefaya gedən Y.Sadıqov başqanının tapşırığını yerinə yetirdi. Ancaq irəli sürdüyü iddiaları, yəni, R.Arifoğlunun müxalifəti tənqid etməsi iddiaları heç də inandırıcı təsir bağışlamadı. Ona görə də, demək mümkündür ki, burada motiv bilavasitə partiyadaxili intriqaların nəticəsidir.
Qeyd edək ki, Müsavat partiyası bu günlərdə Ali Məclisin toplantısını keçirmək iddiasındadır. Əldə etdiyimiz başqa informasiyaya görə, orada Y.Cəfərlinin istefası ilə yanaşı, R.Arifoğlunun Müsavat partiyasından xaric edilməsi məsələsinə də baxılacaq.
MÜBARİZ QULİYEV