PDF Oxu

Müxalifət

  • 52

Elçibəyin məzarı açılarsa...

Əli Kərimlinin yolu həbsxanaya daha da yaxın olacaq

Elçibəyin məzarı açılarsa...

Artıq uzun müddətdir ki, ölkə mətbuatının gündəmində AXC-nin mərhum "lideri", keçmiş prezident Elçibəyin AXCP sədri Əli Kərimli tərəfindən zəhərlənməsi barədə irəli sürülən iddialar ətrafında söz-söhbətlər səngimir. Lakin həmin söz-söhbətlərdən və informasiyalardan bir daha aydın olur ki, Ə.Kərimlinin belə bir vəziyyətdə susqunluq nümayiş etdirməsi onun ittihamlarla razılaşdığını nümayiş etdirir. Düzdür, sözügedən ittihamlara qarşı ilk günlərdə "Azadlıq" qəzeti vasitəsilə "zəhmətkeş məktubları" dərc edilsə də, həmin "məktubların" səngiməsi məsələnin aktuallığını aha da artırıb.

Ətraflı istintaq tədbirləri davam etdirilir

Bu yerdə bir daha xatırlatmaq yerinə düşərdi ki, məsələ ilə bağlı Bakı şəhər Prokurorluğu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb. Artıq üç aya yaxındır ki, ittihamla bağlı ətraflı istintaq tədbirləri davam etdirilir. Eyni zamanda, istintaqın gedişində zamanında Elçibəyə yaxın olmuş şəxslər dindirilib, izahatlar alınıb. Artıq istintaqın yekunlaşma prosesidir və eks-prezidentin məzarının açılması və əsil həqiqətlərin üzə çıxarılması məsələsi qaçılmaz hal alıb.

Onu da qeyd edək ki, qardaş Türkiyədə bir müddət öncə bu kimi təcrübə reallaşdı və mərhum prezident Turqut Özalın qəbri açıldı. Həmçinin, ekspertzia üçün Özalın nəşindən nümunələr götürüldü. Hazırda isə bu çərçivədə işlər davam etdirilməkdədir.

Əli Kərimlinin məsələ ilə bağlı mövqe bildirməməsi onun bu cinayətdə əli olmasına kifayət qədər zəmin yaradır

Məhz bu baxımdan, Ə.Elçibəyin qəbrinin açılması diqqət çəkən məsələlərdəndir. Əldə etdiyimiz informasiyalara görə,məsələ ilə bağlı bir çox müəmmalar ortaya çıxmaqdadır. İstintaq qrupunun Elçibəyin məzarının açılması ilə bağlı hazırlıq işləri aparıldığı deyilsə də, hələlik, bununla bağlı isə hüquq-mühafizə orqanları tərəfindən rəsmi məlumat verilməyib. Hmçinin, Respublika Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da mətbuata açıqlamasında bildirib ki, əgər məsələ ilə əlaqədar rəsmi qərar qəbul olunarsa, ictimaiyyətə də məlumat veriləcək: "Əgər eksqumasiya ilə bağlı rəsmi qərar çıxsa, tərəfimizdən kütləvi informasiya vasitələrinə məlumat veriləcək".

Göründüyü kimi, bu gün susqunluq nümayiş etdirən AXCP sədri Ə.Kərimlinin məsələ ilə bağlı mövqe bildirməməsi, yəni daha öncə sərgilədiyi inkarlara ara verməsi onun bu cinayətdə əli olmasına kifayət qədər zəmin yaradır. Bu baxımdan, AXCP sədrinin ruslar demişkən, "çemodannıy nastroyenie", yəni "çamodan əhval ruhiyyəsində" olduğunu iddia etmək olar. Ancaq onun bu yolçuluğu hansısa xarici ölkəyə deyil, həbsxanaya olacağı da məlumdur. Çünki bu günə qədər irəli sürülən ittihamlar çərçivəsindəki kifayət qədər dəlillər belə qənaətə gəlməyə əsas verir.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər