PDF Oxu

Müxalifət

  • 26

Əvəz Temirxanın məqsədi bəlli oldu

ALP sədri sosial şəbəkələr vasitəsilə Lalə Şövkətə xal qazandırmaq niyyətindədir

Əvəz Temirxanın məqsədi bəlli oldu

Son günlər siyasi gündəmdə adı az hallanan partiyalardan biri də Azərbaycan Liberal Partiyasıdır. Əgər nəzərə alsaq ki, ötən seçkilər dövrü ALP müxalifət düşərgəsində fəaliyyət göstərən qurmlarda kifayət qədər söz demək gücünə malik idisə, hazırda düşərgədə az-az görünən partiya yetkililərinin hansı işlə məşğul olmaları istər-isətəməz maraq doğrurur.

ALP sədri Əvəz Temirxanın daha çox sosial şəbəkələrdə üzə çıxması, status yazışmalarında düşərgənin digər qütbünü öz inhisarlarına almış AXCP və Müsavat rəhbərlərini ittiham etməsi daha çox nəzərlərə çarpır. Bu baxımdan, Ə.Temirxanın "lideri" Lalə Şövkət Hacıyevanın tapşırıqlarını yerinə yetirməsi istisna olunmayan faktlardandır.

Əvəz Temirxan qeyri-qanuni yolla seçki təbliğatına başlayıb

Həmin faktlardan belə bir nəticəyə gəlmək mümkündür ki, bu gün seçki marafonuna hazır olmadıqlarını deyən ALP rəsmiləri əslində həmin hazırlığı başqa müstəvidə aparırlar. Məhz həmin səbəbdən də, aşkar olub ki, Ə.Temirxan son günlər nəyə görə sosial şəbəkələrə meyillənib. Bəlli olub ki, ALP sədri yazışdığı hər bir "dostuna" 2013-cü il seçkilərində L.Şövkətə səs verməyə çağırır. Əslində, qanundan kənar təbliğat apardığının fərqinə varmayan Ə.Temirxan qarşıdan gələn seçkilərə o qədər aludə olub ki, hüquqşünas olmağına baxmayaraq, vaxtından əvvəl seşki təbliğatı apardığına görə, ciddi qanun pozuntusuna yol verib. Xatırladaq ki, o, həm də SSRİ Baş Prokurorluiğunda Xüsusilə Mühüm İşlər üzrə müstəntiq vəzifəsini icra edib. Eləcə də, Ə.Temirxanın Bakıdakı 20 Yanvar faciəsində də kifayət qədər "əməyi" mövcuddur. Həmin "əməyin" nəticəsi isə artıq hər kəsə kifayət qədər məlumdur. Lakin qayıdaq əsas məsələyə.

Artıq L.Şövkətin tapşırığına əsasən, qeyri-qanuni yolla təbliğata başlayan Ə.Temirxanın müxtəlif adlar altında çıxışları da maraqdoğurucudur. L.Şövkətə səs

verməyə çağıran ALP sədri daha bir məqama toxunaraq yazır ki, əgər Azərbaycan xalqı böhrana sürüklənmək isəmirlərsə, Müsavat başqanı İsa Qəmbərə, yaxud da AXCP sədri Əli Kərimliyə səs verməsinlər. Ə.Temirxan "İctimai Palata"nın "vahid namizəd" məsələsinə də toxunaraq, yazıb ki, qarşı qütb həqiqətən də, normal siyasət yürütmək imkanına malik olsaydı, öz aralarında "vahid namizəd"i müəyyənləşdirə bilərdilər: "Belə adamların istənilən seçki mühitində iştirak etmələri yolverilməzdir. Çünki öz aralarında dil tapa bilməyənlərin xalqla qarşı necə davranmaları da göz qabağındadır"...

AXCP və Müsavat tərəfdarları ALP-yə qarşı hücuma keçiblər

Lakin Ə.Temirxanın bütün çabalarına rəğmən, onun yazdığı statuslar AXCP və Müsavat tərəfdarları tərəfindən ciddi basqıya və hücuma mərzu qalıb. ALP-nin sədri xəstə təfəkkürülü, Rusiya agenti və daha aşağılayıcı ifadələrlə təhqir olunub. Söz yox ki, sosial şəbəkələrdən o tərəfə mübarizə aparmaq gücündə olmayan "cəbhə"-Müsavat tərəfdarları fürsətdən istifadə edərək, L.Şövkətin 2003-cü ildə "Azadlıq" blokunda və "Müxalifətin Koordinasiya Mərkəzi"ndəki xəyanətlərini yada salıblar: "Əgər Lalə xanım həqiqətən də müxalifət tərəfdarı olsa idi, 2003-cü ildə mövqeyini öz xeyrinə dəyiçməzdi. Dəyişibsə, demək L.Şövkət başda olmaqla, bütün ALP günahkardır".

Nəticədə, mətbuatda yazılmayacaq tərzlərdə söyüş və küfrlərə yol açan sosial şəbəkə yzışmaları aqressiv sonluqla nəticələnib. Bu isə, onu deməyə əsas verir ki, 2013-cü il seçkilərinə guya ciddi cəhdlə hazırlaşdıqlarını bəyan edən qüvvələr öz siyasi balanslarından kifayət qədər uzağa gediblər və onların seçki çabaları bu kimi cılızlıqlar bahasına məhvə sürüklənəcək.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər