Tahir Kərimli: “İcazəsiz aksiyaların keçirilməsi insanlara mənfi təsir göstərir””
Bildiyiniz kimi, Milli Məclisdə siyasi partiyalar haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliyə əsasən icazəsiz aksiyalar keçirən partiyalar və ya ictimai təşkilatlar böyük məbləğdə cərimə olunacaqlar. Ümumilikdə, bu qərarı necə dəyərləndirmək olar? Qanun hələ müzakirəyə çıxarılmamışdan əvvəl müxalifət partiyaları və onların liderləri hay-küy qaldırıb buna etirazlarını bildirirlər. Sizcə, bu etiraz və narahatlıq nədən yaranır? Məsələyə münasibət bildirən Vəhdət partiyasının sədri Tahir Kərimli bildirdi ki, siyasi partiyalar haqqında qanuna əlavə və dəyişikliklər müsbət haldır.
Demək olar ki, dünyanın bir çox ölkələrində icazəsiz aksiyalar təşkil edib, keçirən partiyalar və ictimai təşkilatların böyük məbləğdə cərimə olunmalar ilə bağlı qanun var. Ümumiyyətlə, hər hansı bir ölkədə razılaşdırılmamış aksiyaların keçirilməsi ictimai asayişi pozmaq cəhdi kimi qiymətləndirilir. Ona görə ki, ilk öncə qanunveriçiliyə müvafiq olaraq, nəzərdə tutulmuş müvafiq yerlərdə aksiyalar keçirilə bilər. Amma keçirilən aksiyalar zamanı ictimai asayişi pozmaq kimi qanun pozuntularına rast gəlinərsə, təbii ki, bu, artıq ciddi məsuliyyət yaradır. Demək olar ki, icazəsiz aksiyaların keçirlməsi insanlara mənfi təsir göstərir. Ona görə də, icazəsiz aksiyaların keçirilməsi yolverilməzdir. İcazəsiz aksiyalar keçirən partiyalar və ictimai təşkilatların böyük məbləğdə cərimə olunması ilə bağlı olan qanunun qəbul olunması vacibdir. Partiya sədri onu da, bildirdi ki, Azərbaycanda icazəsiz aksiyalar keçirən partiyalar və ictimai təşkilatların böyük məbləğdə cərimə olunmaları ilə bağlı qanun qəbul olunandan sonra, bəzi siyasi qüvvələr daha çox məsuliyyət daşıyacaqdır. Çünki ölkədə hər hansı bir qüvvələr tərəfindən icazəsiz aksiyalar keçirilərsə, böyük məbləğdə cərimə olunacaqlar. Bir sözlə, bu qanunun qəbul olunması müxalifət qüvvələrinin maraqlarına cavab vermir. Ona görə də, qanun hələ müzakirəyə çıxarılmamışdan əvvəl müxalifət düşərgəsini təmsil edən şəsxlər bu cür hay-küy qaldıraraq, etirazlarını bildirirlər. Ümumiyyətlə, bu günə qədər müxalifət qüvvələri tərəfindən keçirilən aksiyalar baş tutmayıb və tutmayacaq da.
GÜLYANƏ