Partiya sədri Sülhəddin Əkbər bu dəfə "makler" rolunda
\r\n
\r\n
\r\n \"ACP\" -də cərəyan edən son hadisələr bir daha onu deməyə əsas verir ki, əslində, partiya daxilində yaranmış vəziyyət qurum rəhbərləri tərəfindən iddia edildiyi kimi, heç də yaxşı deyil. Çünki bugünlərdə partiya qərargahının satlığa çıxarılması siyasi qurumda siyasətlə yanaşı, ciddi maliyyə böhranının yaşanmasından da xəbər verir. Bununla da sübut olur ki, hələ bir neçə ay öncə \"ACP\" \"lideri\" Rəsul Quliyevin siyasi təşkilatı maliyyəşəldirməməsi haqqında partiya funksionerləri tərəfindən irəli sürülən ittihamlar öz təsdiqini tapmaqdadır.
\r\n
\r\n
\r\n
\r\n \"ACP\"-nin satlıq qərargahı Türkiyənin gündəmində
\r\n
\r\n
\r\n
\r\n Onu da qeyd edək ki, \"ACP\"-nin qərargahı təkcə Azərbaycan daxilində deyil, eləcə də, Türkiyə alqı-satqı saytlarında da satışa çıxarılıb. Türkiyədə fəaliyyət göstərən alqı-satqı saytında gedən elandan da bəlli olur ki, qərargah artıq satışdadır: \"Azerbaycan, Bakü Nerimanov bölgesinde Şehir merkezinde Satılık Müstakil villa. Fotolar eski fotolardır önceki kiracılar restoran olarak işletmişlerdir. Şu andaki kiracılar Azerbaycan Siyasi Muhalifet Partisi Azerbaycan genel merkezidir. Aylık kira geliri 7.000 $ dır. 2 senelik sözleşmemiz vardır. Türkiyede araba + gayrimenkul ile takas olur. Satışa hazır durumdadır. Tek tapudur\".
\r\n
\r\n Yəni həmin elanda bildirilir ki, \"ACP\"-nin qərargahı villa qismində satışa çıxarılıb və hazırda orada fəaliyyət göstərən siyasi təşkilat \"ACP\"-dir.
\r\n
\r\n
\r\n
\r\n Siyasətdən dəllallığa doğru
\r\n
\r\n
\r\n
\r\n Digər tərəfdən, qərargahın kirələdiyi villanın satışa çıxarılması arxasında məhz \"ACP\" sədri Sülhəddin Əkbərin əlinin olduğu bildirilir. Bunu onun açıqlamasından da sezmək mümkündür: \"...Mülk sahibi ilə münasibətlərimiz normaldır\".
\r\n
\r\n Yəni mülk sahibi ilə münasibətlərinin normal olduğunu deyən S.Əkbər həmin normal münasibətlərdən istifadə edərək, partiyanın yerləşdiyi qərargahı satışa çıxarmağa nail olub. Təbii ki, burada \"ACP\" sədrinin məqsədi R.Quliyevin maliyyəni kəsdikdən sonra çətin durumdan çıxmaqdır. Ona görə də villa sahibi ilə gizli razılığa gələn S.Əkbər satış müqabilində özünün tələb payını (ona qalan qazanc hissəsini) ortaya qoyub. Nəticədə, ümumi razılığa gəlinib və S.Əkbər partiya sədri olmaqla yanaşı, həm də makler fəaliyyətinə başladığını sərgiləyib.
\r\n
\r\n
\r\n
\r\n RÖVŞƏN RƏSULOV