PDF Oxu

Müxalifət

  • 15

İstefalar davam edəcək

Dağıdıcı müxalifətin fatihəsi çoxdan oxunub

İstefalar davam edəcək

AXCP-Müsavat partiyalarının inhisarçı nəzarətlərində olan "İctimai Palata"dakı istefalar dalğasından sonra həmin partiyalar daxilində də çaxnaşmalar yaşanmaqdadır. Belə ki, Müsavatla yanaşı, AXCP-dən də verilən istefalar bunu deməyə əsas verir. Görünür ki, istefalar yaxın günlərdə də davam edəcək. Belə ki, "palata" daxilində yaranmış böhrandan doğan partiyadaxili intriqalar da belə qənaətə gəlməyə əsas verir.

Lakin dağıdıcı müxalifətin fatihəsinin verilməsi digər müxalifət qütbündə təmsil olunan partiya yetkililəri tərəfindən də etiraf edilməkdədir. Yəni artıq, yaranan istefalar dalğasında səbəb kimi öncələr baş verən partiyalararsı ziddiyyətlərin də təsirinin olması heç kimə sirr deyil. Burada əsasən AXCP ilə Müsavat arasında gizli mübarizə gedirdi ki,həmin mübarizə daha çox "İctimai Palata"da kimin namizədliyini müdafiə edəcəyi üstündə idi. Belə bir versiya ilə çıxış edən ADP sədri Sərdar Cəlaloğlunun qənaətinə görə, bu gün "İctimai Palata"nın dağılması, ilk növbədə, Müsavat partiyasına sərf edir: "Çünki "palata" daxilində Müsavat öz namizədini həzm etdirə bilməyəcəkdi. Görünən budur ki, "İctimai Palata"dan istefa verənlər və istefaya bəhanə verən şəxslər Müsavata yaxındırlar. Məsələn, politoloq Ərəstun Oruclu uzun illərdir ki, Müsavat və şəxsən İsa Qəmbərlə yaxınlıq edir, onun həm də Müsavat başqanı ilə qohum olmasına baxmayaraq, Ə.Oruclu AXCP sədri Əli Kərimlidən məsafə saxlayır".

ADP sədrinin fikrincə, "İctimai Palata"ya bu qədər önəm vermək lazım deyil. Çünki ora çox adam toplaşıb, amma "palata" ictimai-siyasi çəkisinə görə, digər zəif qüvvələrdən fərqlənmir: "Dünənə qədər bunlar bəyan edirdilər ki, növbədənkənar parlament seçkiləri ən aktual məsələdir. Amma bu gün aydın olur ki, onlar parlament seçkiləri haqda danışmır və tamam başqa məsələnin aktuallaşmasına çalışırlar. Yəni mitinq məsələsini ortaya atıblar. Guya bunlar proqnozlaşdıra bilməzdilər ki, meriya onlara burada yer verməyəcək... Bir həftə o yanı görməyən bir blokun nə dərəcədə 1-2 il qabaqkı hadisələri indeksləşdirib siyasət yürüdə bilər? Açığını deyim ki, orada öz-özünə dağılma gedəcək".

R.Hüseynova

Digər xəbərlər