PDF Oxu

Müxalifət

  • 22

Müxalifətin 20 illik uğursuz cəhdləri...

Sərdar Cəlaloğlu: "AXCP-Müsavat müxalifətin uğursuzluğunun səbəbkarı və günahkarı olduğunu etiraf etməlidir""

Müxalifətin 20 illik uğursuz cəhdləri...

Artıq 20 ildir ki, dağıdıcı müxalifət düşərgəsində partiya kimi qələmə verilən siyasi təşkilatların heç bir fəaliyyəti olmayıb. Söhbət ciddi siyasi məsələlərə mövqeyindən və münasibətindən gedir. Ümumiyyətlə, Azərbaycanda müxalifət partiyaları deyiləndə, ilk öncə xaricdən maliyyələşən AXCP-Müsavat cütlüyü və onların kurasıyasında" olan "İctimai Palata"" başa düşülür. Çünki dağıdıcı müxalifət partiyaları məhz anti-Azərbaycan, antimilli qüvvələrdən maliyyələşir.

Buna görə də, onların ayırdığı qrantlar hesabına, həmin qüvvələrin sifarişçisi rolunda çıxış edir. Bu baxımdan, müxalifət düşərgəsində təmsil olunan partiyalar sərbəst şəkildə fəaliyyət göstərə bilmir. Pulu verən hansı havanı çalırsa, bu qüvvələr də o havaya oynayır. Əsas olaraq AXCP-Müsavat cütlüyü özünü düşərgənin "favorit"i" rolunda görür. Son vaxtlar isə AXCP ilə Müsavatın birləşməsi gündəmə gəlsə də, belə bir yaxınlaşma mümkün deyil. Ona görə ki, şəxsi maraqlar belə yaxınlaşmaya keçilməz bir sədd çəkib. Müxalifət mətbuatında partiyalararası qopmaların, narazılıqların çarəsi kimi ortaya atılan bu ideya, əslində, parçalanma meyillərini surətləndirir. İstər Müsavat, istərsə də AXCP olsun, fərq etməz. Bu iki partiyadan qopmaların müxalifətin yolunu azdığına işarədir. Çünki ümumilikdə, düşərgədən ayrılan sıravi üzvlər belə açıq şəkildə etiraf edir ki, AXCP-Müsavatın bir-birlərinə güzəşt edəcəyi kimi görüntülər formal xarakter daşıyır.

Sərdar Cəlaloğlu: "Müxalifətdaxili münasibətlərin bugünki duruma gəlməsində bu iki partiyanın günahı olduğunu etiraf edirəm""

Müxalifətin 20 ildə uğursuzluğa düçar olmasınının səbəblərinə aydınlıq gətirməsi üçün Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə əlaqə saxladıq. ADP sədri S.Cəlaloğlu "Səs"" qəzetinə açıqlamasında bildirdi ki, 20 ildə müxalifətin məğlubiyyətləri AXCP-Müsavatın adına yazılmalıdır: "Müxalifətin genişlənməsi və güclənməsi istiqamətində hər hansı nailiyyət əldə edə bilməyib. Əksinə, ilbəil geriləmələr müşahidə olunub. Ona görə də, AXCP-Müsavat aparıcı olmaq iddiasından imtina etməlidir. Çünki onların aparıcılıq iddiasında olması müxalifətə heç bir töhfə verməyib".

Müxalifətin uğursuzluğuna kimin cavabdeh olmağına gəlincə, S.Cəlaloğlu bildirdi ki, kim ki deyirsə mən müxalifətin əsas gücüyəm, o da müxalifətin bütün uğursuzluğuna cavabdeh olmalıdır: "Lakin desələr ki, bu uğursuzluqların mənə aidiyyatı yoxdur, bu da çox gülünc səslənir. AXCP-Müsavat müxalifətin uğursuzluğunun səbəbkarı və günahkarı olduğunu açıq etiraf etməlidir. Yox, əgər etmirlərsə, o zaman bu partiyaları müxalifətin aparıcı qüvvələri kimi təqdim etmək düzgün deyil"".

Keçən müddət ərzində müxalifətin hansı uğur əldə etdiyi sualına gəlincə, S.Cəlaloğlu bu müddət ərzində AXCP və Müsavatın apardığı siyasətdə fərqli bir dəyişilmə olmadığını vurğuladı: "Yəni 20 il bundan qabaq necə münasibətlər var idisə, indi də həmin münasibətlər sərgilənir. Müxalifətdaxili münasibətlərin bugünki duruma gəlməsində bu iki partiyanın günahı olduğunu etiraf edirəm".

Babək HACIYEV

Digər xəbərlər