PDF Oxu

Müxalifət

  • 20

Müsavatdan qopmalar davam edir

Budəfəki burulğana Yasamal təşkilatı düşdü

Müsavatdan qopmalar davam edir

Artıq bir neçə gündür ki, "İctimai Palata"da təmsil olunan AXCP və Müsavatdan qopmalar müşahidə olunur. AXCP-nin Sumqayıt təşkilatındakı narazılıqlar Müsavat partiyasının Yasamal rayon təşkilatında davam edir. Bu qopmalara əsas səbəb partiya sədrlərinin yaramaz fəaliyyəti ilə bağlıdır. Elə bunu əsas gətirən Müsavatın Yasamal təşkilatında da ciddi narazılıqlar baş qaldırıb. Dünən Müsavat partiyasının Yasamal təşkilatında 5 nəfər istefa verib. İstefa verənlər rayon təşkilatının sədri Sevinc Hüseynovanın müavinləri - Cəmil Qanbay, Sərəncam İbrahimli, Laləzar Məmmədli, Nəsrulla Məmmədli və Üzeyir İbrahimlidir. Əldə etdiyimiz məlumata görə bununla yanaş sıravı üzvlərindən də istefa verənlər də olub. Açıq şəkildə rayon təşkilat sədrinin rayon təşkilatının sədri kimi qeyri-sağlam mühit yaratdığı bildirilib. İstefadan qabaq Sevinc Hüseynovanın müavinləri onun fəaliyyətini müzakirə ediblər. Müzakirənin sonunda istefa vermələri ilə bağlı sədr də məlumatlandırılıb. İstefa burulğanına düşən Müsavatın Yasamal rayon təşkilatı çətin bir vəziyyətə düşüb.

KXCP-də olduğu kimi Müsavatda da fraksiya qorxusu

İsa Qəmbərin 2013-cü il seçkiləri ilə bağlı vurnuxduğu bir məqamda Müsavatdan belə qopmalar onu təşvişə salıb. Müsavatdan ayrılanlar özləri ayrıca bir komanda yaradacaqlarını da bəyan edib. Artıq KXCP-dəki çətin vəziyyət, demək olar ki, Müsavatı da cənginə alıb. Güman olunur ki, rayon təşkilatından ayrılanlar ayrıca bir fraksiya yaradacaq. Artıq bununla bağlı müxtəlif şəxslər təlimatlandırılıb. İstefa verənlər Müsavat partiyası ilə həmfikir olmadıqlarını bəyan ediblər. Rayon təşkilatındakı istefalarla bağlı mətbuata açıqlama verən Müsavat başqanının müavini Tofiq Yaqublu bildirib ki, bu şəxslər partiyadan deyil, tutduqları vəzifələrdən istefa veriblər: "Onlar narazılıqları ilə bağlı mənə hər hansı bir söz deməyiblər. Ola bilsin ki, onları narazı salan məqamlar olub. Amma demokratik təşkilatlarda vəzifədən istefa vermək, həmkarlarla razılaşmamaq və mübarizə aparmaq normal haldır. Sözsüz ki, biz bu məsələni araşdıracağıq".

Belə çıxır ki, vəzifədən istefa verib partiyada qalmaq bir növ müsavatçıların ənənəsinə çevrilib? Maraqlıdır, hər halda, T.Yaqublu ona verilən sualı cavablamaqda çətinlik çəkib.

Babək Hacıyev

Digər xəbərlər