"Liderlər"in idarəçilik funksiyaları tamamilə itirilib
"İctimai Palata"nın sonuncu sessiyasında bir daha bəlli oldu ki, "İctimai Palata"nın həmin siyasi, həm də psixoloji durumu olduqca ağır vəziyyətdədir. Belə ki, son günlər "palata"nın keçirmək istədiyi icazəsiz aksiyaların uğursuz nəticələri, eləcə də, həmin nəticələrdən dolayı, qurum "liderləri"nin bir-birlərini ittihamlandırmaları "İP"-in sağalmaz xəstəliyə mübtəla olduğunu bir daha sübuta yetirib. Artıq belə qənaətə gəlmək mümkündür ki, daha öncələr, yəni qondarma qurum yaradılarkən, önə sürülən planların heç biri realizə olunmayıb, nəticədə, "İP" möhkəmlənmək yrerinə, sıradan çıxmağa başlayıb. Bunu "palata"nın keçirdiyi toplantılardından da sezmək çətin deyil.
Son günlərini yaşayanlar
Bu baxımdan, demək mümkündür ki, inhisarçılıq və avtoritar rejim idarəçiliyində "yaşayan" qurum, əslində, son günlərini yaşamaqdadır. Daha dəqiq desək, "palata"nın diaqnozu əsası qoyulduğu zamandan qoyulub. Və maraqlı cəhətlərdən biri də odur ki, öz daxili ziddiyyətlərini, qalmaqallarını, intriqalarını aradan qaldırmağa acizlik göstərən "liderlər" yenidən öz günahlarını hakimiyyətdə axtarmağa səy göstərirlər. Məhz bu amil də "İctimai Palata"nın çıxılmaz vəziyyətdə qalmasına dəlalət edən əsas faktorlardan biridir. Əslində, belə bir xəstəlik çoxdan onlara bulaşıb və həmin xəstəlikdən yaxa qurtarmaq görünür ki, çox mümkünsüzdür. Ona görə də adıçəkilən qurumun inhisarçı "liderləri" hər zamankı kimi, öz bacarıqsızlıqlarını, səriştəsizliklərini, siyasin xamlıqlarını iqtidarın üzərinə yıxmağa çalışırlar.
AXCP sədri Əli Kərimlinin və Müsavat başqanı İsa Qəmbərin çıxılmaz vəziyyətdə qalaraq, guya iqtidarın "son dayaqlarını itirmək" təhlükəsində qalmasını iddia etmələri isə onların özlərinin çıxlmaz vəziyyətdə qalmasını etiraf etmələri kimi başa düşülür. Çünki ötən 20 illik dövr ərzində heç bir şans əldə edə bilməyən "liderlərin" sağalamaq inamları çoxdan itirilib.
"Liderlər" bilirlər ki, sağlam düşüncəli şəxslərdən heç biri xəstə təfəkkürlü bədbəxtlərə dəstək verməyəcək
Əsasən də, "İctimai Palata"da baş verən davamlı istefaları da qeyd edilən fikirlərə əlavə etmək mümkündür. Həmin istefaların bu günlərdə daha ardıcıl forma alması isə davam etməkdədir. Və necə ola bilər ki, bu gün bütün siyasi rıçaqlarını qeyb edən "liderlər" iki ayaqlarını bir başmağa dirəyərək, hakimiyyət hərisliklərinə son qoymaq istəmirlər? Məgər son anlarını yaşayan "liderlər" bilmirlərmi ki, xalq birdəfəlik olaraq onlardan üz döndərib? Əlbəttə ki, bilirlər və çox yaxşı anlayırlar ki, sağlam düşüncəli şəxslərdən heç biri xəstə təfəkkürlü bədbəxtlərə dəstək verməyəcək. Ona görə də məğlubiyyətlərinin bütün günahlarını hakimiyyətin üzərinə atan "palata" yetkililəri sağalacaqlarına ümid edirlər. Amma bu ümidin dorulmayacağını da qavrayırlar.
Əli Kərimlinin bəyanatından: "Müxalifətin fəaliyyətində aktivlik yoxdur"
Bir sözlə, xalq dəstəyindən məhrum olan dağdıcı müxalifət "lideləri" Azərbaycan hakimiyyətini günahlandırmağa səy göstərməklə, öz daxillərində tüğyan edən təlaşlarını açığa çıxarmaqla məşğuldurlar. Çünki AXCP sədri Ə.Kərimli də diaqnozdan xəbərdardır və bunu etiraf edib: "Ola bilsin, müxalifətin fəaliyyətində aktivlik müşahidə olunmayıb".
Artıq Qərb dairələrindən də əlləri üzülmüş Ə.Kərimli-İ.Qəmbər cütlüyü "palata"nı düşdüyü xəstəlikdən qurtarmaq istiqamətində pafoslu çıxışlardan başqa digər çıxış yolu tapa bilməməkdərirlər. Müxalifəti dəstəkləyən azsaylı elektorat isə belə pafoslardan və populizmlərdən çoxdan bezib. Nəticədə, sağalmaq istəyən "İctimai Palata" və qurumun inhisarçı "liderləri" bu vasitə ilə xəstəliklərinin ən ağır stadiyasına doğru getməkdədirlər. Hətta dağıdıcı müxalifətin diaqnozu qoyulmuş xəstəliklərinin son günü də məlumdir - 2013-cü ilin payızında radikalizmdən dağıdıcılığa qədər sürüklənməyi bacarmış müxalifət bundan o yana gedə bilməyərək, düşdüyü şəraitdən xilas ola bilməyəcək. İnhisarçı "liderlər" isə populist çıxışlar etməkdənsə, müxalifətə başdaşı düzəltəmək haqqında fikirlərşsələr, daha məqbul olardı.
R. Hüseynova