PDF Oxu

Müxalifət

  • 19

"İctimai Palata"nın piket keçirmək cəhdi baş tutmadı

Cərimələrin artırılmasından dağıdıcı müxalifət təşvişə düşüb

"İctimai Palata"nın piket keçirmək cəhdi baş tutmadı

Qeyd olunduğu kimi "İctimai Palata" noyabrın 2-ə Milli Məclisin qarşısında qanunsuz olaraq piket keçirməyə cəhd edib. Məqsəd isə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilən dəyişiklərlə bağlı olub. Çünki qanuna edilən əlavə və dəyişiklərə görə qadağan olunmuş yerlərdə toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub). Dağıdıcı müxalifət tez-tez qanunsuz aksiyalar, mitinqlər, piketlər keçirməyə cəhdlər etdiyi üçün "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilən bu dəyişikliklər, cərimələrin artırılması dağıdıcı müxalifətin çirkin maraqlarına zərbə vurur. Bu səbəbdən də noyanrın 2-də dağıdıcı müxalifət Milli Məclisin qarşısında qanunsuz olaraq piket keçirməyə cəhd edib.

Söhbət etdiyim müsahiblərim qanunsuz aksiyaların, piketlərin keçirilməsinin yolverilməz olduğunu deyərək, Milli Məclis tərəfindən qəbul edilən qanunun tam ədalətli olduğunu bildirdilər.

Millət vəkili Musa Qasımlı:

- Azərbaycan artıq 1980-ci illərin sonu 1990-cı illərin əvvəlindəki ölkə deyil. O dövr keçib gedib. Məsələlər küçələrdə, mitinqlərdə, meydanlarda həll olunmur. İcazəsiz aksiyaların keçirilməsinə münasibətim müsbət deyildir. Hər şey qayda-qanun çərçivəsində olmalıdır. Demokratiya anarxiya demək deyil. Demokratiya qanunların aliliyidir, onlara riayət olunmasıdır. Ümumiyyətlə dünyanın əksər ölkələrində mitinqlər və nümayişlər üçün müvafiq yerlər ayrılır. İnsanlar gedib orada öz sözlərini deyirlər. Bizdə də belə yerlər ayrılıb. Hesab edirəm ki, istənilən ictimai-siyasi təşkilat ayrılan yerlərdə gedib öz sözünü deyə bilər. Bu zaman təhlükəsizlik tədbirləri də görülər. Nəzərdə tutulmayan, ayrılmayan yerlərdə müxalifətin tədbirlər keçirməsi insanların həm yaşayışına, istirahətinə mane olur, həm də təhlükəsizliyin qorunması baxımından çətinliklər yaradır. Yürüş, piket mitinq zamanı hər hansı bir təxribat olarasa bunun üçün məsuliyyəti kim daşıyacaq?. Ona görə də hesab edirəm ki, ölkədə hər şey qanunlarımız çərçivəsində olmalıdır. Qanunların aliliyini rəhbər tutsaq, o zaman işlərimiz qaydasında gedər. Belə piketlərlə, nümayişlərlə istəyinə çatmaq dövrü artıq keçib. İndi insanlar şüarlara, populist sözlərə inanmırlar. Daha çox görülən real işlərə qiymət verirlər.

Millət vəkili Fəzail İbrahimli:

- Hesab edirəm ki, Azərbaycan öz müstəqilliyini yaşayır, davam etdirir. Xaricdən kifayət qədər bizə gözlər tikilib. Ona görə də ölkə daxilində sülhün, əmin-amanlığın, vətəndaş həmrəyliyinin olmasına xidmət edən addımlar atılmalıdır. Bu səbəbdən də qarşıdurmaların, icazəsiz aksiyaların, piketlərin əleyhinəyəm.

Politoloq Cümşüd Nuriyev:

- Dünyanın normal dövlətlərində ictimai-asayiş, insanların istirahət hüququ pozulmasın, deyə belə qanunlar qəbul olunur. Adətən bu tip icazəsiz toplantılarda dövlətə qarşı hər cür təxribat baş verə bilər. Nəzərə alsaq ki, ermənilər bunu dəfələrlə Azərbaycanda sınaqdan keçirib. Eyni zamanda, Azərbaycan istəməyən başqa dövlətlər də var. Onların da əllərində terror qrupları mövcuddur. Ona görə də Azərbaycan dövləti öz vətəndaşlarını qorumaq məcburiyyətindədir. Aşağı cərimələrlə bu insanları təxribat xarakterli məsələlərdən çəkindirmək olmur. Çünki onlara icazəsiz mitinqə çıxmaq üçün verilən vəsait qoyulan cərimədən bir az çox olduğuna görə, hesablayırlar ki, lap dövlətə cərimə versələr də, özlərinə bir şey qalır. Amma cərimənin miqdarı artanda artıq inanmıram ki, həmin mitinqlərə çıxan olsun. Onlara xaricdən hansı vəsaitlər verilsə belə, vəsaitin miqdarı qoyulan cərimənin indiki cərimə ilə müqayisədə az olduğuna görə ortada bir şey olmayacaq. Kimsə pulsuz mitinqə çıxmaq istəməyəcək. Bunları da narahat edən həmin məsələlərdir. Artıq xaricdən qrant ala bilməyəcəklər.

Babək Hacıyev

Digər xəbərlər