PDF Oxu

Müxalifət

  • 19

Elçibəyin zəhərlənməsi müxalifətdaxili vəziyyəti daha da gərginləşdirib

Elman Türkoğludan növbəti ittihamlar

Elçibəyin zəhərlənməsi müxalifətdaxili vəziyyəti daha da gərginləşdirib

AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyin Əli Kərmli tərəfindən zəhərlənməsi barədə Hafiz Hacıyevin iddiası "cəbhə" daxilində vəziyyətin daha da gərginləşməsinə gətirib-çıxarıb. Belə ki, sözügedən məsələdə "Yurd" şefi Əli Kərimli ilə yanaşı, digər bir neçə nəfərin də adının çəkilməsi bu nüansı daha qabarıq formada sərgiləməkdədir. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən sonra, onun iddialarını təsdiq edən digər eks "cəbhəçi", bayraqdar Elman Türkoğlunun da yeni faktlarla çıxış etməsi iddianın reallığa söykəndiyini bir daha sübut edir. Amma E.Türkoğlunun məlum bəyanatlarından sonra AXCP sədri Ə.Kərimlinin qoçuları ona hücum çəkərək, bayraqdara bədən xəsarətləri yetiriblər.

Gözəl Byaramlı da ittiham olunanlar sırasında!

E.Türkoğlu Elçibəyin həyatına zəhərlənməsində bir neçə qadının da əlinin olduğunu demişdi. Ancaq bu ərəfələrdə daha bir ismin - hazırda Ə.Kərimlinin müavinlərindən biri olan Gözəl Bayramlının da adı sözügedən sui-qəsddə hallanmağa başlayıb. Bu baxımdan, E.Türkoğlunun açıqlaması maraq doğurur: "Qadın olması səbəbindən mən Gözəl Bayramlıya baş qoşmaq istəmirdim. Amma mən dinmədikcə, o, hər gün bir ittiham səsləndirir. "Facebook" sosial şəbəkəsindəki statusunda ağlına gələni yazıb. Məgər sən hərəkatda Elman Türkoğlu qədər əziyyət çəkmisən? Qadınsan, özünü qadın kimi apar. Mən öz fikirlərimdə qalıram - sən Əbülfəz Elçibəyin zəhərləndiyi ad günü mərasimində iştirak etmisən".

Maraqlıdır ki, E.Türkoğlunun açıq və sərt ittihamı G.Bayramlı tərəfindən cavabsız qalıb və Ə.Kərimlinin müavini söz-söhbətin böyüməsindən qorxaraq, bayraqdara qarşı heç bir söz deməyib.

E.Türkoğlu: "Əli Kərimlinin cəsarəti çatarsa, çıxsın ortaya"

Onu da qeyd edək ki, G.Bayramlı ilə yanaşı AXCP sədri Ə.Kərimli də ittihamlara qarşı heç bir alternativ fikir söyləyə bilməyərək, sadəcə ittihamlara qarşı ittihamlarla çıxış edməyə başlayıb. O, həmin ittihamları özünə qarşı "provokasiya" kimi qiymətləndirməyə səy göstərsə də ictimaiyyət həqiqətin kimdən yana olmasını daha yaxşı dərk edir. Yəni Elçibəyin zəhərlənməsində əsas baiskarın keçmiş "Yurd" şefi Ə.Kərimlinin olması artıq heç kimə sirr deyil. Məhz E.Türkoğlu da Ə.Kərimliyə çağırış edərək, "günahsızlığını" canlı efirdə sübut etməyi tövsiyyə edib: "Gəl bunları mənə canlı yayımda sübut et. Ə.Kərimlinin cəsarəti çatırsa, çıxsın ortaya".

Bu gün Ə.Kərimlinin ətrafının da özü kimi tərbiyəsizlər, mənəviyyatsılar və laəyaqətsizlər toplumundan ibarət olduğunu deyən E.Türkoğlu həmin sözlərini bu cür izah edib: "Onun tərəfdarları "Xilas" qrupunda nalayiq ifadələr işlədirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Ədilov sosial şəbəkələrdəki "Xilas" qrupunun adminidir. Həmin səhifədə ana, bacı, qadın bilmirlər, ağıllarına nə gəlirsə, onu da yazırlar".

Göründüyü kimi, Elçibəyin zəhərlənməsi məsələsində vəziyyətin gərginləşməsi situasiyanı daha da dərinləşdirməyə doğru aparmaqdadır. Və bu kimi faktlardan dolayı ən azından Ə.Kərimlinin həbsə tərəf getdiyini də istisna etmək olmaz. Hər halda istintaqın gedişi ilə H.Hacıyevin və E.Türkoğlunun iddialarının üst-üstə düşdüyü məqamları mümkün variantlardandır. Bunun üçün isə ittihamlara nəzər salmaq kifayət edər.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər