PDF Oxu

Müxalifət

  • 29

İsa Qəmbərin təklifi anormal adlandırıldı

İsa Qəmbərin təklifi anormal adlandırıldı

"VİP" və AXCP-dən Müsavata qarşı ittihamlar səsləndi

Bugünlərdə Müsavat partiyasının başqanı İsa Qəmbər mətbuata verdiyi müsahibəsində Konstitusiya ilə bağlı qeyri-ciddi fikirlərlə çıxış etmişdi. Azərbaycanın ali qanunvericilik müddəalarında guya bir sıra dəyişikliklərə ehtiyac olduğunu iddia edən İ.Qəmbər əsassız olaraq deyib ki, ölkənin Ana Yasasında dəyişiklik etmək lazımdır. İddialarına şəxsi dividendi çərçivəsndə don geyindirən Müsavat başqanının 2013-cü il seçkiləri ərəfəsində bu kimi açıqlamalarla çıxış etməsi bunu deməyə əsas verir ki, artıq, seçkilərə bir il qalmasına baxmayaraq, o, uğrayacağı məğlubiyyətinin dadını indidən görməkdədir. Məhz buna görə də o, prezidentlik səlahiyyətlərinin azaldılması haqqında qeyri-ciddi fərziyyələrlə çıxışlar edir. Bu, azmış kimi, Müsavat başqanı parlamnetli respublikaya keçid və ümumrespublika forumu kimi sərsəm ideyalardan da dəm vurub.

Əli Əliyev: "Parlamentli respublikaya keçid yolverilməzdir...İsa Qəmbərin dövründə niyə parlament seçkiləri keçirilmədi?"

İ.Qəmbərin ideyaları nəinki ictimaiyyət, eyni zamanda, müxalifət düşərgəsində də ciddi qarşılanmayıb və o, ittiham atəşinə məruz qalıb. "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyev sözügedən mövzuya aid açıqlamasında bildirib ki, İ.Qəmbər hər hansı təklif irəli sürərkən, hakimiyyətdə olduğu dövrdə atdığı qeyri-demokratik addımları haqqında düşünsün: "İsa Qəmbərin özündən soruşmaq lazımdır ki, hakimiyyəti dövründə niyə parlament seçkiləri keçirmədilər. Özü də parlamentin sədri, ölkənin ikinci adamı idi".

VİP sədrinin sözlərinə görə, fəaliyyət göstərən müxalifət partiyaları zəif olduğuna görə, burada hər hansı keçiddən danışmaq yersizdir: "...Ancaq Azərbaycandakı siyasi partiyalar, xüsusən, müxalifətdəki partiyalar xeyli zəifdir. Birdən-birə parlamentli respublikaya keçid yolverilməzdir".

Razi Nurullayev: "Bu təkliflərin həyata keçirilməsi mexanizmi aydın və real görünmür"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Razi Nurullayevin sözlərinə görə isə İ.Qəmbərin bu kimi ideyalarla gündəmə gəlməsi real nəticələrə hesablanmayıb: "...İnanmıram ki, onun həyata keçirilməsi üçün hazırda ciddi mexanizmlər var... Hazırda bu təkliflərin həyata keçirilməsi mexanizmi aydın və real görünmür".

Göründüyü kimi, Müsavat başqanının gündəmə yeni ideya daşımaq cəhdi də müsbət nəticəsini vermədi. Belə ki, 2013-cü ildə müxalifətin rıçaqlarını ələ keçirməyə cəhd göstərən Müsavat başqanının özü müxalifət düşərgəsində ittihamlara məruz qalmaqdadır. Xüsusilə, AXCP tərəfindən rədd edilən təkliflər də, onu deməyə əsas verir ki, bu gün "cəm" şəklində fəaliyyət göstərən hər iki partiyanın yolları ən uzağı qarşıdan gələn prezident seçkilərinə qədərdir. Məhz həmin ildən sonra hər iki partiyanın nəinki yolları, hətta özləri belə, parçalanacaq.

R.Hüseynova

Digər xəbərlər