PDF Oxu

Müxalifət

  • 17

Dağıdıcı müxalifətin gəncləri alətə çevrilib

Zahid Oruc: "Müxalifətin gəncləri ilə yaşlı hissəsi arasında çox ciddi bir konflikt var"

Dağıdıcı müxalifətin gəncləri alətə çevrilib

Ötən həftə dağıdıcı müxalifət Fəvvarələr meydanında yenidən qanunsuz aksiya keçirməyə cəhd etdi. Lakin keçirilən bu aksiya əvvəlkilərdən heç də fərqlənmədi, əksinə, əvvəlki aksiyalardan fərqli olaraq daha da seyrəklik müşahidə olunurdu. Bir daha məlum oldu ki, dağıdıcı müxalifət sosial şəbəkələrdə "birlikdən" dəm vuran adamlarını meydanlara daşıya bilmədilər.

Əslində, pozucu müxalifət sosial şəbəkələrdə antimilli profillərinin saxta olduğunu bir daha nümayiş etdirdilər. Parlamentdə etiraz adı altında keçirilən aksiyanın məkanı bu dəfə də səhv salınmışdı. Çünki onların müraciətinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılsa da, dağıdıcı müxalifət bundan imtina edərək, şəhərin mərkəzində - Fəvvarələr meydanında aksiya keçirməyə cəhd edib. Vətəndaşların narazılığına səbəb olan bu kimi aksiyalar cəmiyyət tərəfindən də birmənalı qarşılanmır. Qeyd etmək lazımdır ki, "Sərbəst toplaşmaz azadlığı haqqında" qanuna edilən əlavə dəyişikliklər də dağıdıcı müxalifətin maraqlarına cavab verməyib. Çünki qanun bir çox inkişaf etmiş ölkələrin qanunvericiliyinə uyğunlaşdırılıb. Eyni zamanda, bu qanunda icazəsiz aksiyalar təşkil olunub, keçirilməsinə görə cərimələr də artırılıb.

Zahid Oruc: "Bu qüvvələrin ən adi bir siyasi mövzu ətrafında polemikalarına çox az sayda insanlar qoşulur"

Məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən millət vəkili Zahid Oruc bildirdi ki, yeni qanun ölkə Prezidenti tərəfindən artıq təsdiq olunub: "Bu qanunun tətbiqində bir problem yoxdur. Lakin bizim anlamımızda bu qanunun müəyyən müddəalarının sərtləşdirilməsi sadəcə o anlamı daşımırdı ki, bu, məhz konkret şəxslərə, hansısa siyasi qüvvələrə tətbiq olunacaq. Belə düşünülürdü ki, bu, özlüyündə müəyyən bir çəkindirici rol oynayacaq, daha açıq dərəcədə dövlətçilik ruhu, ictimai barış, qanunları tanıma, normal qaydada icazəli aksiyalara meyil etməyə səbəb olacaq".

Millət vəkilinin sözlərinə görə, virtual məkanı real həyata daşımaq bu qədər də asan deyil: "Çoxsaylı üzvlərə malik olduqlarını bəyan edənlər guya sosial şəbəkələrdə təşkilatlanıb müəyyən bir qüvvəyə çevriləcəyini, hətta özlərinə lider yetişdirəcəyini təxmin edənlər çox yanılırlar. Zaman-zaman bəlli olur ki, bu qüvvələrin ən adi bir siyasi mövzu ətrafında polemikalarına çox az sayda insanlar qoşulur".

Z.Oruc onu da qeyd etdi ki, cəmiyyət "İctimai Palata"ya inanmır: "İctimai Palata" adı ilə guya ki, cəmiyyətin narazı təbəqələrini özlərinə toplaqdıqlarını bəyan edənlər gerçəklikdə, mülkiyyət, iqtisadi, idarəetmə zəminində hakimiyyətin siyasi xətti ilə barışmayan və ona müxalif olan insanları belə öz çevrələrində saxlaya bilmirlər, onların iradələrini ifadə etmək gücündə deyildir. Bunun da çoxsaylı səbəbləri var. Zaman-zaman biz bu məsələlərin üzərində dayanmışıq. Faktiki olaraq, əslində, virtual məkan da sübut edir ki, müxalifətin gəncləri ilə yaşlı hissəsi arasında çox ciddi bir konflikt var. Onların içərisində nəsillərarası dava gedir.

Babək Hacıyev

Digər xəbərlər