PDF Oxu

Müxalifət

  • 36

"İctimai Palata"da növbəti istefalar başlayıb

"İctimai Palata"da növbəti istefalar başlayıb

Aldığımız məlumata əsasən, AXCP-də baş alıb gedən çaxnaşmalar, özbaşınalıqlar növbəti istefalara start verib. AXCP-nin qocaman fəalları partiya sədrindən "İP"-dəki təmsilçiliyinə rəsmi şəkildə son qoymağı tələb edirlər və "İP"-də təmsil olunmaqdan kütləvi surətdə imtina edirlər. Onlar əsaslandırırlar ki, uzun illərdir AXCP-nin üzvüdürlər, lakin heç bir irəliləyişin şahidi olmayıblar. Digər tərəfdən isə, "İP" -in yarıtmaz fəaliyyəti bütün ümidləri də puça çıxarıb.

AXCP Sumqayıt şəhər şöbəsinin fəalı Namiq Əhmədli partiya sıralarından və İP-nın şəhər regional şöbəsindən istefa verənlərin sırasındadır. N.Əhmədli istefasının səbəbi kimi "İP"-in məqsədsiz siyasətini, 20 il AXCP-Musavat muxalifçiliyindən bezdiyini və bu düşərgənin heç bir gələcəyinin olmadığını əsas gətirib. Bundan başqa N.Əhmədli bütün müxalifətçiləri istefa verməyə də səsləyib. Əldə olunan məlumata görə, artıq onlarla insan "İP"-dən istefa verməyə hazırlaşır.

SAMİR FEYRUZOV

Digər xəbərlər