PDF Oxu

Müxalifət

  • 37

Ermənistan himayə olunduğu dövlətlərə arxalanır

Elman Nəsirli: "Ermənistan hansısa dövlətlər tərəfindən himayə olunmasaydı, bu cür işğalçılıq siyasətini yeritmək gücünə malik olmazdı"

Ermənistan himayə olunduğu dövlətlərə arxalanır

İşğalçı Ermənistan himayədar dövlətlərə arxalanaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir razılığa gəlmir. Bu proses nə zamana qədər davam edəcək? Məsələyə münasibət bildirən politoloq Elman Nəsirli bildirib ki, əgər işğalçı ölkə Ermənistan hansısa dövlətlər tərəfindən himayə olunmasaydı, bu cür işğalçılıq siyasətini yeritmək gücünə malik olmazdı. Bir sözlə, Ermənistan onu himayə edən dövlətlərə arxalanır. Artıq 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğalı altındadır. Amma bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə doğru heç bir addım atılmayıb. Bunun da səbəbi işğalçı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyi ilə bağlıdır. Bir sözlə, işğalçı ölkənin bu mövqeyini dəstəkləyən və himayə edən dövlətlər var. Ona görə də, Dağlıq Qarabağ münaqişəsinin həlli uzana-uzana getməkdə davam edir. Ümumiyyətlə, hər bir məsələnin sonu olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin də sonu olmalıdır. Ermənistan dövləti də bu aqressiyanın fərqində olmalıdır. Demək olar ki, işğalçı ölkə olan Ermənistan ikibaşlı oyun oynayır. Yəni, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında aparılan danışıqlara getməklə, bu münaqişənin həllində maraqlı olduğunu göstərmək istəyir. Bununla da, işğalçı ölkə beynəlxalq ictimai fikri aldadır. Amma gerçəklikdə isə Ermənistan çox gözəl bilir ki, Dağlıq Qarabağ münaqişəsi istiqamətində gedən danışıqlarda müsbətə doğru heç bir nəticə hasil olan deyil. Ermənistanı himayə edən dövlətlər işğalçı ölkəni başa salmalıdırlar ki, həm iqtisadi, həm də hərbi gücü olan Azərbaycan dövləti müharibəyə başlasa, Ermənistan məğlub olacaq. Ona görə də Ermənistan bu reallıqları nəzərə alaraq, real sülh danışıqlarına üstünlük verməlidir. Çünki Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox sülh danışıqlarına üstünlük verir. Bu da Azərbaycanın humanist mövqe tutduğunu və problemin konstruktiv yolla həll edilməsinə çalışmasından xəbər verir.

GÜLYANƏ

Digər xəbərlər