Müxalifəti əbədi məğlubiyyətə aparan uçurum yolu
Azərbaycanın ictimai-siyasi mühitində və çevrələrində hakimiyətə gəlmək uğrunda mübarizə apardıqlarını iddia edən müxalifət düşərgəsinin "liderləri" sözügedən mübarizə çərçivələrində bir çox ciddi səhvlərə və aşırı radikalizm baxışlarına yol verərək, əslində, qələbə deyil, əbədi məğlubiyyətlərini təmin etmiş olurlar. Belə bir məqamda daxili parçalanmalarla müşahidə olunan bir çox təkzibolunmaz reallıqlar mövcuddur ki, həmin reallıqların başında dayanan əsas nüanslar şəxsi dividend axtarışları və siyasi ambisiyalardan qaynaqlanan müxtəlif hadisələrdir. Bu və ya digər şəkildə ətrafları daralan "liderlər" son məqamda çürük çöpdən yapışmaqla, guya xəyallarında canlandırdıqları "mən gəlirəm" prinsipinə nə qədər yaxın olduqlarını çecvrələrində azsaylı elekroratlarına sırımağa səy göstərirlər. Bu zaman onlara verilən suallardan biri də budur: hansı sosial baza ilə?
Onlara verilən sərt "iki" qiyməti layiq olduqları siyasi biliklərinin sırf təzahürüdür
Məhz bu suala cavab axtarmaq üçün uzun-uzadı riyasi tənliklər hesablamağa ehtiyac yoxdur. Çünki 2013-cü ilin post-seçki dövründə istər "İctimai Palata" adlı qurumun, istərsə də ayrı-ayrılıqda siyasi müxalifət partiyalarının. Xüsusilə, AXCP və Müsavatın il ərzində keçirdikləri mitinq və piketlərinə, eləcə də, küçə yürüşlərinə nəzər salmaq yetər ki, onların hansı "gücə" malik olduqlarını hesablayasan. Partiyalara məxsus çoxsaylı mətbuat və informasiya səhifələrində, eyni zamanda, sosial şəbəkələrdə "on minlərlə" insanın aksiyalara qatılacaqlarını iddia edən "liderlər" son məqamda ortaya 500-1000 nəfərdən artıq tərəfdaş toplaya bilmədilər. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlının müxalifət "liderlərinə" verdiyi sərt "iki" qiyməti, əslində, onların siyasi biliklərinin sırf təzahürüdür desək, yanılmarıq. Belə olan təqdirdə, aşırı radikalların uzun müddətdir ki, dağıdıcılıq yolu ilə hakimiyyətə gəlmək şansları da sıfır həddindən o tərəf keçmir. Yəni "liderlərin" bu kimi hesablamaları da yekun nəticə kimi müvafiq cavabı vermir.
Nəzəri baxımdan doğru, praktiki cəhətdən yanlış - 2013: müxalifətin uğursuz "yubiley" ili
Dünyanın siyasi arenasında müxalifətin iqtidara gəlmək praktikaları kifayət qədər çoxdur. Belə praktikalardan bir daha aydın olur ki, əgər xalq həqiqətən də, iqtidarın yürütdüyü siyasəti qəbul etmirsə, onun müdafiəsinə qalxan müxalifət həmin xalqı ətrafında birləşdirməyə müvəffəq olur. Ancaq necə və hansı üsullarla? Məsələ onadır ki, Azərbaycanda həm də "ənənəvi müxalifətçilər" kimi adlandırılan düşərgə "liderləri" bu kimi reallığı qəbul etməklə, əslində, düşərgədaxili avtoritar idarəçilik üsullarını etiraf etmiş olurlar. Daha dəqiq desək, tutaq ki, AXCP sədri Əli Kərimli yaxud, Müsavat başqanı İsa Qəmbər ayrı-ayrılıqda özlərini "ənənəvi müxalifət" partiyalarınn sədrləri kimi təqdim edirlərsə, demək, həmin ənənə arxasında avtoritar idarəçilik və qeyri-demokratik ab-hava dayanıb. Çünki ən azından, onlar dünya müxalifətçiliyindən az da olsa ibrət götürərək, öz yerlərini daha bilgili, daha savadlı və daha dünyagörüşlü şəxslərə ötürə bilərdilər. Bunu etmirlərsə, özlərindən başqa heç bir siyasi fərdi partiya idarəçiliyinə layiq bilmirlərsə, demək, burada qaranlıq məqamların dayanması da mövcuddur. Nədir həmin məqamlar? Birincisi, uzun müddət siyasi təşkilata rəhbərlik etməklə, onlar xarici donor təşkilatlarından növbəti illərdə də yararlanmağa səy göstərirlər. İkincisi, onların əsas məqsədləri, əslində, hakimiyyətə gəlmək deyil, "hakimiyyətə gəlmək uğrunda mübarizə aparmaq" pərdə arxasında gəlir mənbələrini artırmaqdan ibarətdir. Bunun üçün isə, son məqamda ətraflarındakıları aldatmaq, yalan danışmaq və birləşəcəklərini vəd etmək kimi öhdəliklərin götürülməsi məsələləri dayanıb. Yəni nəzəri cəhətdən müxalifətə yararlı ola biləcək "tezislərlə" bəlağətli nitqlər söyləyən "liderlər" praktiki cəhətdən yanlışlıqlara yol verirlər. Bu kimi məsələyə də izah gətirmək elə də çətinlik yaratmır.
Hələ 2010-cu ilin parlament seçkilərinən sonra növbəti acı məğlubiyyətə düçar olan dağıdıcı müxalifət "liderləri" ötənlərdə olduğu elektoratlarını itirməmək üçün "İctimai Palata" adlı qurum yaratmağa müvəffəq oldular. Ancaq bəri başdan ictimaiyyətə bəlli idi ki, bu müvəffəqiyyətin arxasında daimi müvəffəqiyətsizlik dayanıb. Çünki ötən əsrin 90-cı illərindən başlayaraq "DUH", "DUBB", "SİDSUH", "Azadlıq" bloku, "MKM" kimi birlik bə bloklarda cəmləşən müxalifət "liderləri" son anda siyasi ambisiyalarını müxalifətin biriyinə qurban verməkdən vaz keçiblər. Ona görə də "İctimai Palata"nın varlığının uzağı iki-üç ildən artıq olmayacağı əvvəlcədən məlum idi. Bunu adıçəkilən qurumu monopoliyalarında saxlayan iki "liderin" - Ə.Kəriminin və İ.Qəmbərin bir-birlərinə səmərə verəcək addımlar atamamalarından da sezmək mümkün idi. Hazırda AXCP və Müsavat partiyaları arasında aparılan "vahid namizədlik" savaşının şiddətlənməsi kontekstində cərəyan edən hadisələrdən də nəticə çıxarmaq mümkündür ki, 2013-cü il də, ötən seçkilərdə olduğu kimi, bütövlükdə müxaifət düşərgəsi üçün dəyişməz sonluqla bitəcək.
RÖVŞƏN NURƏDDİNOĞLU
P.S. Reallıq isə budur ki, müxalifətin getdiyi 20 illik yol dəfələrlə uçurumlara tən gəlib. Ancaq hər dəfə həmin uçurumlardan sürünə-sürünə çıxmağa nail olmuş "liderlərin" müxalifətdə olduqları 2013-cü "yubiley" ilində həmin uçurumdan çıxa bilmələri real təsir bağışlamır. Artıq həmin reallıq ictimaiyyətin diqqətindən kənarda qalmamaqdadır.