Mais Səfərli: "Dağıdıcı müxalifət seçkilərdə növbəti məğlubiyyətə məhkumdur""
\r\n
\r\n
\r\n Dağıdıcı müxalifət düşərgəsini təmsil edən qüvvələr arasında \"vahid namizəd\"\"in müəyyən olunması məsələsi yenidən gündəmə gəlib. Belə ki, \"İctimai Palata\"\" deyilən qurum bu il keçiriləcək prezident seçkilərində bir neçə namizədlə çıxış etmək barədə qərar qəbul edib. Bu isə dağıdıcı müxalifətin pərakəndə və dağınıq haldan çıxmasının qeyri-mümkün olmadığını bir daha ortaya qoyur. Çünki birlik modelindən danışıb, ideya irəli sürən dağıdıcı müxalifət əməli işdə dediklərini reallaşdıra bilmir. Nəticənin isə uğursuz olacağını indidən söyləmək olar. Yəni, seçkiyə pərakəndə halda qatılan müxalifətin qazancı yalnız xalqın ittihamları, tənqidlər və nəhayət rədd cavabı olacaq. Məsələyə münasibət bildirən \"Yurddaş\"\" partiyasının sədri Mais Səfərli bildirdi ki, müxalifət düşərgəsində təmsil olunan siyasi qüvvələrin arasında hər zaman bir-birlərinə qarşı dərin ziddiyyətlər olub və olacaq da. Çünki bu ziddiyyətləri özləri yaradır: \"Bu baxımdan da, müxalifət qüvvələri bu il keçiriləcək prezident seçkiləri ilə bağlı \"vahid namizəd\"\"in müəyyənləşməsində mövcud bir qərara gələ bilməyiblər. Tez-tez bir-birlərinin əleyhinə açıqlamalar verməklə özlərini gündəmdə saxlayırlar. Bütün bunlar da söz oyunundan başqa bir məsələ deyil. Bu baxımdan, dağıdıcı müxalifət seçkilərdə növbəti məğlubiyyətə məhkumdur\"\".
\r\n
\r\n \"Yurddaş\" sədri onu da bildirdi ki, bəzi xarici ölkələr var ki, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşırlar. Demək olar ki, xarici ölkələrdə olan bəzi siyasi dairələr var ki, Azərbaycanda nə isə bir xoşagəlməz vəziyyət yaratmaq üçün ölkədə fəaliyyət göstərən siyasi qüvvələrdən istifadə etməyə çalışırlar. Amma nə qədər çalışsalar da onların bu istək və arzuları baş tutan deyil.
\r\n
\r\n M.Səfərli sonda onu da əlavə etdi ki, \"heç bir siyasi gücü olmayan müxalifət düşərgəsini təmsil edən qüvvələrin \"vahid namizəd\"\" müəyyənləşdirməsi reall görünmür. Ona görə ki, müxalifət düşərgəsindəki vəziyyət heç də yaxşı deyil. Bir sözlə, mövcud vəziyyət onu deməyə əsas verir ki, düşərgədə təmsil olunanlar hər hansı bir məsələni müzakirə etmək iqtidarında deyillər\".
\r\n
\r\n
\r\n
\r\n GÜLYANƏ