Bir müddət öncə seçkilərə namizədliyini irəli sürməyəcəyini deyən Rüstəm İbrahimbəyov anidən Eldar Namazovu dəstəkləyəcəyini bəyan edib
Dağıdıcı düşərgədə namizəd məsələsi böyüdükcə, seçkilərdə iştirak etmək istəynlərin də sayı artmaqdadır. Artıq bu məsələdə doqquz nəfər müxaifətçi öz iddiaları ilə çıxış etməyə başlayıb. Məsələ ondadır ki, "İctimai Palata"da baş tutmayan "vahid namizəd" sövdələşməsi yerdə qalan müxalifət nümayəndələrini "Niyə də mən olmayım?" sualı qarşısında qoyub. Belə ki, "palata"da təmsil olunmayan, eləcə də, özlərini müxalifətin "aparıcı qüvvələri" kimi təqdim edən partiya sədrlərinin iddiaları artdıqca, sözügedən məsələ daha da böyüməyə və çərçivədən çıxmağa başlayıb. Xatırladaq ki, bu günə qədər AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, "MBH" "lideri" Lalə Şövkət Hacıyeva, REAL hərəkatının rəhbəri İlqar Məmmədov, ACP "lideri" Rəsul Qliyev, KXCP sədri Mirmahmud Mirəlioğlu və daha üç nəfər barışmaz iddiaları ilə müxalifət düşərgəsindən namizəd olacaqlarını ortaya qoyublar.
Sözlərini təkzib edən reneqat
Ancaq maraqlı məqam ondan ibarətdir ki, vaxtilə 2013-cü il seçkilərinə qatılmayacaqlarını, yəni namizəd irəi sürməyəcəklərini deyən tərəflər də artıq iddialarnı səsləndirməkdədirlər. Burada daha çox "Ziyalılar Forumu"nda toplaşmış reneqatlar qrupunu göstərmək mümkündür. Onu da xatırladaq ki, hələ 2012-ci ilin son aylarında şəhər restorannlarında toplaşan müxalifət partiyalarının rəhbərlikləri yekdil qərara gələ bilmədiklərinə görə, "Ziyalılar Forumu"ndan namizəd seçiləcəklərini bəyan edirdilər. Ancaq buna rəğmən, "forum" üzvləri qəti şəkildə bldirirdilər ki, onların seçkilərdə namizədləri olmayacaq. Hətta Rafiq Əliyev, Rüstəm İbrahimbəyov və digərləri də müxalifət mətbuatında deyilənləri təkzib edirdilər. Ancaq sonradan bəlli oldu ki, hərş şey başqa məcrada inkişaf edirmiş.
Bu ərəfələrdə mətbuata çıxan Rüstəm İbrahimbəyov "Ziyalılar Forumu"nun adından çıxış edərək, Eldar Namazovun adını çəkib. O, bununla bir daha sübut edib ki, artıq "Ziyalılar Forumu" "İctimai Palata"ya tətik çəkib: "Məlumdur ki, Müsavat partiyası İsa Qəmbərin namizədliyini irəli sürüb. Əsas namizəd İsa Qəmbər də, başqası da ola bilər. Bütün bunları müzakirə etməliyik və əsas namizəd mütləq olmalıdır".
Maraqlıdır ki, öz sözlərini təkzib edən R.İbrahimbəyov daha sonra bildirib ki, "forum"un namizədi olmayacaq, ancaq bir nəfərdən başqa (?). Bu baxımdan həm onun, həm də digərlərinin, həqiqətən də, hansı "siyasətə" xidmət etmələri istehza doğurur: "Amma həmin namizəd "Ziyalılar Forumu"nun üzvü olmayacaq. Bir nəfərdən başqa. Bu da Eldar Namazovdur".
Göründüyü kimi, müxalifətdə namizədlərin sayı artdıqca, iddialar da böyüməyə başlayır. Ancaq nəticə olaraq demək mümkündür ki, nə R.İbrahimbəyovun, nə də yerdə qalan digər iddialı müxalifətçilərin məqsədləri reallaşmamış qalacaq.
R.Hüseynova