PDF Oxu

Müxalifət

  • 41

"Daş yuxuları"n külbaş müəllifinə Əkrəm Əylisliyə

"Daş yuxuları"n külbaş müəllifinə Əkrəm Əylisliyə

Tez düşdü aşağı qiymətin belə,

Nüfuzun, şöhrətin, minnətin...belə...

Səni türk etmədi sünnətin belə,

"Daş yuxunda" girib gözünə sünnət,

İşgəncə verəydi özünə sünnət.

Hər "yuxu" yozana gəldin hədə, sən,

Dedin hər birinə gədə-güdə sən,

Yazıb sübut etdin xalis gədəsən,

Çıxmasın çin sənin kaş, "yuxu"ların,

Dəysin mal başına "Daş yuxular"ın.

"Yuxu"ndakı o "daş bucağ"ın sönsün,

Daşnak qəlbindəki "Qnçağ"ın sönsün,

Ara, Akram, o hay ocağın sönsün,

Zori Balayan tək hay bir gəda, sən,

Silva Kapitukyan yolu gedəsən.

Qocasan, 75 yaşın olubdu,

"Yuxu"lar çevrilib "daş"ın olubdu,

Səni hay edən hay başın olubdu,

Hay-hayın gedibdi, qalıb vay-vayın,

Salam göndərir Serj-erməni dayın.

Hələ görməmişdik sənin tək harın,

Əslini faş etdi hay duyğuların,

Qoymarıq çin çıxsın "Daş yuxular"ın,

Axır yaxalandın "hay balıq", torda,

"Yuxu"nun şahidi olarsan gorda.

MİRZƏ QƏRƏNFİL

Digər xəbərlər