PDF Oxu

Müxalifət

  • 68

Əkrəm Əylisli ilə dağıdıcı müxalifətlə eyni mövqedə

Milli maraqlara zidd addımlar dağıdıcı müxalifət üçün önəmli sayılmır

Əkrəm Əylisli ilə dağıdıcı müxalifətlə eyni mövqedə

Son vaxtlar ictimai qınağa çevrilmiş "Daş yuxular" romanı ətrafında müzakirələr səngimək bilmir. Əkrəm Əylisinin "qələmindən" çıxan "Daş yuxular" romanında ermənilərin hüquqlarının müdafiə olunması açıq şəkildə Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə qəbul edilmir. Yazıçı qələmə alıdığı bu romanda milli-maraqlara kəm baxaraq, mənfur ermənilərin illərdir Azərbaycan xalqına işğalçılıq siyasətini tamamilə unudub və cəfəng fikirlər ifadə edib. Belə ki, Azərbaycanı qəddar, anamsız, digər yandan erməniləri mələk kimi təsvir edən Ə.Əylislinin belə mövqeyi, sözsüz ki, cəmiyyətdə qınaq obyektinə çevrilməyə bilməzdi. Sağlam təfəkkürlü insanlar buna qarşı kəskin mövqedən çıxış etsə də, Ə.Əylislini müdafiə edənlər də var. Utancverici məqam ondan ibarətdir ki, Ə.Əylisli bütün olanlara baxmayaraq, yenə də, əməllərinin yalnış olduğunu hesab etmir. Əksinə, olaraq kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində özünü müdafiə edir və yazdıqlarına haqq qazandırmağa çalışır. Yazılan bu roman rus dilində çap edilsə də, artıq çox adam bu romanı oxuyub və Ə.Əylisinin hansı şəkildə ermənilərə yarınması ilə tanışdır. Ə.Əylisinin bu əsəri sosial şəbəkələrdə də geniş müzakirə obyektinə çevrilib. Ə.Əylisinin bu "məhsulunu" Azərbaycan dövlətinə, dövlətçiliyinə və Azərbaycan xalqının milli maraqlarına zidd adlandıran sağlam gənclər hesab edir ki, Ə.Əylislinin Azərbaycan vətəndaşı olması şühhəlidir. Gənclərin belə mövqedə olması, sözsüz ki, başa düşüləndir. Çünki ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı etdiyi vəhşiliklərin sübutu üçün kifayət qədər video-materallar mövcuddur. Ermənilərin "Xocalı"da və digər işğal olunmuş rayonlarımızda törətdikləri vəhşilikləri sübut edən faktların dili ilə desək, ermənilər bəşəriyyətdə ən amansız və iyrənc xalq kimi ad qazanıb. Lakin Ə.Əylislinin "Daş yuxular" romanı bunun əksini deyir.

"Daş yuxular" romanı dağıdıcı müxalifətin maraqları ilə üst-üstə düşür

Müxtəlif vaxtlarda ölkədə sabitliyi pozmağa cəhdlər edən dağıdıcı müxalifət bu dəfə susdu və Ə.Əylisinin erməni sevgisinə münasibət bildirmədi. Susmağın razılıq əlaməti olduğunu nəzərə alsaq, məsələ aydın olur. Maraqlıdır ölkədə baş verən hadisələri siyasiləşdirməyə cəhdlər edən dağıdıcı müxalifət nədənsə Ə.Əylisinin mövqeyini dəstəklədi. Özlərini demokrat adlandıran Əli Kərimli, İsa Qəmbər kimi şəxslər mətbuat qarşısına çıxıb, bu məsələ ətrafında fikirlər səslədirmədi. Sözsüz ki, Ə.Əylisliyə qarşı təndiqidi fikirlər səsləndirmək dağıdıcı müxalifətin ermənipərəsər mövqeyinə uyğun gəlmir. Bu səbəbdən, Ə.Əylisli ilə eyni fikiləri paylaşan dağıdıcı müxalifət onu müdafiə etməkdən belə çəkinmir. Digər yandan Ə.Əylisinin "Ziyalılar Forumu"nun üzvü olması da, bu qüvvələrin əlinə əlavə imkanlar verir. Yəni Ə.Əylisli "yaradıcılığı" üzərindən yenə də ermənipərəst qüvvələrə yarınmaq üçün növbəti cığır açılıb. Bəs harda qaldı dağıdıcı müxalifətin milli maraqları qorumaq pərdəsi altında qanunsuz aksiyaları? Nə üçün belə qanunsuz aksiyalardan biri Ə.Əylisinin yaradıcılığına şamil olunmadı? Digər yandan dağıdıcı müxalifət düşərgəsində hansısa şəxslərin Ə.Əylislinin "Daş yuxular" romanını tənqid etməsi belə, gözdən pərdə asmaq kimi görünür.

Elçin Mirzəbəyli: "Əkrəm Əylisli "Daş yuxular" romanını erməni kimi yazıb"

Əkrəm Əylisli belə bir roman yazmaqla Azərbaycan xalqına, dövlətinə qarşı ermənilərin mövqeyindən çıxış etdi. Belə deyək, Ə.Əylisli "Daş yuxular" romanını erməni kimi yazıb. Bu fikirləri "Səs" qəzetinə açıqlamasında publisist Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə hər kəsin bir məqsədi var: "Sözsüz ki, onun da öz məqsədləri var. Özünə diqqət cəlb etdirmək istəyir. Ə.Əylisli bu yolla düşünür ki, beynəlxalq təşkilatların, erməni diasporunun diqqətini özünə cəlb etsin. Ona görə ki, onun əsəri tərcümə olunaraq, ayrı-ayrı mükafatlara təqdim edilsin. Ə.Əylisli bu gün özünü elə formada təqdim edir ki, guya o yazdığı "həqiqətlərin" qurbanıdır və ona qarşı bir hücum var. Ə.Əylisli da bu obrazı yaratmağa çalışacaq. Onsuz da, Ə.Əylisli həm tarixin, həm də xalqın qarşısında rüsvay olub. Bu baxımdan ona verilən ali mükafatların alınması belə heç nəyi dəyişməyəcək. Bu əsər yenə də öz yerində qalacaq. Sevindirici haldır ki, öz torpağının, millətinin təssübünü çəkən insanlardan daha çoxdur".E.Mirzəbəyli onu da qeyd etdi ki, vaxtilə Ə.Əylisli bir əsərində də milli azadlıq hərəkatında olan insanları təhqir etməkdən belə çəkinməmişdi. Hətta həmin dövrdə Arif Hacılı Ə.Əylislini müdafiə xarakterli bir yazı da yazdı. Kim milli mövqedən çıxış edir, vətəni, torpağı, milləti müdafiə edirsə, həmin o adama qondarma vətənpərvər ad qoyulur. Onda o insanlara sual etmək lazımdır, bəs siz nəsiniz? Geydirmə vətənpərvərsiniz, simanız və əxalqınız nədir? Bu insanların siması yoxdur. Hər kəs öz simasını ortaya qoyur. Əslində, o şəxslərdən mövqe gözləmək də lazım deyil. Ə.Əylisini xalqın 99 faizi lənətləyir. Onlar milli maraqlarla bağlı aksiya keçirməyəcəklər. Hər hansı subyektiv bir məsələ olsaydı, çoxdan hay-küy qaldırardılar. Bu mənada qeyd edim ki, Əli Kərimli və İsa Qəmbərdən başqa bir şey gözləmək olmaz.

Babək Hacıyev

Digər xəbərlər