PDF Oxu

Müxalifət

  • 83

Binəqədi rayonunda sakinlərin müraciət xidmətinin təqdimatı keçirildi

Bu xidmət vasitəsi ilə sakinlərin müraciətinin operativliyi təmin olunacaq

Binəqədi rayonunda sakinlərin müraciət xidmətinin təqdimatı keçirildi

\r\n

\r\n

\r\n Dünən Binəqədi rayon icra hakimiyyətində Binəqədi rayon icra hakimiyyətinin sakinlərin müraciət xidmətinin təqdimat mərasimi keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Madar Musayev, Rafael Cəbrayılov, YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov, hüquq-mühafizə orqanlarının, müxtəlif dövlət strukturlarının rəhbərləri, rayon sakinləri iştirak edirdilər.Tədbirdən öncə Binəqədi rayon icra hakimiyyətinin sakinlərin müraciət xidmətinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.

\r\n

\r\n Videoçarxın nümayişindən sonra sakinlərin müraciət xidməti haqqında ətraflı məlumat vermək üçün söz xidmətin rəisi Anar Səfərova verildi. A.Səfərov bildirdi ki, sakinlərin müraciət xidməti rayon sakinlərinin müraciət, şikayətlərin, onları narahat edən məsələlərin telefon vasitəsilə rahat müraciəti üçün \"Sakinlərin Müraciət Xidməti-1646\" yaradılmışdır. Xidmətin yaradılmasında əsas məqsəd sakinlərin müraciətləri ilə əlaqədar operativ tədbirlər həyata keçirilməsi, rayon ərazisində fəaliyyət göstərən digər dövlət orqanları və təsərrüfat xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsidir. Bu, eyni zamanda, şəffaflığı təmin edir və korrupsiyaya qarşı mübarizədə rayon sakinlərinin rolunu artırır. 1646 nömrəsinə edilən hər hansı zənglər xidmət və sakinlərin məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə avtomatik rejimdə qeydiyyata alınır və lent yazısındda yaddaşda saxlanılır. Onun sözlərinə görə, hər hansı mübahisəli məsələ meydana çıxdıqda lent yazısını dinləmək mümkündür. Şöbə müdiri onu da nəzərə çatdırdı ki, zənglər ödənişsizdir.Müraciət xidmətinin operativliyi məsuliyyət prinsipləri əsasında qurulacağını qeyd etdi. A.Səfərov onu da bildirdi ki, vətəndaşlara göstərilən xidmət proqram təminatı yüklənmiş informasiya texnologiyaları vasitəsilə avtomatik rejimdə, operatorlar tərəfindən vətəndaşlarla birbaşa ünsiyyət rejimində və operatorun yönəldici iştirakı müvafiq proqram təminatı vasitəsi ilə aparılır. Vətəndaşlara göstərilən xidmət müqabilində onların sualları cavablandırılır. Hər bir zəng operatora yönəldikdən sonra 7 saniyə ərzində cavablandırılmaq üçün qəbul ediləcək. Şikayət ərizəsi tərtib olunan zaman müraciət edənin kimliyi, ünvanı və telefon nömrəsi qeydə alınmalıdır. Şikayət vərəqəsi qəbul edildikdən sonra operator müraciətin kateqoriyası üzrə operativ şəkildə aidiyyatı yerli quruma, ünvanın aid olduğu qəsəbə nümayəndəliyinə və icra hakimiyyətinin aidiyyatı şöbəsinə məlumat verilir. Şikayət vərəqəsi vətəndaşın müraciətində qeyd etdiyi məsələ tam həll olunanadək nəzarətdə saxlanılır. Vətəndaşla əks-əlaqə yaradılaraq məmnunluq səviyyəsi ölçülür. Sakinlərin müraciət xidmətində vətəndaşlara göstərilən xidmətlərə, o cümlədən, operatorla vətəndaş arasında aparılan telefon danışıqlarına nəzarət etmək və tənzimləmək məqsədilə sistemdəki xüsusi modul vasitəsilə bu xidmətlər və danışıqlar sistemin yaddaşına yazılır, axrivləşdirilir. Telefon xidməti zamanı daxil olan zənglərin, edilən müraciət və cavabların verilən məlumatların və göstərilən xidmətlərin qeydiyyatı aparılır.A.Səfərov iştirakçıların diqqətinə onu da çatdırdı ki, rayon sakinləri bu xidmətdən Binəqədi rayon icra hakimiyyətinin sərəncamına müvafiq olaraq, fevralın 6-dan istifadə edəcəklər.Tədbirin sonunda rayon sakinlərinin xidmətlə bağlı ünvanladıqları suallar cavablandırıldı.

\r\n

\r\n ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər