Bəxtiyar Vahabzadənin Əkrəm Əylisliyə xitabən 1998-ci ildə yazdığı şeir
Öz gözündə tiri görməyən gəda,
Özgənin gözündə qıl axtarırsan.
Köhnə şakərindir, bulandırmağa
Hər gün, hər ay yeni göl axtarırsan.
Qələmin korşalıb düşmüsən dərdə,
Hörmətin qalmayıb sənin heç yerdə.
Dölsüz olduğunu bildin nəsrdə,
İndi də "şeirdə" döl axtarırsan?
Bir zaman vətəni Aşota satdın,
Ürək bulandırdın, könül qanatdın.
Palıda, çinara sən çirkab atdın,
İndi gizlənməyə kol axtarırsan!
Qəlbin daş, ağlın da bir ovuc peyin,
Döş-döşə gəlməyə qalmayıb heyin,
Baxıb ayağına ölmüş eşşəyin,
Kürdənə vurmağa nal axtarırsan.
İçində zülmətdir, səhər bilirsən,
Qatırsan, özünü kəhər birlirsən,
Köhnə palanını yəhər bilirsən,
Belinə salmağa çul axtarırsan.
Özgənin uğuru səni yandırır,
Həsədin kinini qıcıqlandırır,
Özünün yalını bal adlandırır,
Özgənin balında yal axtarırsan.
Biz üzü gəlinsən, bir üzü arvad,
Kommunist, AXC, sonra Musavat.
Ordan da çıxmısan, ay evi bərbad,
İndi də daşnaka yol axtarırsan.