Cinayətkar rektor plagiat doktorluq işi əsasında 22 dekabr 2000-ci ildə Rusiya AAK-ın 53-d-2 saylı, 006192 №-li doktorluq vəsiqəni alıb
Fəaliyyəti dayandırılmış ABU-nun cinayətkar rektoru Elşad Abdullayevin son günlər siyasi müxalifət qəzetlərinin və informasiya saytlarının dəstəyi vasitəsilə, əslində, özünü ifşa etməsi məsələsi arxasından daha maraqlı ştrixlər qabarmaqdadır. Belə ki, artıq oxuculara da çatdırdığımız kimi, cinayətkar rektor bir neçə aydır ki, şantaj və sabotaj xarakterli videogörüntülərinin bilavasitə cinayət əməli olduğunu anladıqdan sonra, hadisələri siyasiləşdirməyə cəhd edir. Amma həmin cəhdlərin də boşa çıxması nəticəsində bəlli olur ki, E.Abdullayev əsrin dələduzu statusu ilə yanaşı, həm də oğrusudur. Onun saxtakarlıqları arxasında müxtəlif diplom və fəxri fərmanlar, hətta Rusiya prezidenti tərəfindən "verilmiş" qol saatı da mövcuddur. Bu barədə ötən saylarımızda kifayət qədər məlumatlar vermişdirk.
Lakin hazırda daha bir neçə məsələ faş olunmaqla, E.Abdullayevin əsil sifəti və obrazı təsəvvürlərdə canlanmaqdadır.
Onu da qeyd edək ki, hüquqşünas vəkil Ramiz Zeynalov da apardığı araşdırmaları nəticəsində ABU-nun cinayətkar rektoru haqqında maraqlı və tutarlı faktlar əldə etmişdir. Üzə çıxmışdır ki, cinayətkar rektor cəmiyyətdə "hüquq doktoru" kimi təqdim edilsə də, onun bu müstəviyə heç bir qarışacağı yoxdur. Çünki "müdafiə" etdiyi "doktorluq dissertasiyası" da sən demə, özü kimi saxta və yalançı imiş. O bir neçə tanınmış rusiyalı hüquq doktorlarının nəşrlərini bilavasitə öz "doktorluq" işinə tikərək, qondarma "hüquqşünasa" çevrilmişdir.
E.Abdullayevin "doktorluq işi" Rusiyanın hüquq elmləri doktoru, A.N.Kozırınin 1996-cı ildə "Spark" nəşriyyatı tərəfindən nəşr olunmuş "Xarici ölkələrin inzibati hüququ" kitabından köçürülüb
Belə ki, E.Abdullayevin "doktorluq işi" Rusiya Dövlət Humanitar Universitetində 22 noyabr 2000-ci il tarixdə müdafiə olunub və 22 dekabr 2000-ci il tarixdə Rusiya Ali Attestasiya Komissiyasının 53-d-2 saylı, 006192№-li doktorluq vəsiqəsi verilib. Lakin sonradan bəlli olub ki, E.Abdullayevin "doktorluq işi" Rusiyanın hüquq elmləri doktoru, professor A.N.Kozırınin 1996-cı ildə "Spark" nəşriyyatı tərəfindən nəşr olunmuş "Xarici ölkələrin inzibati hüququ" kitabından köçürülüb. Ancaq sonradan toplanmış materiallar Rusiya Təhsil Nazirliyinə göndərilmiş və orada aparılan araşdırmalar başa çatdıqdan sonra saxta diplomun ləğvi barədə qərar verilmişdir. Çünki E.Abdullayevin "doktorluq işinin" bir səhifəsi oğurluq deyildi, bütün iş başdan-ayağa yazıq Kozırinin kitabından köçürmə idi.
Hüquqşünas Ramiz Zeynalov: "E.Abdullayev bütün sərsəm açıqlamalarına baxmayaraq, onun tezliklə qanun qarşısında cavabdehliyi təmin ediləcəkdir"
Yuxarıda qeyd etdiyimiz kimi, E.Abdullayevin cinayətkar əməllərinin ifşa olunmasında hüquqşünas vəkil R.Zeynalovun da apardığı araşdırmalar maraqdoğurucudur. Məhz bu səbəbdən, vəkil mətbuata verdiyi açıqlamasında bildirib ki, E.Abdullayev bütün hallarda törətdiyi əməllərinə görə qanun qarşısında cavab verəcəkdir: "İndi belə bir adam Fpansada müvəqqəti məskunlaşmasından istifadə edərək özü oğru, elmi plaqiat olduğu halda, başqalarına qara yaxır, oğurluqda, maşenniklikdə ittiham edir. Təkrar edirəm, bir nömrəli maşennik özü ola-ola... İnanıram və ictimaiyyəti də əmin edirəm ki, E.Abdullayev bütün sərsəm açıqlamalarına baxmayaraq, onun tezliklə qanun qarşısında cavabdehliyi təmin ediləcəkdir..."
Göründüyü kimi, E.Abdullayev bütün hallarda öz cinayətlərinə görə cavab verməli olacaq. Ancaq ən maraqlısı isə odur ki, E.Abdullayev hələ də ona qarşı irəli sürülmüş arqumentli və əsaslı faktlara qarşı yalnız aqressiya dili və hədə-qorxu ilə cavab verir. Hüquqi psixologiyada isə belə davranış dolayısı ilə törədilən cinayətin etirafı anlamını daşıyır. Yəqin ki, cinayətkar rektor da özü bilmədən həmin cinayətlərini etiraf etməkdədir.
RÖVŞƏN NURƏDDİNOĞLU
P.S. Növbəti saylarımızda E.Abdullayevin daha qatı və tükürpədici cinayətləri haqqında yazılarımızı dərc edəcəyik. Bizi izləyin...