PDF Oxu

Müxalifət

  • 67

Elşad Abdullayev hətta öz qohumlarına da "atıb"

Cinayətkar "rektor" yaxınlarına məxsus mənzil və mülkləri dələduzluq vasitəsilə mənimsəyib

Elşad Abdullayev hətta öz qohumlarına da "atıb"

Artıq Elşad Abdullayev müəmması üzə çıxmaqdadır. Belə ki, onun yüzlərlə insana qarşı törətdiyi cinayət faktorları, eləcə də, digər qanunsuz əməlləri ifşa olunmaqla, pərdə arxasında qalmış məqamlar da aşkarlanmaqdadır. Xatırlayırsınızsa, E.Abdullayev məlum videoçəkilişləri yayaraq, "iştaha" gəlmiş və əlində daha 400 videogörüntünün olduğunu dilə gətirərək, şantajlarını davam etdirmişdi. Göründüyü kimi, bütün bunlar açıq hədələr, şantaj və psixoloji təzyiqlər idi. Lakin ölkənin tanınmış şəxslərini, dövlət xadimlərini hədəfə alan şantajla dolu videoların birdən-birə ardı kəsildi, E.Abdullayev özünə bəlli olan səbəblər üzündən vəd etdiyi bəzi videoları yayımlamadı. Eyni zamanda, bəlli oldu ki, əslində, cinayətkar "rektor" bu vasitə ilə öz qaranlıq keçmişini gizlətməyə cəhd edir, qardaşı Mahir Abdullayevin itkin düşməsini siyasiləşdirməyə çalışır.

E.Abdullayev rəhbəri olduğu "ERA- ATSC"-nin adından özü hazırlayaraq imzaladığı müqavilədə adını mövcud olmayan "İnşaat-2002" şirkətinin rəhbəri kimi göstərib

Məlum oldu ki, saxta "hüquq doktoru" bu barədə müvafiq şəxslərlə müqavilə baglayıb 500.000 min ABŞ dollarını onlardan birinə özü verdiyi halda, həmin müqaviləni özünün adına deyil, dayısı Sabir Hüseynovun adına rəsmiləşdirib. Təəccüblüdür, nəyə görə saxta "hüquq doktoru" bu barədə müqavilə baglayib, 500.000 ABŞ dollarını özü verdiyi halda, bu müqaviləni özünün adına deyil, dayısı S.Hüseynovun adına rəsmiləşdirmişdi? Bu müqavilədən 2 ay sonra E.Abdullayev rəhbəri olduğu "ERA- ATSC"nin adından yenə də özü hazırlayaraq, imzaladığı müqavilədə mövcud olmayan "İnşaat-2002" şirkətinin rəhbəri kimi göstərib və müqavilənin şərtlərinə görə, ondan cəmiyyət ücün "Kosmos" mağazasının arxasında inşa edilən yaşayış kompleksindən 50 ədəd bir və iki otaqlı mənzillər alınması ücün bir il altı ay müddətinə 1 (bir) milyon ABŞ dolları pul verib və həmin müddət ərzində mənzilləri tikintisi başa çatmadığı halda, verdiyi bir milyon ABŞ dollarının 30 faiz sələmi ilə geri qaytarılması barədə 05 mart 2004-cü il tarixli müqavilə imzalayıb.

Baş verənlər sübut edir ki, dağıdıcı müxalifət KİV-lərinin "hüquq doktoru" kimi insanlara təqdim etdiyi E.Abdullayevin onlara verdiyi külli miqdarda pulların müqabilində hər nə desən, etməyə hazırdırlar

Bütün bunlar, habelə, digər faktlar sübut edir ki, E.Abdullayev hec bir məsuliyyət nəzərdə tutmayan şər, böhtan və şantaj xarakterli və heç bir hüquqi əsası olmayan müsahibə və məqalələrinin məlum, ancaq müxalif qüvvələrə məxsus qəzet və saytlarda yerləşdirməklə oxucuları çaşdırmağı qarşısına məqsəd qoyub. Baş verənlər sübut edir ki, dağıdıcı müxalifət KİV-lərinin "hüquq doktoru" kimi insanlara təqdim etdiyi E.Abdullayevin onlara verdiyi külli miqdarda pulların müqabilində hər nə desən, etməyə hazırdırlar. Adı qardaşının öldürülməsində hallandırılan ABU rektoru hələ də bəzi şəxslərə şər, böhtan atmaqla, qanunsuz, gizli videoçəkilişlərlə özünün M.Abdullayevin öldürdüyünü gizlətməyə can atır, habelə, məlum hadisədən 9 il keçməsinə baxmayaraq, guya yenə də qardaşının oğurlanması barədə yalanlarından əl çəkmir.

Maraqlıdır, əgər E.Abdullayev qardaşını belə sevirdisə, nə üçün pula görə onu öldürür, digər qardaşlarını və bacısı oğlunu, eləcə də, digər qohumlarını da bu işə cəlb edirdi? Əgər qardaş dediyi və cəmiyyətə sırımaq istədiyi şəxs oğurlanmışdısa, nə üçün bu hadisədən sonra onun adına və dostu Sənan adlı şəxsdən bir sıra obyektlərin ona verilməsi ilə əlaqədar dava-dalaş salırdı?

E.Abdullayev qardaşının yoxa çıxmasından 9 il ötsə də, onun ailəsinə məxsus əmlakı ələ keçirib və bu müddət ərzində onlara hər hansi bir formada maddi yardım göstərməyib

Bu günlərdə məlum olub ki, E.Abdullayev qardaşı Mahirin həyat yoldaşı və 2 övladı olduğu halda, qardaşına məxsus "AMAY" ticarət mərkəzindəki 2 mağazanı və Rəsulzadə qəsəbəsində yerləşən "Sevinc" restoranını sataraq pulunu onun ailəsinə verməyib, əksinə, dələduzluq yolu ilə özü mənimsəyib. Eyni zamanda, ABU rəhbəri qardaşının yoxa çıxmasından 9 il ötsə də, onun ailəsinə məxsus əmlakı ələ keçirib və bu müddət ərzində onlara hər hansi bir formada maddi yardım göstərməyib. "Qardaşcanlı", "qohumcanlı" E. Abdullayevin yaxınlarına, ailə üzvlərinə pislikləri bununla yekunlaşmır. Belə ki, o, bacısı oğlunun Bakı şəhəri Yasamal rayonu, Dadaşov kücəsi-68 sayli evin, 62 sayli, 2 otaqlı mənzilini onun ailəsinə qaytarmaqdan bu gün də imtina edir.

R.RƏSULOV

P.S. Əgər bir "insan" ki, öz qohum-əqrəbasına qarşı da "atış" gəlirsə, sabah ondan hər hansı betər pisliyi, şantajı və ibnəliyi gözləməyə dəyər. Ancaq bunun da bir sonu əlbət ki, var...

Digər xəbərlər