Qurum Əkrəm Naibovu müdafiə edir, cəmiyyətin ona münasibətini dəyişdirməyə cəhd göstərir
Xəbər verdiyimiz kimi, Azərbaycan cəmiyyəti Əkrəm Naibovun xəyanətkar əməllərini isbatlayan "Daş yuxular" romanına kütləvi şəkildə öz etirazını bildirir. Bu etiraz isə sosiumun ziyalısından tumuş, sadə vətəndaşına qədər hər bir kəsin ünsiyyətində, düşüncəsində və hərəkətlərində öz əksini tapıb.
Lakin cəmiyyətdə bəzi ünsürlər var ki, onlar Əkrəm Naibovu müdaifə edirlər. Onların sırasında Eldar Namazovun reneqat dəstəsini, İsa Qəmbəri, Əli Kərimlini, xaçpərəst Günel Mövludu, atasının satqınçılıq yolunu davam etdirən Turqut Qəmbəri, Leyla Yunusu və digərlərini göstərmək olar. Məhz bu ermənipərəst, satqın düşüncəlilərin arasında "İctimai Palata" da var.
"İctimai Palata" Əkrəm Naibovu müdafiə edir
Qeyd edək ki, dağıdıcı müxalifətin və anti-milli ünsürlərin cəmləşdiyi "İctimai Palata" adlanan qurum Əkrəm Naibovu müdafiə edir, cəmiyyətin ona münasibətini dəyişdirməyə cəhd göstərir. İsa Qəmbər, Əli Kərimli və onların ətrafı Əkrəmin Azərbaycan xalqının maraqlarına zərbə vuran əməlləri barədə susur, daha çox ictimaiyyətin bu xəyanətkara haqlı münasibətini tənqid edirlər.
Onlar hesab edirlər ki, vətəndaşların Ə.Naibova münasibəti Azərbaycanın milli maraqlarına zərər vurur. Dağıdıcı müxalifətin ümummilli maraqlar haqqında qeyri-səmimi iddiaları cəmiyyətdə ironiya doğurur. Onlar müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı iş aparanda, xarici anti-Azərbaycam dairələrlə sıx əməkdaşlıq edəndə və onların sifarişlərini yerinə yetirəndə, "Eurovision" vaxtı küçələrə çıxaraq xarici jurnalistlərin diqqətini yanlış istiqamətə yayındıranda və s. niyə milli maraqları xatırlamırdılar.
Bir daha vurğulamaq yerinə düşər ki, "İctimai Palata" daxilində birləşmiş radikal müxalifət ermənilərin maraqlarına xidmət edən mövqe sərgiləyir və Azərbaycanın milli mənafeyini satırlar.
"Azadlıq" yenə də ermənilərin ruporu rolunda
Əlbəttə ki, dəfələrlə "Azadlıq" qəzetinin ermənilərin Azərbaycandakı ruporu olması haqqında yazmışıq. Adıçəkilən qəzetin "Eurovision-2012" ərəfəsində ermənilərin maraqlarına uyğun hansı addımları atdığını hələ də cəmiyyət unutmayıb. Hətta elə bir vəziyyət yaratmışdı ki, Ermənistanla bağlı yazılara birbaşa olaraq, "Azadlıq" qəzeti cavab yazırdı. Bu, bir daha onu göstərirdi ki, "Azadlıq" ermənilərin müəyyənləşdirdiyi xətt üzrə hərəkət edir.
Məhz bu gün də Əkrəm Naibov məsələsində "Azadlıq" qəzetinin eyni mövqe tutduğunu aydın şəkildə sezirik. Belə ki, "Azadlıq" qəzeti AXCP sədri Əli Kərimlinin təlimatlarına uyğun olaraq cəmiyyətin mövqeyinə qarşı çıxır. Əkrəm Əylislinin əməlinə bəraət qazandırmağa, onu müdafiə etməyə cəhd göstərir. Qəzet kosmopolit və anti-milli təfəkkürklü ünsürlərə geniş yer verir, cəmiyyəti məsələnin mahiyyətindən yayındırmağa və siyasiləşdirərək hakimiyyətə qarşı yönəltməyə çalışır.
Leyla Yunus ermənilərə xidmətin nümunəsini ortaya qoyur
Əkrəm Naibovun müdafiə edilməsi kampaniyasında ən aktivlərdən biri də elə Leyla Yunusdur. Biz dəfələrlə Leyla Yunusun ermənilərlə qohumluğunun olmasından, onlarla sıx işbirliyi qurmasından yazmışıq. Yəni, anlaşılan odur ki, cəmiyyət Leyla Yunusu çox yaxşı tanıyır. Onun ermənilərin Azərbaycanla bağlı maraqlarının reallaşdırılmasında ortaya qoyduğu səylər, sözün həqiqi mənasında, ermənilərə xidmətin nümunəsini göstərib. Məhz hər zamanki kimi ampluasında olan Leyla Yunus Əkrəm Naibov məsələsində də erməniləri qane edən mövqe sərgiləyir.
Belə ki, müxalifət mətbuatının "baş qəhrəmanı" Leyla Yunus Ermənistanın "Region" Araşdırmalar Mərkəzi ilə birlikdə təsis etdiyi publicdialogues.info saytında xəyanətkar Əkrəm Əylislinin müdafiəsi ilə bağlı kampaniya həyata keçirir. O, Ramil Səfərovu "qatil" adlandırır və iddia edir ki, bu hadisədən sonra "Azərbaycanın şərəf və ləyaqətini yalnız Əkrəm Əylisli xilas edir".
Uzun illərdir "hüquq müdafiəçisi" adı altında Azərbaycanın daxilində erməni maraqlarına xidmət edən, erməni lobbisi tərəfindən maliyyələşdirilən və təlimatlandırılan L.Yunus ölkə ictimaiyyətinin ən sərt qınağına və təpkisinə layiqdir.
Bir sözlə, görünən odur ki, "İctimai Palata" daxilində birləşmiş Müsavat, AXCP, həmçinin, anti-milli planlarda aktiv iştirak edən "Azadlıq" qəzeti, Leyla Yunus və digərləri bu dəfə də Azərbaycan xalqının maraqlarını satıblar, dövlətə və xalqa xəyanət ediblər. Düşünürük ki, elə xalqın özü onlara layiq olduqları yeri gstərir və bundan sonra da eyni qiyməti verəcək.
"Səs" Analitik Qrupu