PDF Oxu

Müxalifət

  • 74

Əli Kərimli niyə susur?

Hürrü Əliyevin iddiaları AXCP sədrinin böyük günahlara batdığını kifayət qədər təsdiq edir

Əli Kərimli niyə susur?

Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin AXCP sədri Əli Kərimli haqqında irəli sürdüyü tutarlı iddiaları cəmiyyətdə rezonans doğursa da "cəbhə" sədri bu kimi ittihamlar qarşısında demək olar ki, susqunluq nümayiş etdirdi. Lakin onun yerinə digər AXCP funksionerləri bir neçə məntiqsiz bəyanatlar səsləndirməklə, məsələ ətrafında fikir çaşqınlığı yaratmağa çalışdılar. Ancaq "haqq nazilər, üzülməz" məsəli hər zaman olduğu kimi, bu dəfə də ədalətli məcrada inkişaf etdi.

Əli Kərimli guya ittihamlardan "qorxmadığını" sərgiləməyə çalışsa da onun hansı təlaş hissi keçirməsini də təsəvvür etmək asandır

Belə ki, Ə.Elçibəyin zəhərlənməsinə dair istintaq araşdırması başa çatıb, iş məhkəməyə göndərilmək ərəfəsindədir. Xatırladaq ki, Ə.Kərimlinin Ə.Elçibəyə sui-qəsd etməsini yalnız Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev və KXCP üzvü, bayraqdar Elman Türkoğlu və mərhum eks-prezidentin qardaşı oğlu Hürrü Əliyev səsləndirməyib. Çünki AXCP sədrinin cinayətkar əməlləri haqqında vaxtilə "cəbhədə" olmuş, milli azadlıq hərəkatının iştirakçıları da onun kirli əməlləri barədə bir çox məlumatlar veriblər. Ancaq Ə.Kərimli guya bu kimi ittihamlardan "qorxmadığını" sərgiləməyə çalışsa da onun kənarda hansı təlaş hissi keçirməsini də təsəvvür etmək asandır. Çünki məhz H.Əliyev onun atası Almurad Əliyevin yanına gedərək, məsələni ictimailəşdirməməsini xahiş etməsini bildirməsi həqiqətin əsl tərəfini bir daha ortaya qoyur.

Hafiz Hacıyev: "Ya bu həftə, ya da gələn həftə Əli Kərimli prokurorluqda dindiriləcək"

Bu arada Müasir Müsavat Partiyasının sədri H.Hacıyev qeyd edib ki, Azərbaycanın eks-prezidenti Ə.Elçibəyin zəhərlənərək öldürülməsinə dair Bakı şəhər Prokurorluğunda başlanan cinayət işi artıq yekunlaşıb: "Onlar arzu edirlər ki, mən geri çəkilim. Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərləməsi artıq tam sübuta yetirilib. Mən heç vaxt iddiamdan geri çəkilməmişəm, çəkilməyəcəm də".

H.Hacıyev vurğulayıb ki, əleyhdarlarının həqiqəti gizlətməyə istiqamətlənmiş fəaliyyətləri onların öz ziyanına işləyəcək: "Onların belə yalan məlumatlar yaymaqla ictimaiyyəti aldatması başlarına bəla gətirəcək. Artıq istintaq yekunlaşıb, məhkəməyə göndərilir. Mən hər gün istintaqla maraqlanıram. Ya bu həftə, ya da gələn həftə Ə.Kərimli prokurorluqda dindiriləcək".

Rəfiqə Hüseynova

Digər xəbərlər