PDF Oxu

Müxalifət

  • 53

"EL"-in elanı reneqatları çətin vəziyyətdə qoydu

"EL"-in elanı reneqatları çətin vəziyyətdə qoydu

"Cəbhə" və müsavatçıların isə daha bir müxalifətdaxili düşməni rəsmi iddiaçı kimi üzə çıxdı

Reneqat Rüstəm İbrahimbəyovun təsis etdiyi "Ziyalılar Forunu" və orada təmsil olunan digər fərdlər çətin vəziyyətə düşüblər. Belə ki, R.İbrahimbəyovun təşkilatçılığı ilə təsis olunmuş qondarma "EL" adlı "hərəkata" Eldar Namazovun rəhbər seçilməsi durumu daha da mürəkkəbləşdirib. Daha dəqiq desək, "forum" parçalanmaqdan, eləcə də, öz işini dayandırmaqdan başqa çıxış yolu tapa bilmir. Çünki bildiyimiz qədər, orada təmsil olunan tərəflər siyasətlə məşğul olmayacaqlarını bəyan ediblər. Əgər siyasətlə məşğul olmayacaqlarsa, demək, E.Namazovun rəhbərlik etdiyi "hərəkata" da dəstək göstərməyəcəklər. Çünki "EL" bilavasitə siyasi proseslərə müdaxilə edən "hərəkat" adı altında yaradılmaqla, həm də seçkilərdə namizədini irəli sürəcək. Bu baxımdan da, vurğulamaq mümkündür ki, "Ziyalılar Forumu" ömrünü R.İbrahimbəyovla E.Namazova bağışlayıb. Yerdə qalan reneqatlar isə adıçəkilən "hərəkata" qoşulmayacaqlarını bəyan etməklə bu parçalanmanı tezləşdiriblər.

Eldar Namazovun elan edilən "hərəkatla" hansısa nailiyyət qazanacağı da inandırıcı görünmür

Onu da xatırladaq ki, "EL" bir zamanlar "YES" blokunun fəaliyyət göstərdiyi ofisi özünə qərargah seçib. Belə ki, YES blokunun 2005-ci ildəki təsisçisi də məhz ANİF prezidenti E.Namazovdur. Ancaq istənilən tərəfdən baxsaq, görərik ki, nə ANİF, nə "YES", nə də ki, sözügedən qərargah reneqat üçün uğurlu olmayıb. Bütün seçkilərdə məğlub olan E.Namazovun elan edilən "hərəkatla" hansısa nailiyyət qazanacağı da inandırıcı görünmür.

Lakin bu arada "İctimai Palata"da qızğın qarşıdurmalar yaşayan və bir-birlərinə güzəştə getməyəcəklərini bəyan edən "cəbhə" və müsavatçılar da düşərgə daxilində yeni düşmən qazanmaqdadırlar. "EL"-in yaradılması onların düşərgədaxili seçki planlarını, demək olar ki, alt-üst edir. Ona görə də, ehtimal etmək mümkündür ki, hazırda müxalifət düşərgəsində daha bir iddialı qüvvə qismində çıxış edən "EL"-ə qarşı birləşə biləcək qüvvələr onu vaxtından əvvəl sıradan çıxara bilərlər.

R.Hüseynova

Digər xəbərlər