PDF Oxu

Müxalifət

  • 49

Böhtan, şantaj və təxribatçılıq sindromuna daha bir baxış

Böhtan, şantaj və təxribatçılıq sindromuna daha bir baxış

Və ya dağıdıcı müxalifət "liderlərinə" növbəti xatırlatma

Ölkəmizdə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca dağıdıcı müxalifət düşərgəsində "siyasi fəallığın" artması get-gedə daha çox müşahidə olunmaqdadır. Söz yox ki, ifrat radikallar sosial bazaları və elektorat mənbələri tükəndiyindən, hər zaman olduğu kimi, hazırda da ümidlərini ölkəmizdə siyasi-iqtisadi maraqlarını reallaşdırmağa cəhd edən Qərb havadarlarına, Azərbaycanın sürəkli inkişafından təşvişə düşən erməni lobbisinə və bu kimi qüvvələrin çirkli pullarına bağlayıblar. Buna misal kimi "əsgər ölümü" adından sui-istifadə edərək, martın 10-da baş verən hadisələr də bu sıradandır. Daha dəqiq desək, həmin hadisələrin fonunda da xarici qüvvələrin dayanması heç kimdə şübhə oyatmadığı üçün, cəmiyyət həqiqətin ortaya çıxmasını gözləyirdi. Nəticədə, həmin həqiqət ortaya çıxdı və məlum oldu ki, 10 mart icazəsiz aksiyasının təşkili ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin öncədən planlaşdırdığı təxribatdır. Bəlli oldu ki, müxtəlif vaxtlarda ölkə banklarından 2 milyon dollar vəsait çıxaran A.Qriqorevs sözügedən vəsaitləri ölkədə ajiotaj yaratmaqdan ötrü dağıdıcı müxalifət partiyalarına yaxınlıqları ilə seçilən müxalifyönlü gənclər hərəkatına, xüsusilə də, "NİDA"-ya xərcləyib. Gerisi isə cəmiyyətə məlumdur. Çünki sonradan MDİ rəsmisi A.Qriqorevs ona qarşı sürülən ittihamları nə qədər təkzib etməyə çalışsa da həqiqətdən yaxa qurtara bilmədi. Çünki tutarlı faktlardan qaçmaq hələ heç kimə müyəssər olmayıb.

Eyni zamanda, AXCP, Müsavat kimi partiyalar və onların rəhbərlikləri də bu istiqamətdə müxtəlif bəyanatlar səsləndirsələr də, etirazlar etsələr də, Azərbaycan xalqı kimin kim olmasını onlardan yaxşı dərk etdiyi üçün çullarını sudan quru çıxarmağa nail ola bilmədilər. Bir sözlə, dağıdıcı qüvvələr iqtidarla xalq vəhdətinə süni narazılıqlar yaratmaq üçün əsassız, qərəzli bəhanələr gətirir, gənclərə yalan vədlər verərək, onları icazəsiz aksiyalara və təxribatlar törətməyə təhrik etməklə yanaşı, hətta terrora belə, yönləndirməyə səy göstərirlər. Gənclərin evlərindən və mənzillərindən tapılan "Molotov kokteylləri" də məhz bu sıradandır.

İ.Qəmbər Ali Sovetin sədri olarkən, yeddi nəfər gəncin ölüm hökmünün icra olunmasına razılıq vermiş, ölkədə mitinq və aksiyaların keçirilməsini qadağan edən fərman imzalamışdır

Söz yox ki, dağıdıcı müxalifətin qismən aktivləşməsi sağlam düşüncəli ictimaiyyət nümayəndələrinə arxalanmadığından və xalqın siyasi təşəbbüsləri ilə əlaqələndirilmədiyindən, heç bir təsir gücünə malik deyil. Belə "siyasi fəallıq" bir daha təsdiqləyir ki, ölkə üçün əhəmiyyətli bir ildə - post - seçki dövründə anarxiya, xaos yaratmaq cəhdlərinə can atanlar düşmən dairələrin əlində iplə oynadılan kukla təsirini daha çox bağışlayırlar. Əslində, ötən tarixlərə, seçkiöncəsi proseslərə nəzər saldıqca, növbəti dəfə məlum olur ki, Vətənə, xalqa, millətə, dövlətçilik prinsiplərinə xəyanət edən belə üzdəniraqlar daim iflasa uğrayır, rüsvay və ifşa olunublar. Çünki tarix heç nəyi və heç kimi unutmur...

Bu gün, eləcə də, daha öncəki illərdə ölkəmizdə qeyri - qanuni aksiyaların əsas təşkilatçılarından biri olan Müsavat başqanı İ.Qəmbər də, görünür, öz keçmişini ört-basdır etmək istəyir. Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərməyə çalışan, prezident seçkisi ərəfəsində xalqın qədirbiləni qiyafəsində peyda olan İ.Qəmbər hələ Ali Sovetin sədri olarkən, prezidentin səlahiyyətlərini icra edən zaman yeddi nəfərin ölüm hökmünün icra olunmasına tələm-tələsik razılıq vermiş, ölkədə mitinqlərin, hər hansı bir aksiyaların keçirilməsini qadağan edən fərman imzalamışdır.

Son iyirmi ildə heç bir yerdə işləməyən AXCP sədri Əli Kərimli Londonda ən bahalı universitetlərin birində təhsil alan oğlunun təhsil haqqını hansı vəsaitlə ödəyir?

Azərbaycanda korrupsiya və rüşvətxorluğun tüğyan etməsi, dövlət vəsaitinin talan olunması, təbii sərvətlərin oğurlanması məhz AXC - Müsavat hakimiyyəti dövründə təşəkkül tapmışdır. Son iyirmi ildə heç bir yerdə işləməyən AXCP sədri Əli Kərimli Londonda ən bahalı universitetlərin birində təhsil alan oğlunun təhsil haqqını hansı vəsaitlə ödəyir? Bir neçə sürücüsü, cangüdənləri, bahalı maşını, dəbdəbəli ofisi olan İ.Qəmbər, görəsən, bu qədər vəsaiti haradan alır? Axı, o da son iyirmi ildir ki, heç bir faydalı işlə məşğul olmur. Belələrinin ölkədə korrupsiya və rüşvətxorluqdan danışmağa mənəvi haqları yoxdur.

Son vaxtlar radikal müxalifət nümayəndələrinin fəallaşmasının, insanları hakimiyyətə qarşı qaldırmaq, qeyri - qanuni aksiyalar təşkil etmək cəhdlərinin yalnız bir səbəbi var. Əllərinə düşmüş fürsətdən yetərincə yararlanaraq seçki ərəfəsində xarici himayədarlarından çoxlu qrant almaq. Onlar özləri də çox yaxşı bilirlər ki, hakimiyyətə gedən yolda heç bir uğur qazana bilməyəcəklər. Hətta prezidentliyə namizədliklərinin təsdiqlənməsi üçün tələb olunan imzanı da toplaya bilməyəcəklər. Çünki xalq artıq onların iç üzünə yaxşı bələddir və belə xəyanətkarlarn ölkəyə yenidən rəhbərlik etmələrinə heç vaxt yol verməz. Artıq hamıya bəllidir ki, radikal müxalifəti şəxsi və qrup maraqlarından başqa heç nə düşündürmür.

İyirmi ildir ki, belə qrantlar hesabına yaşayan, necə deyərlər, artıq buna vərdiş etmiş Ə.Kərimli ilə İ.Qəmbər isə reneqat E.Namazovu yaxına buraxmaq istəmirlər. Hər iki "lider" ona 1993- cü ildəki fəaliyyətini xatırladaraq bidiriblər ki, həmin vaxt öz "layihələrində" müxalifətə qarşı kampaniyaları can - başla dəstəkləmişdir. Hətta E.Namazovun vəzifədən qovulmasının əsas səbəbinin onun riyakarlığı, dövlət sənədlərinin müxalifətə, xarici dairələrə ötürməsi olduğu da dağıdıcı müxalifət "liderləri" tərəfindən üzünə vurulmuşdur.

Artıq göründüyü kimi, düşərgədə qarşıdurma getdikcə daha kəskin xarakter almaqdadır. Bu, heç də prezidentliyə namizədlik üstündə deyil, sadəcə, hər seçkilər öncəsi olduğu kimi, ölkədə qarşıdurma yaratmaq istəyən dairələrin çirkli pullarından daha çox, qazanmaq davasıdır. Ancaq həmin çirkli, siyasi korrupsiyaya bulaşmış pulları yemək onlara heç vaxt qismət olmayıb və olmayacaq da!

Mübariz QULİYEV

Digər xəbərlər