Elçin Mirzəbəyli: "Qanunsuz yollarla siyasi qüvvələri radikal əməllərə sövq etmək cinayət məhsuliyyəti yaradır"
ABŞ-ın Milli Demokratiya İnstitutu insan haqları və demokratiya adı altında bəzi siyasiləşmiş qüvvələri, xüsusilə də, müxalifətdən olan partiyalara maliyyə yardımı ayıraraq, onları küçələrə çıxıb dövlət və hökumət əleyhinə müxtəlif şuarlar səsləndirməyə təhrik edir. Bu baxımdan, bu təşkilatın sağlam və doğurdan da, beynəlxalq hüquq prinsiplərinə uyğun fəaliyyət yolu tutduğuna şübhələr yaranmır ki? Məsələyə münasibət bildirən BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında bildirdi ki, daha öncə də ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycandaki daxili proseslərə müdaxiləsi olmuşdur: "Bu cür hərəkətlər həm Azərbaycan Konstitusiyasına, həm də beynəlxalq hüquq prinsiplərinə ziddir. Ümumiyyətlə, hər hansı bir ölkənin daxili işlərinə müdaxilə, ölkə ərazisində sabitliyin pozulmasına cəhd göstərmə diplomatik normaların kobud şəkildə pozulması deməkdir. Ölkədə sabitliyin pozulması məqsədi ilə qanunsuz yollarla siyasi qüvvələri radikal əməllərə sövq etmək cinayət məhsuliyyəti yaradır. Bir sözlə, Milli Demokratiya İnstitutunun bu cür davranışları bilavasitə cinayət məsuliyyəti yaradır. Yəni, onların bu əməllərinə qarşı da konkret addımlar atılmalıdır.
"Dağıdıcı müxalifətlə Milli Demokratiya İnstitutunun arasında əməkdaşlığın belə sıx qurulmasının arxasında Azərbaycanda fəaliyyət göstərən ABŞ, Almaniya və Fransa səfirlikləri də hər hansı bir formada müəyyən rol oynaya bilərmi? Çünki son vaxtla sözügedən səfirliklərlə müxalifət arasında geniş sıx münasibətlər müşahidə olunmaqdadır" sualını cavablandıran E.Mirzəbəyli qeyd etdi ki, hər hansı bir ölkənin siyasi partiyasının yaratdığı fondlar və QHT-lər vasitəsi ilə digər ölkələrdə fəaliyyət göstərməsi hüquqi məntiqə sığmayan bir anlayışdır. Onun dediyinə görə, bu cür qurumların Azərbaycanda fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur və hər hansı bir ölkənin səfirliyi daxili proseslərə müdaxilə etməyə cəhd göstərirsə bu, diplomatik normalara ziddir. BXCP-nin sədr müavininin fikrincə, bu cür addımlar atılacağı halda, həmin şəxslərin ölkədən cıxarılması beynəlxalq hüquq normalarına uyğundur və bütün bu məsələlər faktlar əsasında öz həllini tapmalıdır: " Ölkədəki siyasi proseslərlə bağlı bu və ya digər siyasi qüvvəyə üstünlük verilməsi, ölkənin daxili işinə qarışmaq kimi dəyərləndirilməlidir. Təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirlikləri hər seçki öncəsi oxşar addımlar atırlar. Bununla bağlı müvafiq sərt addımların atılmasına zərurət var".
GÜLYANƏ