Bu cinayətkar və namusunu rus kəşfiyyatına satan fərd haqqında Azərbaycan xalqında, Azərbaycan cəmiyyətində yalnız bir fikir formalaşıb - əgər onda bir qram da olsa kişilik meyarı ölçülsəydi, xalqın qarşısında verdiyi sözünə xəyanət etməzdi. Şuşa işğal olunan gün Rəhim Qazıyev adlı tula öz başına mütləq bir güllə sıxmalıydı. Amma sıxmadı! Çünki buna cəsarəti, kişiliyi, namusu və qeyrəti çatmadı! Ancaq hər şeyə rəğmən, Rəhim hakimiyyət tərəfindən əfv olundu. Məhz həmin əfvdən sonra bir müddət gözlərə görünməyən bu şərəfsizlik simvolu nədənsə yenidən ortaya çıxıb müəyyən hadisələrə "qiymət" verməyə cəhd edir. Hətta dövlət başçısına müraciət etməklə, guya ictimai-siyasi hadisələrdə rol oynadığını sübuta yetirməyə çalışır. Bu səbəbdən, belə olan halda, normal düşüncəli insanların gözləri qarşısında R.Qazıyevin özündə bütün rəzillik ştirxlərini əks etdirən porteti canlanmağa başlayır. Nə qədər idbarlıq təsiri bağışlasa da, görünür, yenidən bu portetə baxmağın zamanı çatıb...
KİMDİR RƏHİM QAZIYEV?
İlk öncə bildirək ki, erməni işğalçıları Azərbaycan ərazilərinə iddia etməyə başladıqları zamandan sonrakı illərə qədər R.Qazıyev onlara müəyyən istiqamətlər verən şəxs kimi hər zaman yaxınlığı ilə seçilib. Daha dəqiq desək, R.Qazıyev ölkədə milli azadlıq hərəkatı başlayan zamanlardan etibarən Rusiya kəşfiyyatının muzdlusu kimi satılıb və o vaxtlardan onların buyruq quluna çevrilib.
Məsələn, bildiyimiz kimi, erməni işğalçıları Şuşa və Laçını Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun dəstəyi ilə işğal ediblər. Şuşanın işğalında erməni separatçıları ilə yanaşı, rus hərbşiləri də iştirak ediblər. Belə ki, Xocalı qətliamının aparıcı qüvvələrindən olan 366-cı alayın hərbi birləşmələri məhz Şuşanın və Laçının işğalında da erməni işğalçılarına kifayət qədər yardım edib.
Eyni zamanda, həmin dövrlərdə Rusiyanın müdafiə naziri olmağa hazırlaşan Pavel Qraçov (müxtəlif mənbələrdə R.Qazıyevin onunla sıx əlaqələri olması haqqında sübutlu məlumatlar yer almışdır - R.R.). Bu həmin Qraçovdur ki, Rusiyaya məxsus olan 366-cı alayının zabit heyətini 100 faiz erməniləşdirmişdi. P.Qraçovun anasının erməni olduğu da heç kimə sirr deyil. Mayın 8-də - Şuşanın işğalı vaxtı P.Qraçov Rusiyanın müdafiə naziri vəzifəsini icra edib, həmin il mayın 17-də Boris Yeltsin P.Qraçovu Rusiyanın müdafiə naziri təyin edib.
R.QAZIYEV AZƏRBAYCANDA SİYASI VƏ İQTISADI MARAQLARI OLAN QÜVVƏLƏR ÜÇÜN ƏLA VASİTƏDIR
1992-ci il mayın 18-də Qraçovun dəstəyi ilə Laçın erməni separatçıları tərəfindən işğal olunub. Nəhayət, Rusiyanın kəfşiyyat orqanları Qraçova məsləhət veriblər ki, həmin vaxt dövlətə xəyanət edən azərbaycanlılardan, xüsusən, Rəhim Qazıyevdən istifadə etsin. Belə ki, R.Qazıyev də Qraçovun onunla əlaqə yaradacağı haqqında rus ağaları tərəfindən təlimatlandırılmışdır.
Beləliklə, buradan da görünür ki, hazırda yenidən dağıdıcı müxalifət mətbuatına çıxaraq Azərbaycanın milli dövlətçiliyinə qarşı təxribatçı çıxışlar etməsi R.Qazıyevin haralardansa göstəriş almasını sübuta yetirir. Çünki Azərbaycanda seçki ilidir və müəyyən xarici qüvvələr post-seçki dövründə ölkədə çaxnaşma yatratmağa cəhd edirlər. Belə olan halda, R.Qazıyev Azərbaycanda siyasi və iqtisadi maraqları olan qüvvələr üçün əla vasitədir. Ancaq məsələ yalnız bununla başa çatmır. Ona görə ki, R.Qazıyevin digər bir çox şərəfsizlikləri Azərbaycan xalqının hafizəsindən silinməyib.
30 NƏFƏRİ GÜLLƏ QABAĞINA GÖNDƏRƏN "PAPAQLI" LƏÇƏR
Bəli, Siyavuş Novruzovun da vurğuladığı kimi, Rəhim Qazıyev kimi şərəfsizi Azərbaycan xalqı çox yaxşı bilir və tanıyır. Belə ki, əgər Azərbaycan xalqı müdrik, humanist xalq olmasaydı, çoxdan onu istər fiziki, istərsə də digər yollarla cəmiyyətdən təcrid edərdi. Azərbaycan xalqı unutmayıb ki, erməni çaqqalları Xocalıda azərbaycanlıları, uşaqları öldürəndə, qətlə yetirəndə, qadınlara, qız-gəlinlərə təcavüz olunanda, R.Qazıyev Şuşada kef məclisi düzəldib ermənilərin ona göndərdiyi tut arağından vurudu. Şahidlərin fikirlərinə görə, həmin məclisdə rusiyalı zabitlər də iştirak edib, R.Qazıyevin "qeyrətinin" sağlığına badə qaldırırmışlar.
Azərbaycan xalqını hiddətləndirən məsələlərdən biri də budur ki, ömrü boyu Rusiya hərbi kəşfiyyatının nökəri olan R.Qazıyev ölkə başçısına, dövləti qurub-yaradana müraciət edir. Hansı ki, bu gün bu şərəfsiz fərd unudur ki, ayağını ülgüclə cızaraq qan çıxaran və bununla da guya həyatına sui-qəsd düzənləndiyini iddia edərək, 30 nəfər günahsız Azrbaycan oğullarını "müharibə qanunlarına" görə güllələtdirdi. Çünki sözügedən biqeyrət həmin tapşırığı da Rusiya kəşfiyyatından almışdı. Təəssüf ki, R.Qazıyev bu gün də agent kimi ortaya düşərək, "Azadlıq" qəzetində çaqqal tək ulamağa başlayıb. Ümumiyyətlə, R.Qazıyev dedikdə, adamlarda ona qarşı belə bir assosiasiya yaranır - "papaqlı" ləçər. Yəni həyasız və satılmış fahişə obrazı...
Görünür, R.Qazıyev unudub ki, onun başı hələ də güllə gözləyir. Özü tərəfindən çaxılacaq güllə!
Rövşən RƏSULOV