PDF Oxu

Müxalifət

  • 30

Xaricə "həcc"ə gedənlər

Xaricə "həcc"ə gedənlər

Deyirəm ki, əgər kimsə Fuad Qəhrəmanlıya və İsa Qəmbəryana yaxındırsa mütləq bunu ona çatdırsın ki, yeməklə doymayan yalamaqla da doymaz. A başınınza dönüm, siyasətçi olasan, amma zərrə qədər də siyasətdən xəbərin olmaya, pomidor gözünə kartof, alma da xiyar görsənə.

Dünən facebookda bir müsavatçı xalaşka da mənə yazıb ki, "az qalır, gəlirik, canınızı alacağıq. Hamınızı həbs etdirəcəm." Açığı desəm, bu cümlələrin yiyəsinin normal baş sahibi olmadığı bəlli olur. Keçək Müsavatın və cəbhənin mətləbinin mətləbsiz səfərlərinə.

Müxalifət qəzetləri qan eləyir, yazırlar ki, F. Qəhrəmanlı ABŞ-da mühüm görüşlər keçirib, nə bilim, Amerika Fuada yalvar-yaxar eləyib, Obama ona qibtə etdiyini ərz edib və sairə. Vallah, bu adamlar ya xarici ölkə görməyiblər, ya da ki, yaşları qədər də sadəlövdürlər. "Azadlıq" qəzetində Fuadın səfəri ilə bağlı o qədər gülünc şeylər var ki, insanın bunlara nəzir vermək istəməyi gəlir. Məsələn, F. Qəhrəmanlıya inansaq belə çıxır ki, Barak Obama işini-gücünü atıb düşüb AXCP-nin dalınca, ABŞ-ın probleminin həllini ona tapşırıblar, Con Kerry Əli Kərimlidən xeyir-dua istəyib və ilaxır.

Bunlara deyən lazımdır ki, Ermənistan müxalifəti sizdən çox olur xarici səfərlərdə, ancaq uşaq konfetə sevinən kimi sevinmirlər. Çünki siz mahiyyətcə eyni missiyanı yerinə yetirsəniz də onlardan fərqli olaraq başa düşmürsünüz ki, özgədən adama ata olmaz. 100 nəfərlik sosial baza ilə ABŞ-dan kömək istəmək ağısızlıq olduğu qədər də səviyyəsizlikdən başqa bir şey deyil. Zamanı çatıb, başa düşməlisiz ki, lap Obamanın dədəsi də qəbirdən xortlasa da, sizə kömək edə bilməz və etmək istəməz də.

Dünən güldüyüm qədər heç vaxt gülməmişdim. Eşitdim ki, Səxavət Soltanlı adlı bir nəfərçə Müsavat başqanının müşaviri seçilib. Sonra bir balaca araşdırma insana başa salır ki, elə belə də olmalıdır. Sevinc Hüseynova adlı müxalifətçi xalaşka facebookda bu haqqda yazıb ki, "Səxavət bəy siyasi cəhətdən kamil bir şəxsiyyətdir." Yalançının zatına lənət. Əgər Səxavət bilirsə ki, siyasət və ya kamillik nədir, onda mən gedib inəklərə fəlsəfədən dərs deyərəm. Səxavət siyasətdən anlasa, inəklər fəlsəfədən anlayacaq. Bu bir yana, elə bil ki, dövlət müşaviri-zaddır zalım oğlu. Eşitmişik ki, özünü o qədər lovğa aparır ki, cırılıb-dağılır.

Deməli, bu Səxavətlə bağlı maraqlı bir olay olub. Müsavatçı qızlardan biri qanunsuz aksiyada iştirak etdiyinə görə, polislər tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb. Başqa gənclər kimi bu qız da bir müddət polis şöbəsində saxlanılır və bir neçə saatdan sonra azad olunur. Elə bu vaxt qıza Səxavət Soltanlı zəng edib deyib ki, "zəng edib buraxdırdım sizi, narahat olma." Deməli, bu olay haqqında daha ətraflı elə Səxavətin paylaşdığı statusda qız özü də yazmışdı. Yazıq qız uğunub getmişdi gülməkdən.

Allahın zavallı bəndələri. İndi də İsa Qəmbəryan Türkiyə səfərindən dəm vurur. İsanın orda Gədəbəy atlarına oxşayan bir dənə dostu var, hər dəfə onun yanına Türkiyəyə gedəndə, elə bilir ki, Ərdoğanla görüşüb. Yeri gəlmişkən, İsa Müsavatın iclasında deyib ki, bu il hakimiyyətə gələcəyik. Yadıma 1998, 2003, 2008-ci illər düşdü. Lap dəqiq yadımda olanı 2003-cü ilin prezident seçkiləridir. Həmin vaxt İsa Qəmbəryanın arxasında bayraq, gözündə şəffaf eynək, mavi kostyumlu şəkli var idi. Paylamışdılar camaata. Özü də televiziyada çıxış edib demişdi ki, bu il prezident özüməm. Təsadüfən yaxınlarından biri bu adama "İsa bəy" deyib, o da acıqlanıb ki, "artıq cənab prezident deyin mənə." Ocaq Necat Ağa demişkən, bu adamları elə bil cin vurub. Ya başları xarabdır, ya da camaatı lağa qoyurlar. Amma deyəsən, hər ikisidir.

Kəsəsi, sizə sabah allı-güllü, ecazkar Arif Hacılıdan, Ankara Tibb Mərkəzinin baş həkimi Zülfüqar Yusifovdan xəbərim olacaq. O Zülfüqardan ki, hələ də Müsavatın üzvüdür. Və nəhayət, Turqut Qəmbəryanın həbs olunmamağının səbəblərindən. Necə olur ki, 10 nəfər adamdan 9-un tutulur, 1-i yox. Və yenə də ən nəhayət, Zülfüqar Yusifovun müsavatçı gənclərlə olan gizli görüşündən.

Samir

Digər xəbərlər