PDF Oxu

Müxalifət

  • 23

Rüstəm İbrahimbəyov vətən xainidir!

Rüstəm İbrahimbəyov vətən xainidir!

Ermənilərə bədii film çəkən kinomatoqraf Azərbaycan tarixindən xəbərsizdir

"Ziyalılar Forumu"nun həmtəsisçisi, reneqat ünsürlərindən biri olan Rüstəm İbrahimbəyovun Rusiyanın "Rosbalt" informasiya agentliyinə verdiyi müsahibə ölkə daxilində kəsnin etirazlarla qarşılandı. Təbii ki, bu kimi etirazların baş verməsi olmalıydı. Çünki onun məqsədi yenidən ermənilərin dəyirmanına su tökməklə, öz qaranlıq əməllərini reallaşdırmaqdan ibarət olub. Xatırladaq ki, ermənilərin xeyrinə işləyə biləcək müsahibədə deyilir ki, Azərbaycan və Ermənistan xalqları düşmən deyil, Dağlıq Qarabağda əsasən ermənilər yaşayıb. Bu son cümlə, faktiki olaraq, Azərbaycan dövlətinin əleyhinə işlədilən ifadə hesab oluna bilər.

Ermənilərin ona verdiyi haram çörək, ona daha dadlı gəlib

Görünür, şəxsi mənfəətlərini Azərbaycanın dövlətçilik maraqlarından üstün tutan bu xəyanətkar şəxs, həqiqətən də unudub ki, erməni işğalı altında inim-inim inləyən Qarabağ əraziləri Azərbaycanın torpağıdır və bunu sübut edəcək tarixi faktlar, sənədlər var. Reneqat fərd hətta statistik rəqəmlərdən də bixəbərliyini ortaya qoyub. Belə ki, Qarabağda 140 min əhali yaşayıb. Onun 60 mini azərbaycanlı, 80 mini isə erməni olub. Amma onu da nəzərə alın ki, ermənilərin ikili qeydiyyatı olub. Yəni ermənilər həm Bakıda, həm də Xankəndində qeydiyyatda olublar. Üstəlik, Yerevanda qeydiyyatda olan ermənilər də saxta şəkildə Xankəndində qeydiyyata düşüb. Əsrin əvvəllərində Şuşada 65 min əhali yaşayıb və onun 64 mini azərbycanlı olub. Əgər buna inanmırsa, yaxud inanmaq R.İbrahimbəyova sərf etmirsə, statistik rəqəmlərə müraciət edə bilər.

Bununla da, bir daha sübut olundu ki, R.İbrahimbəyov bilavasitə erməni siyasi dairələrinin peşkasına çevrilib və nəticədə, hətta onlara bədii film də çəkməyi planlaşdırır. Hnası ki, o öz yaradıcılıq sənətini çörəyini yeyib, suyunu içdiyi Azərbaycana da sərf edə bilərdi. Lakin ermənilərin ona verdiyi haram çörək, ona daha dadlı gəlib desək, yanılmarıq.

Bu xəyanətkarın dadına heç kim çatmayacaq

Həmçinin, özünü "ziyalı" adlandıran adam gərək dünya tarixini ümumi şəkildə, millətinin tarixini isə kifayət qədər dərindən bilə. Eyni zamanda,R. İbrahimbəyov bilsə də anlamağa məhkumdur ki, artıq onun alnında bir neçə ildir ki, satqın damğası mövcuddur və belə damğalar heç vaxt silinmir!

Artıq onun müdafiəsinə qalxan müxalifət mətbuatı da vaxtilə R.İbrahimbəyovu müdafiə etdiklərinə görə təəssüfedici məqalələr yazırlar. Bu, həm də onun göstəricisidir ki, reneqat əlində olan bütün siyasi rıçaqlarını itirib. Ona görə də, yeganə xilas yolunu ermənilərin qucaqlarına atılmaqda görür. Ancaq unudur ki, bu gün onu öz məqsədləri üçün "salfetka" qismində istifadə edən ermənilər vaxtı çatanda R.İbrahimbəyovu zibil qutusuna atacaqlar. Onda isə, bu xəyanətkarın dadına heç kim çatmayacaq. Hətta öz yaxınları olsa belə...

Rəfiqə Hüseynova

Digər xəbərlər