PDF Oxu

Müxalifət

  • 19

Dağıdıcı müxalifətdən gənclərə qazılan quyu

Dağıdıcı müxalifətdən gənclərə qazılan quyu

Onlar gəncləri öz çirkin oyunlarına cəlb etmək istəyirlər

Hər zaman olduğu kimi, bu gün də öz şərəfsiz, çirkin, ləyaqətsiz, alçaq işlərindən əl çəkməyən dağıdıcı, radikal müxalifət öz planlarına gəncləri qoşmaqla, onları aldadıb potensiallarından istifadə etməyə çalışırlar. Öz maddi maraqları naminə bəzi gənclərdən istifadə edən bu yaramazlar bəzi hallarda bütün Azərbaycan gəncliyinin adından danışmağa belə utanmırlar. Utanmaları üçün abır-həya gərəkən bu insanlar başa düşməlidirlər ki, gənc nəsil heç vaxt dağıdıcı müxalifəti dəstəkləməyib və dəstəkləmir.

Lakin təəssüflə qeyd etməliyik ki, sayları həddindən artıq az olan bəzi gənclər nədənsə doğru yolu görə bilmədikləri üçün dağıdıcı,radikal müxalifət cəbhəsindən çıxış edərək bu lazımsız insanların fikirləri, diktəsi, əmrləri ilə hərəkət edirlər. Əslində, bu gənclər bilməlidirlər ki, daha çox bu dələduz başbilənlərə - AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, "EL" hərəkatı rəhbəri Eldar Namazova və bu kimi insanlara qoşulsalar sonradan onlarda da haqqı, ədaləti görmə yolunda korluq yaranacaq. Ə.Kərimlinin gənclərlə işləmə prinsipləri əsnasında seçdiyi yolda cızdığı planların dəhşətli dərəcədə çirkin olduğu göz önündədir. Belə ki, AXCP sədrinin öz oğlu xarici ölkələrdə gəzdiyi, kef çəkdiyi halda, atasının ölkədəki gənclərdən öz marağı naminə iğtişaşlar törətmək, sabitliyi pozmaqda istifadə etməsi də bu insanın nə dərəcədə səviyyəsiz, şəxsiyyətsiz olduğunu bir daha sübut edir. Ən böyük bədbəxtçilik isə ondan ibarətdir ki, bu sərsəm, heç nədən anlayışları olmayan insanlara qoşulan gənclər isə bu reallıqları görmələrinə rəğmən yenə də bu dağıdıcı həşəratlardan - Ə.Kərimli, İ.Qəmbər, E.Namazov və başqalarından əl çəkmək istəmirlər.

Demokratiyanın nə olduğunu qanmayan İ.Qəmbər kimi insandan demokratiya dərsi öyrənmək çox gülüncdür. Müəllimi savadsız olan tələbələr isə hər zaman geridə qalırlar və onlar həyatda da uğur qazana bilmirlər. Dağıdıcı müxalifət ətrafında birləşən gənclər isə bilməlidirlər ki, onlara müəllimlik etmək istəyən Ə.Kərimli, İ.Qəmbər kimi insanlar həddən ziyadə çox savadsız insanlar olmaqla yanaşı, həm də hər zaman ölkəmizin milli maraqlarına zərbə vurub, milli maraqları maddiyyata satanlardır.

Gənclik çağlarının, özlərinə böyük enerji və potensial verən bəzi gənclər isə peşman olaraq, tutduqları yanlış yoldan tez bir zamanda əl çəkməli və özlərini uçuruma yuvarlanmış radikal müxalifətin qurbanına çevirməməlidirlər. Şübhəsiz, bəziləri var ki, İ.Qəmbərin övladları Turqut Ər və İlkin Qəmbər kimi artıq gənc yaşlarından səhv mövqe tutub, ataları kimi xarici qüvvələrin təsiri altına düşmüş gənclərin isə daha geriyə yolu qalmayıb. Çünki onlar və bir qrup dağıdıcı müxalifət tərəfdarı olan gənclər sosial şəbəkələrdə "inqilab" və "iğtişaş" çağırışları səsləndirərək, əhalini "kütləvi itaətsizliyə" çağırırlar. Onlar haqq yolunun bütün qapılarını bağlayıb xalqa, vətənə, dövlətə qarşı düşmənçilik mövqeyində dayanıblar. Bu gənclər bilməlidirlər ki, Azərbaycanda inqilabın baş verməsinə səbəb ola biləcək hər hansı bir səbəb yoxdur. Çünki bəziləri kor olub görmək istəməsələr belə, ölkəmiz və dövlətimizin yürütdüyü siyasət nəticəsində sürətlə inkişaf edir.

Sonda isə onu qeyd edək ki, ətraflarına çox sayda gənc toplayaraq lazımsız işlərinə daha çox insan cəlb etmək istəyən belələri bilməlidirlər ki, heç bir zaman ölkəmizin sağlam təfəkkürə və milli şüura malik olan ağıllı, savadlı, bacarıqlı, intellektual, uzaqgörən gəncləri dağıdıcı müxalifəti dəstəkləməyəcəklər. Çünki gənclər də yaxşı bilirlər ki, bu insanlar Azərbaycanı sevməyən xarici qüvvələrlə əməkdaşlıq edib ölkəmizi öz maddi maraqlarına satmaq istəyirlər. Bu isə yolverilməzdir.

Cahid Süleymanov

Digər xəbərlər