PDF Oxu

Müxalifət

  • 32

Cəbhəçilərə pomidor və yumurta "atəşi"...

Cəbhəçilərə pomidor və yumurta "atəşi"...

Xalq AXCP-nin xəyanət siyasətini və antimilli ünsürlərini birmənalı şəkildə qəbul etmir

Bu səbəbdəndir ki, aprelin 20-də Sabirabad sakinləri cəbhəçiləri rayondan qovublar

Məlum olduğu kimi, 20 aprel 2012-ci il tarixdə saat 12.00 radələrində AXCP üzvü, Sabirabad şəhəri H.Həmidov küçəsi dalan 3, ev 16-da yaşayan Rüstəmov Sahib Cəbrayıl oğlunun həyət evində AXCP Sabirabad rayon təşkilatı icazəsiz iclas keçirməyə cəhd göstərib. Tədbirdə iştirak etmək üçün Bakı şəhərindən AXCP Alı məclisinin sədri Həsən Kərimov, sədr müavini Gözəl Bayramlı, əslən Sabirabadın Xəlfəlı kəndindən olan, AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov gəliblər.

Onlar 30-35 nəfər yerli AXCP üzvünün iştirakı ilə həyətə daxil olarkən qonşularla aralarında mübahisə yaranıb. Tədbir nəzərdə tutulan ev bazarın ətrafında olduğundan, oradakı sakinlər də tədbirin keçirilməsinə qəti etiraz edərək, onlardan rayonu təcili tərk etməyi tələb ediblər. Sakinlərin tələblərinə məhəl qoymayaraq tədbiri keçirməyə cəhd göstərdikdə isə, sakinlər tərəfindən yumurta və pomidor atəşinə tutulublar.

Bundan sonra sabirabadlı Natiq Ədilov camaatın üzərinə hücum çəkərək, onları söyüb və təhqir edib. Buna rayon sakinlərinin əks- reaksiyasından sonra yaxınlıqda olan polis hadisəyə müdaxilə edərək əhalini sakitləşdirməyə çalışıb, vəziyyətin gərginliyini görərək, Bakıdan gələn AXCP-nin nümayəndələri tələm-tələsik rayon ərazisini tərk ediblər...

Göründüyü kimi, müdrik Azərbaycan xalqının nümayəndələri olan sabirabadlılar dövlətçiliyin keşiyində durmaqla, antimilli ünsürlərin rayonda təxribatlarla məşğul olmalarına imkan verməyiblər. Əlbəttə ki, hadisəyə təhlil prizmasından yanaşdıqda, aydın şəkildə görürük ki, insanların, xüsusilə də, sabirabadlıların radikal müxalifətə qarşı nifrətinin mühüm səbəbləri var. Yəni, həm keçmişdə, həm də seçkilərin yaxınlaşması ilə əlaqədar olaraq, radikalların Azərbaycandakı təxribatları hər bir vətənpərvər azərbaycanlını narahat etməyə bilməz. Çünki radikal müxalifət, xüsusilə də, AXCP və onun sədri Əli Kərimli Azərbaycan xalqının və dövlətinin maraqlarını ermənipərəst qüvvələrin maddi dəstəyinə satmaqla, ölkədə qarşıdurma yaratmağa cəhd göstərir. Lakin heç bir azərbaycanlı istəmir ki, bugünkü firavan və sabit həyat şəraiti Misirdəki, Liviyadakı və Suriyadakı vətəndaş qarşıdurmaları ilə əvəzlənsin. Onsuz da 1992-ci ildə hakimiyyəti silah gücünə qəsb etmiş Əli Kərimli, İsa Qəmbər və digərləri Azərbaycanı xaosa sürükləmişdi və ölkənin parçalanması üçün real zəmin yaratmışdı. Eyni zamanda, korporativ maraqlarına görə, Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına imkan vermişdilər. Görünən odur ki, Azərbaycan xalqı bir daha xaos və anarxiyanı yaşamaq istəmir. Hər bir vətənpərvər azərbaycanlı övladının, nəvəsinin və ya nəticəsinin daha firavan və xoşbəxt yaşamasını diləyir. Ona görə də, radikal müxalifətin təxribatlar cəhdi hər zaman insanlar tərəfindən dəstəklənmir və rədd edilir. Elə qonşu rayonun ərazisində qəbiristanlığın AXCP üzvləri tərəfindən dağıdılması da sabirabadlılara əyani sübutdur.

Bir sözlə, Sabirabad rayonunda baş vermiş hadisə bir daha isbat edir ki, Azərbaycanda radikal müxalifətə və antimilli çağırışlara yer yoxdur. Xalq isə radikalları dəstəkləmir, əksinə, hakimiyyət ətrafında sıx birləşməklə, bugünkü siyasətin davamlı olmasını istəyir. Bu səbəbdəndir ki, qarşıdan gələn seçkilərdə də insanlar Prezident İlham Əliyevə səs verəcəklərini indidən deyirlər. Məhz keçirilmiş sosioloji sorğuların nəticələrinə görə də, əhalinin 90 faizdən çoxunun dövlət başçısı İlham Əliyevi lider kimi görməsi vəziyyəti açıq şəkildə ortaya qoyur.

Bu gün əminliklə demək olar ki, bundan sonra da radikal müxalifətin ayrı-ayrı rayonlarda təxribatlar törətmək cəhdləri baş tutmayacaq və insanlar tərəfindən dəstəklənməyəcək.

"Azadlığ"ın dilənmə şousuna xoş gəlmişsiniz!

Və ya AXCP sədri Əli Kərimli və Qənimət Zahid xalqı şantaj edən dələduzlar qismində çıxış edirlər

"Azadlıq" qəzeti yenidən şou düzənləməyə başlayır. Qəzet etdiyi səhvləri və pozduğu qanunları xalqın boynuna yazmağa cəhd göstərir. Yəni, insanların şərəf və ləyaqətini, işgüzar imicini təhqir etdiyinə və ya ləkələdiyinə görə, məhkəmə tərəfindən cəzalandırılan "Azadlıq" yenidən bank hesablarını yazmaqla, dilənməyə başlayıb. Burada bir neçə nəfərin maddi marağı olduğu üçün problemin ictimaiyyətə düzgün çatdırımasını özümüzə borc bilirik.

Belə ki, bir müddət öncə, "Azadlıq" qəzeti Bakı Metropoliteninin rəisi Tağı Əhmədov haqqında reallığı əks etdirməyən yazılar dərc etdiyindən və ikinci də qanuna müvafiq şəkildə məhkəməyə müraciə edərək, qəzeti cərimələtdirib. İndi də "Azadlıq" qəzeti qanunvericiliyi pozduğundan və Azərbaycan vətəndaşının hüquqlarını ayaqlar altına atdığından, 30 min manat ödəməlidir. Lakin hər zaman olduğu kimi, problemin mahiyyətinə varmadan, onu siyasiləşdirən "Azadlıq" qəzeti cəriməni ödəməkdən imtina edir. Əlbəttə ki, hüquqi məsələnin bu qədər şişirdilməsi də səbəbsiz deyil.

Birincisi, "Azadlıq" qəzeti, əslində isə, Əli Kərimli "günahsız" obrazını formalaşdırmaq üçün müxtəlif yalanlarla ictimai fikri çaşdırmağa cəhd göstərir. Əli Kərimlinin və Qənimət Zahidin əsas məqsədi isə insanları aldatmaqla, onların pulunu mənimsəməkdir. Yəni, bir növ AXCP sədri Əli Kərimli və "Azadlıq"dan Qənimət Zahid dələduzluqla məşğuldurlar.

İkincisi, Əli Kərimli "Azadlıq" vasitəsilə beynəlxalq təşkilatların və anti-Azərbaycan şəbəkələrinin diqqətini cəlb etməyə çalışır. Bu istiqamətdə isə Əli Kərimlinin fəaliyyəti bir neçə məqsədlə bağlıdır. Yəni Əli Kərimli, sadəcə olaraq, anti-Azərbaycançı dairələrin sifarişini yerinə yetirir. Plan isə ondan ibarət olur ki, "Azadlıq" qəzeti vasitəsilə dövlət məmurları və ya vətəndaşlar təhqir edilir, ikinci tərəf isə onları məhkəməyə verir. Bununla da, siyasi şou düzənlənir. Bundan sonra isə məhkəmə haqsızlığı aradan qaldırır və "Azadlıq" da Əli Kərimlinin qurduğu oyunlara başlayır. Açın-aydın görünür ki, ilk olaraq, "Azadlıq" Azərbaycanın demokratik imicinə zərbə vurmağa çalışır. İkincisi, Əli Kərimli bu demokratiyanın əsas atributu sayılan mətbuatdan istifadə etməklə, Azərbaycana qarşı təzyiq imkanları yaradır. Bundan da yararlanın xarici anti-Azərbaycan dairələri məqsədlərini reallaşdırmağa cəhd göstərirlər.

Digər tərəfdən, Əli Kərimli çalışır ki, bu məsələdən istifadə etməklə, ayrı-ayrı anti-Azərbaycan dairələrinin və ya təşkilatların maddi dəstəyini alsın. Guya maddi gəlirlərini təmin etməyə cəhd göstərən Əli Kərimli eyni kələyi ölkə əhalisinə qarşı da reallışdırmaq niyyətindədir.

Düşünürük ki, Əli Kərimlinin "Azadlıq" vasitəsilə gerçəkləşdirmək istədiyi bu cür fırıldaqları baş tutmayacaq. Çünki ilk növbədə hər kəs Azərbaycanda mətbuatın nə qədər geniş azadlığa malik olduğunu bilir. İkincisi, hər bir insan anlayır ki, AXCP sədri hər zaman Azərbaycanın milli maraqlarına zidd addımlar atıb və bu gün da işinə davam etməkdədir.

Bu səbəbdən də, Əli Kərimlinin və "Azadlıq" qəzetinin təxribatı və yalanları işə yaramayacaq və nəticəsiz qalacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər